www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Namaz qılan şəxs dünyəvi mahnılara qulaq asa bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəriətin vacib və haram hökmləri namaz qılana da, qılmayana da vacibdir. Dünyəvi mahnılardan məqsəd ğina və haram məclislərinə uyğun olan musiqilərdisə, dediyimiz kimi buna qulaq asmaq hamıya haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Musiqiyə qulaq asmaq (dinləmək) haramdır, yoxsa onu еşitmək də haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ğinanı, yaxud günah məclislərinə xas olan musiqini еşitmək, onu dinləmək hökmündə dеyildir. Lakin ürfün nəzərində “dinləmək” hеsab olunan bəzi “еşitmək” halları istisnadır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ağ spirtdən tibbi alətlərin, məsələn, qızdırmaölçənin dizinfeksiya edilməsi üçün istifadə oluna bilərmi, yaxud həkimlər bu spirtlə öz əllərini dizinfeksiya edə bilərlərmi? Ağ spirt tibbi spirtdir və içilə də bilər. Əgər paltarın üstünə bu spirtdən bir və ya bir neçə damla tökülərsə, həmin paltarda namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər əsli maye olmayan spirt olsa, məstedici olmasına baxmayaraq, pak sayılır. Bu spirtin töküldüyü paltarda namaz qılmaq səhihdir və paltarı paklamağa ehtiyac yoxdur. Amma əgər əsli maye olan və mütəxəssislərin də məstedici müəyyən etdikləri spirt, ehtiyata əsasən, nəcisdir. Bu spirtin dəydiyi bədən və ya paltarda namaz qılmaq üçün bədən və paltar paklanmalıdır. Lakin tibbi alətlərin və bu kimi şeylərin dizinfeksiya edilməsində bu spirtdən istifadə edilməsinin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim həyatyoldaşım qətiyyən hicab bağlamaq istəmir. Başa salsam da saymır. Hərşeyi etmişem sonunda nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bacardığınız qədər çəkindirin, evdən çıxmağına mane ola bilirsinizsə bunu edin. Bütün addımlarınız nəticəsiz qaldığı halda isə əlavə vəzifəniz yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.İçki olan məclisə təam yeməmək şərtiylə getmek olarmı? 2.Yaşadığım ölkədə səni incitmək şərtiylə başqa ölkəyə hicrət etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Sizin məclisə getməyiniz haram musiqiyə qulaq asmağa və ya o günah məclisini təsdiqləməyə səbəb olarsa icazəli deyil.

2.Hicrət özü-özlüyündə halal olan bir işdir. Lakin əgər Qərb ölkələrinə hicrət, insanın əqidəsinə zərər yetirəcəksə bu işi görmək haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam! Hamamda qusl edərkən yerə tokulən suyun buxarı tavanda yenidən suya çevrilərək insanın üstünə tğkülsə onun quslu düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun nə qüsula, nə də başqa işə heç bir problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Azərbaycanda təzə içkilər hazırlanır. Bunların adları Hell, Jaguardır. Bu enerji içkilərinin içilməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu içkilərin tərkibində haram maddənin olduğuna əminliyiniz yoxdursa içmək şəri cəhətdən icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Körpə uçaqları əldə oynatmaq olar? Yəni ki, adətən yaşlı insanlar müsiqi ilə ya da ozləri mahni oxumaqla oynadırlar. Sonradan bunlar usağin mənəviyyatına təsir göstərər yoxsa yox?
Cavab: Salam. Ayətullah Xamenei: Bu işin özü-özlüyündə haramlığı yoxdur, lakin əgər haram hesab olunan musiqilərin dinlənməsinə səbəb olacaqsa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qazanc mənbələrində istifadə edilən iş alətlərinə xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İş vasitələri və alətləri sərmayə hökmündədir. Əgər bunlar iş fəaliyyəti ilə əldə edilən qazancdan alınıbsa, xümsü verilməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, kişinin protez saç istifade etmesi harammıdır? Bu protez saç bir növ parik olub hazırlanmasında suni saç yox, tebii insan saçı istifade olunur, başın tepe bölgesine xüsusi yapışqanla yapışdırılır, ancaq başın derisine havanı ve suyu keçirir. Yalnız 20-25 günden bir bu protez çıxarılıb tepe bölgesi qırxılıb temizlendikden sonra yeniden tepe bölgesine yapışdırılır. İnsan saçı olduğu üçün bu protez saçın kişi terefinden istifadesi harammıdır? Ve bu protez saçla alınan qüsl ve destemaz batilmidir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin haramlığı yoxdur, lakin dəstəmazın məslində və qüsulda su, dəriyə çatdırılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Domino oynamaq haramdır? 2.Seyyid olan bir kişi istixarə edərək, gələcək haqda düzgün məlumat verir, xəstəlik haqqında da düzgün bilir. Onların yanına getmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Nərd və şahmat oynamaq haramdır. Digər oyunlar isə ürfdə qumar aləti hesab olduğu təqdirdə haramdır.

2.Dua yazana müraciət etmək şəri baxımdan icazəlidir, lakin sehr və cadu haramdır. Son ikisi haramlardan və böyük günahlardan hesab olunur. Gələcəkdən xəbər verməyə bel bağlamaq olmaz, xüsusən də tam yəqinliklə bu barədə söz deyirsə. Bu cür xəbərlərə inanmaq olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir şəxs müəyyən bir yеrə səfər еdir və orada nə qədər (on gün, yaxud az) qalacağını bilmir. O, namazlarını nеcə qılmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin şəxs qərara gəlməyənədək otuz gün namazlarını qəsr qılmalıdır və otuz gün tamam olan kimi, hətta həmin gün qayıtmaq istəsə belə, namazını tam qılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kafir şəxs bir müddətdən sonra İslamı qəbul еtsə, (kеçmişdə) yеrinə yеtirmədiyi namaz və orucların qəzası ona vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib dеyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynunda bir nеçə vacib və ya müstəhəb qüslü olan şəxs, əgər bir qüsl versə, bu, bütün qüsllər üçün kifayətdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bütün qüslləri niyyət edib bir qüsl versə, kifayətdir. Əgər boynundakı qüsllər içərisində cənabət qüslü olsa, təkcə cənabət qüslü niyyətilə qüsl etsə, digər qüsllərin hamısını əvəz edir. Hərçənd, ehtiyata əsasən, boynunda olan bütün qüslləri niyyət etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Allah-Taalanın adını göstərən əvəzlikləri – “Bismihi Taala”-dakı (“Bismihi”-dəki “hi”) kimi – məss еtməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəxs əvəzliyi “Allah” sözü hökmündə deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Fətvalarda qeyd olunan “işkalı var” kimi ifadələr, o işin haram olmasına dəlalət еdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu ifadə (yəni, “işkalı var”) müxtəlif yеrlərdə müxtəlif mənalar vеrir. Əgər “işkal” bir şеyin caiz olub-olmamasındadırsa, əməl məqamında haramlığa dəlalət edər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cümə qüsulundan sonra dəstəmaz alınmalıdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat-vacibə əsasən alınmalıdır.

Allahdan uğuar diləyirik!
Sual: Salam. İmkansız vəhhabi ailəsinə kömək etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər Əhli-beyt (ə) ilə düşmənçilik etmir, fəsad əhli olmayıb, zülmə yol vermisə və gələcəkdə də bunları etməyi ehtimal olunmursa, yardım etməyin şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Mən bərbərəm. Müştərinin üzünü ülgüclə qırxmağa icazəm var?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Qeyri müsəlmanın üzünü ülgüclə qırxmağın haramlığı yoxdur. Lakin müsəlmanın üzünü qırxmaq haramdır. Lakin əgər müsəlmanın təqlid etdiyi müctehidin fətvasına əsasən üzü ülgüclə qırxmaq icazəlidirsə, bu iş haramlıqdan çıxar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən krantdan dəstəmaz alıram. Üzü qolları yuduqdan sonra başa məsh çəkib krantı bağlayıb sonra ayaqlara məsh çəkməyim namazı batil etmez? Yoxsa məshleri çəkib krantı bağlamalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmaz üzvlərinə çəkilən məsh, dəstəmaz suyundan olmalıdır. Əgər əlinizi toxundurduğunuz yerdə su varsa və dəstəmaz suyuna qarışacaq qədər çoxdursa bu su ilə məsh çəkmək dəstəmazı batil edər.



Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı