Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam . mən oğlanam 22 yaşım var subayam heç evlənməmişəm bilmək isdəyirəm mən şəhvət hissimi özüm aradan qaldıra bilərəm kiminləsə əlaqədə olmadan bu iş günah sayılır günah sayılırsada necə etməliyəm
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana:
Xeyir, istimna böyük günahlardandır. Bu günahdan uzaq olmaqçün ailə qurmağınız məsləhətdir. Əgər ailə qurmağa imkanınız yoxdursa, müvəqqəti izdivacla bu günaha düşməkdən xilas ola bilərsiz.
Təşəkkürlər.
Sual: Salam Aleykum.Evvelceden sualima gore uzr isteyirem.Ama bu mesele meni cox narahat edir.Men yuxuda wehvetamiz yuxu gorurem ama oyananda emin ola bilmirem ki menden meni xaric olub ya yox.Men bele olan halda ne etmeliyem ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər məninin xaric olmağına əmin deyilsinizsə, bu halda qusl almağa ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: salam. Zəhmət olmasa sualımı cavablandırardız Mən oğlanam 22 yaşım var subayam və heç evlənməmişəm bilmək isdəyirəm mən şəhvət hissimi əllərimlə aradan qaldıra bilərəm yəni özüm özümü boşaldmağın günahı var?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli, bu iş haramdır.
Təşəkkürlər.
Sual: Salam ana betninde olan uşaği abort etmek olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər uşağı saldırmamaq ananın canını təhlükəyə atarsa, saldırmaq olar.
Təşəkkürlər.
Sual: salam eleykum er oz kebinli yoldasi ile arxadan cinsi lezzet ala bilermi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər bu iş qadının icazəsiylə olarsa şiddətli dərəcədə məkruhdur.
Əgər qadının icazəsi olmazsa, bu iş ehtiyat vacibə əsasən haramdır.
Təşəkkürlər.
Sual: 1Nakolka doydurmek olarmı ? 2Hz.MUHEMMED Peygember nakolka doydurenı lenetlıyıb? bele bır hedis var? Xaiş edirem aciqlama versiz Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Nakolka vurdurmaq öz-özlüyündə haram deyildir.
Bağışlayın biz yalnız şəri suallara cavab veririk.
Təşəkkürlər.
Sual: Salam Aleykuma Nakolka vurdurmaq dını teblig eliyən bır şey ve yaxuda nakolka vurdurmaq hokmu nedi.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Nakolka vurdurmaq öz-özlüyündə haram deyildir.
Teşekkürlər.
Sual: Salam.sualim ucun evvelceden uzur isteyirem.Menim 2qizim var.3-cu qiza hamile qaldim ve heyatim ucun tehluke oldgundan uwagi goturduler ve turbalarimi bagladilar.cunki tehluke davam edirdi.nece ilden sonra menim suni mayalanma yolu ile bir daha ana olmaq wansim var.Lakin bu sonuncu wansdi.Yoldawim oglan cox isteyir.bugunki zamanda tibb suni mayalanma olmamiwdan qabaq uwagin cinsini ayira bilir,yeni oglani ve qizi secib ananin betnine yerlewdire bilir.men Allahdan cox qorxuram.onun rizasi olmadan bele bir wey etdirmerem.lakin bu menim sonuncu wansimdi.eger oglan toxumani( yeni spermani) ayirib,oglan olmasi niyyetile ananin betnine yerlewdirmek olar suni nayalanma yolu ile.bu caizdir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bu iş haram deyildir.
Təşəkkürlər.
Sual: salam kebinli heyat yoldaşı ölen bir şexs zina ederse onun boynuna cenabet qusulu gəlirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: salam, qadina teqlidi etməkçün muctehid secmek vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: Qolun bilək hissəsinə daimi tatunun vurulması haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Tato vurdurmaq öz-özlüyündə haram deyildir.
Təşəkkürlər.
Sual: Salam Aleykum.Men oruc tutub namaz qiliram .xestelendim doktor Mualiceye gore gun erzinde 50-100 qram araq istifadə etməli olduğumu deyib .bilmek isterdim bu duzgundir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər sözündən yəqinlik hasil olan və öz sahəsində mütəxəssis olan bir həkim bu dioqnozu qoyarsa, həmçinin xəstəliyinizin müalicədi yalnız şərab içməkdən aslı olarsa, zərurət miqdarında içməyin eybi yoxdur.
Təşəkkürlər.
Sual: Salam.Dini toyda kişilər və qadınların bir olması Məkruhdurmu?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salam eleykum me cenabat qusulu alanda cimirem sora qusul aliram birde qusul alanda salavat cekmey sertdi ya cekmesonde olar sagolun allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qusuldan öncə çimməyin heç bir eybi yoxdur.
Qusl alanda salavat demək şərt deyildir.
Təşəkkürlər.
Sual: salam aleyku kisi oz kebinli xaniminin agiz nahyesi ila cinsi alaqede olmagi haramdi
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:
Şəriətdə bu iş haram buyurulmayıb.
Təşəkkürlər.
Sual: Salam Aleykum, Bilmәk istәrdim Udub uduzmaq şәrt olunmadan damino oynamağın hökmü nәdir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər domino ürfdə qumar aləti sayılarsa oynanılması haramdır.
Qumar aləti sayılmırsa, şərt olmadan oynamaq halaldır.
Təşəkkürlər.
Sual: Salamun aleykum rəqs oynamağı öyrənmək olarmı yəni toyda ancağ dostlarınla oynamağ üçün
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Kişiyə rəqs etmək mütləq şəkildə haramdır.
Xanım isə musiqi olmadan yalnız öz həyat yoldaşı üçün rəqs edə bilər.
Bundan başqa hallarda rəqs etmək və onu öyrənmək haramdır.
Təşəkkürlər.
Sual: Salam Aleykum.1-Siqaret haramdir.?
2-gece smeni Mühafize isleyirem,ele zaman olurki yuxu tutur.hardasa30deq 20deq yatiram.aldigim emek haqqinnan cerime tutulmur.bu halda emek haqqim halal sayilir.?sayilmirsa ne etmeliyem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
1-Əgər insanın canına ciddi zərəri yoxdursa haram deyil.
2-Əgər iş sahibi yatmamağı şərt edibsə, gərək yatdığınız müddətdə aldığınız pulun halallığını alasız və ya o pulu geri qaytarasız.
Əgər oyaq qalmağı şərt etməyibsə aldığınız pul halaldır.
Təşəkkürlər.
Sual: Salam əleykə. 1.Ailədə ər arvad ikisi birlikdə camaat namazi qila bilərlərmi və arvadin həmd surəni oxumasina ehdiyac varmi? Öncədən təşəkkur edirəm sizə.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli, qıla bilərlər. Xanımın da birinci və ikinci rəkətdə həmd və surəni oxumasına ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: Salam Yuxuda Wehvet olmadan pis yuxu gormeden sperma xaric olsa Qusul vacibmi olur
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli.
Təşəkkürlər.