www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Şəxsi sirləri və xüsusi məsələləri başqalarına açıb danışmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Şəxsi və xüsusi məsələləri başqalarına açıb danışmaq, əgər hansısa bir şəkildə müəyyən şəxslərə də aid olarsa, yaxud fəsada yol açarsa, buna icazə verilmir

Allahdan uğurlar diləyirik!
Sual: Kəbin kəsdirməyə kimlər getməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kəbini kəsmək üçün kiminsə getməsinə ehtiyac yoxdur. Bakirə qızla evlənildiyi zaman atasının razılığı olarsa kəbin oxuna bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Atam qaz sayğacına nəsə edib, çox vaxtə pul ödəmir. Bu haqda atama öz fikrimi demişəm, yenə öz bildiyin edir. Bu haqda nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bacardığınız qədər həmin qaz vasitəsiylə qızdırılmış su ilə dəstəmaz və qüsul almayın. Lakin ümumi olaraq bu su ilə alsanız belə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılan bir şəxs başı həddən artıq şəhvətə qarışıb günah edib 1 həftə daldabal namaz qılmayıb. Sonra tövbə edib namaza qayıdır o şəxs dinnən çıxış (mürtəd) sayılmırki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Saqqal saxlamasam günah etmiş sayılarammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üzdə saqqal deyiləcək qədər tük saxlamaq zəruridir.

Allahdan uğurlar diləyirik!
Sual: Hicablı bir xanım topuğa qədər tünd rəng də olsa nazik kapron corab geyinməsinin bir işğalı varmı? topuq görünür amma kapronun altından.icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Corab elə bir həddə olmalıdır ki, bədən müşahidə olunmasın. Bədəni örtməyən nazik corabların naməhrəm önündə geyinmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: toyda araq vermək günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, fəsada və günaha şərait yaratmaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qəlyan və siqaret çəkmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gözə çarpacaq həddə ziyanı yoxdursa eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Saqqal saxlayıb, bığı dibdən qıexmaq olarmı?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bığı qırxmağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!

Sual: Qüsul alanda göbəyin içini yumaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum.Oğlan və qız bir-birilərini isdəyirlər.Ama oğlan evi qadınlı və kişili toy eləmək isdəyir.Qızın atası isə mömindi buna razı deyil,qızda möminədi.Bu halda nə etmək lazımdır? Qadınlı və kişili toy eləməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər şəri çərçivə qorunacaqsa qadın və kişilərin bir məclisdə olmasının özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən qoyun qurbanı əhd etmişəm, onu pul çıxarmaq ilə əvəz edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, əhd necə olunubsa o cür də əməl olunmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Adımı hansisa bir idarə işinə yazdırsam, amma işləməsəm, yəni heç maaş da almasam, sadəcə staja göre guya işləyirəmmiş kimi bunu etsem haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər dediyiniz stajın gələcəkdə sizə xeyri və üstünlüyü olacaq və onunla gəlir əldə edəcəksinizsə həmin işi görmək haramdır və bu yolla əldə edəcəyiniz puldan da istifadə etmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən ailəmle bir yerdə kirayədə qalıram bizim ev sahibi suyu qeyri qanuni olaraq çəkib. Su idarəsindən gəlib baxıblar ,sayğac qoymaq haqda məlumat veriblər, ama ev sahibi boyun qaçırır. Mən də həmin su ilə dəstəmaz və qusul alıram. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bacardığınız qədər mübah su ilə dəstəmaz və qüsullarınızı yerinə yetirin. Lakin ümumi olaraq belə hallarda sizin həmin su ilə ibadətlərinizi yerinə yetirməyin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Möminə xanlmla əbədi kəbini olan bir şəxs nəuzubillah ləvat eləsə bir kişi ilə onun bu kəbini qüvvədən düşmürki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, lakin əfər bir qadınla evləndikdən sonra, qadının atası və ya qardaşı ilə bu işi görərsə ehtiyat-vacibə əsasən qadın ona haram olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.. Namazda ağlamaq günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazda dünya üçün ağlamaq namazın batil olmasına səbəb olur. Lakin Allah üçün ağlamağın maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Dovşan saxlamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: nakolkanın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur, lakin dəstəmaz və qüsula maneə olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Depozit qoymaq üçün banklarda belə bir üsul vardır ki, onun əsasında pul heç vaxt istifadəçinin əlinə çatmır, amma bankda onun adına olan müəyyən saylı hesaba köçürülür. Bu pula xüms düşür, yoxsa düşmür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər banka qoyduğunuz depozit sizin iş gəlirinizdən olsa və xüms ili çatanda onu bankdan götürmək sizə mümkün olsa, xüms ilinin əvvəlində onun xümsünü vermək vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Müməyyiz uşağın (şəri büluğa çatmayan, amma yaxşı və pisi ayırd edə bilən uşağa deyilir) - istər oğlan, istər qız uşağının - qadın və ya kişi məclisində rəqs etməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri büluğa çatmayan uşağın – istər oğlan, istər qız uşağının – şəri vəzifəsi yoxdur. Amma şəri vəzifə yaşına çatan şəxslərin onu rəqs etməyə təşviq etmələri bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı