www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zəhra: Men ibadet ehliyem,amma,hicabda deyilem.Buna atam icaze vermir.Men ne ede bilerem?Eyer hicabda olmasam namazlarim qebuldurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazınız qəbuldur, inşallah. Amma hicab vacibdir. Bir halda bağlamaya bilərsiniz ki, dözülməz çətinlik olsun və ya məcbur olasınız. Yəni başqa çarə yoxdursa. Əgər belə olsa onda atanızın sizi görmədiyi və naməhrəmlərin sizi gördüyü yerlərdə atanızdan məxfi bağlamaq vacibdir.
Sual: Sualı ünvanladı Fidan: Salam,qara chadra mehruhdur? sag olun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qara çadra və məhərrəmlikdə qara köynək eyni hökmdədir. Qara rəng geyim məkruh olsa da bu iki şeydə fərqlidir.
Sual: Sualı ünvanladı Anar: Salam.gece yatarken cunub olmaqa az qalmis özümü sixib saxladim siperma xaric olmadi bu veziyyetde boynuma qüsul gelir?minnetdaram
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sperma xaric olmazsa qüsl yoxdur!
Sual: Sualı ünvanladı Tural: Bismillahir Rəhmanir Rəhim Əssəlamu ələykə Xayis edirem sizden mene gece namazin izah ede bilersiz sozlerin ve nece qilinir? ve birde vacibi ve musteheb namazlarda azan ve iqame demey vacibdir yoxsa yox? men esidiyime gore demey olmaz hec birin namazda ne kisi ne qadin bu haqdada zehmet olmasa mene deyerdiz. onceden tesekur edirem Allah razi olsun sizden
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müstəhəb namazın azan və iqaməsi olmur.



Gecə namazını necə qılmağı risalədən əldə edin-lütfən!
Sual: Sualı ünvanladı Dəyanət: Salam Ağa öz qadininla zarafatlaşan zaman kişiden şeffaf su damcisi cixir bu məni hökmundedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir. Pakdır.
Sual: Sualı ünvanladı Rauf: Salam xums ili teyin edilen gunu meselen men bu gun özume xums ili teyin edirem teze dogulmus buzov var bir ayliq ona indi xums verilmelidi yoxsa bir il ötmelidi sonra
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: 1 aylıq buzova da xüms verilməlidir.
Sual: Suzlı ünvanladı Firdovsi: Salamun alekum.Xahiş edirem bildiresiniz suni mayalanmanın(naməhrəmin spermasının qadının betnine yerləşdirilməsinin ) hökmü nədir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Caizdir.
Sual: Sualı ünvanladı Yusif: Salam Hal-hazirda oxudugum universitetde semestr imtahanlari baslayacaq.Imtahanlarda rusvet vermeyimiz ucun sertleri cetinlesdirirler.Imtahanda kesilsek ya pul verib veya basqa yolla duzeltdirmeli,ya da axrinci kurs oldugum ucun herbi xidmete 6 ay elave xidmet etmeli ve xidmetden sonra tehsilimi davam etdirmeliyem.2ci halda hem elave xerc oduyurem ve cox vaxt itirirem.Hemde xidmetden sonra ugurla imtahandan kecmeyim melum deyil. Bu veziyeti nezere alaraq,imtahana ozumle konspekt apara bilerem?imtahana vaxti baxib kocurtmek ucun?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Rüşvət vermək və konspekt aparmağın hər ikisi saxtakarlıq sayılır və caiz deyil.
Sual: Sualı ünvanladı Ruhəngiz: Salam.əvvala bağışlayın mən ana olmağa hazırlaşıram 6 ayındayam artığ 2 aydı pis düşüncələr məni rahat buraxmır çox pis oluram elə bilirəm mənə nəsə olacağ doğum vaxtı bir övladım da var onu düşünürəm Allahu təala bəndəsinə nə baxt öləcəyini bildirə bilər xahiş eəyitəm cavablandırasız bu həqiqətən belədi yoxsa hamiləliklə əlaqəli psixoloji problemdi çox əsəb keçirdirəm.
Cavab: Salam.



Sualınız mövzumuza aid deyil. Amma kiçik bir məsləhət görək ki, Quranın son 4 surəsini gecə yatmazdan öncə oxuyun. Bu sizə sakitlik verər. Son dörd surənin dördü də"Qul" kəlməsi ilə başlayır. Surələrin adları: Kafirun, İxlas, Fələq, Nas...
Sual: Sualı ünvanladı Telman: Salam möhür olmadıqda yaxud namaz qılan vaxt uşağ götürdük də biliyə səcdə düzgündür? Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əliniz çatan yerdə səcdə səhih olan şeylərdən nəsə varsa əlinizi uzadıb götürün. Yox əgər heçnə yoxsa onda elə yerə səcdə edin. (Yəni yerdə səccadəyə və digər belə şeylərə)
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum. Paltar, kitab ve yaxudda hansisa esya bir muddet isledilib sonra 1 il ve ya cox isledilmesi onlarin xumsun vermek vacibdir?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Xeyir. Xümsləri yoxdur.
Sual: Sualı ünvanladı Günay: salamun aleykum. Nəcasət bir birinə toxunan əşyalara neçənci vasitəyə qədər keçir. nəcis əşyanın quru ona toxunan pak əşyanın yaş olması şərtdimi? yoxsa ,məsələn ,2ci nəcis əşya yaş ona toxunan pak əşya quru ola bilərmi? risalədən oxudum, amma zehnimdə bu sual yarandı. misal üzərindən izah edərsizsə,daha yaxşı başa düşərəm inşaallah. Öncədən çox təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



Əgər bir yer nəcis olarsa -məsələn uşaq sidiyə gedib- o yerə əlini vuran və əlinə nəmlik keçən hər kəsin əli nəcis olar.



Amma o yer qurusa və bir nəfər gəlib nəmli əlini (pak əl) həmin yerə vursa onun əli nəcis olar. (Vasitə-1) Həmin nəcis əl qurusa və sonra bir nəfər yaş əl ilə (pak əl) ona salam varsə onun da salam verdiyi əli nəcis olar. (Vasitə 2) Bu əli nəcis olan adamın əli qurusa və sonra o əlini bir rütubətli dəsmala silsə onda həmin dəsmal da nəcis olar (Vasitə 3) Amma daha o dəsmaldan nəcislik yayılmaz. 3-cü vasitədə bağlanar.
Sual: Sualı ünvanladı Telman: Salam bir nefer elillik teqaüdü alır. Evveller heqiqet isleme qabiiyyeti olmayib.Amma indi veziyyeti mueyyen qeder duzelib. isleme qabiiyyeti var. Onun aldigi teqaud duzdur? Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər belə halda həmin pulu almaq qanuna ziddirsə onda olmaz.
Sual: Sualı ünvanladı Ali: Assalamu aleykum necesiz? Bizler ucun bele bir werayit yaratdiqniz ucun tewekkur edirem Allahdan sizlere uzun ve bereketli omur dileyirem.mene vacib olan bir neche sualima sistani agadan cavab almaq iteyirem. 1,bir cox insanlardan ewitmiwemki yemek yeyerken yemeyin biga ya saqqala deymesi haramdir bu beledirmi yoxsa yox? 2, bir qardawin boyrekleri xesdedir sidiye getdikden sonra ondan sidik xaric olur onun ucun namaz qilmaqda cetinlik cekir bu halda o neylemelidir?Allah razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Haram deyil. Amma bığların ağıza girməsi bəyənilmir, islah olmalıdır.



2-Əgər azan olandan namaz qəza olmayan zamana kimi bu hal davam edirsə (yəni ortada heç 10 dəyqa belə dayanmırsa) onda hər namaza bir dəstəmaz alıb elə o halı ilə namazını qılsın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleyku. Namaz qilan adama nese demek icazelidir? Meselen biri namaz qilir ona deyesenki namaz qilannan sonra filan is gorersen
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş bəyənilmir. Çünki həmin adamın diqqətini Allahdan ayırırsız. Amma haram da deyil.







Sual: Sualı ünvanladı Zəhra: salam aleykum. sorusmaq istediyim odur ki bir neferin xumsu var. esitdiyime gore Sistani aga hemin pulun bir miqdarin kasib yaxinlarina komek etmek ucun vermek olar bu ne derecede duzdur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qohum kasıb olarsa və hansısa ciddi bir problemlə üzləşərsə, məsələn qızı var ərə vermək üçün imkanı yoxdur, onda bu qohuma xümsün yarısının üçdən birini vermək olar. (Çünki birinci yarı seyyid haqqıdır, ona dəymək olmaz. İkinci yarıdan, İmam haqqının üçdən birini vermək olar. Amma həmin şəxsin ehtiyacı həddində. Əgər məbləğ onun ehtiyacından çox edərsə onda üçdən biri tam ona vermək haqqınız yoxdur. Belə olduqda yalnız onun ehtiyacı həddə vermək icazəlidir.
Sual: Sualı ünvanladı Yusif: Hədis inkarçılarına (quranist) qarşı şiəliyin mövqeyi nədir? Əgər bir şiə dəyişib hədis inkarçısı olarsa ona qarşı nə tədbir görülər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər hədisin sənədlərinə iradları olarsa bu elmi mövzudur və müzakirə olmalıdır. Əgər ümumiyyətlə hədisləri və rəvayətləri tam inkar edərlərsə onda iki şeylə sonuclanar:



1-Peyğəmbərdən olan hədislərin inkarı nübüvvətin inkarı ilə;



2-İmamlardan olan hədislərin inkarı imamətin inkarı ilə.



Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum. Keffare orucu olan sexs musteheb oruc tuta biler?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Tuta bilməz.
Sual: Sualı ünvanladı Telman: Salam indiki kurtka içi ipək olur. Xarici isə fərqli olur. Onu geyinməyin hökmü nədir ? Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Caiz deyil!
Sual: Sualı ünvanladı İbrahim: Salam elekuma Ayətullah sistani Mən nəzir boyun almişam dedim işim duzelsin aprim ələmə bağleyi işimde duzəlmədi o, nolacaq
Cavab: Salam.



Sayt tərəfindən: Nəsə vəzifəniz yoxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı