www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Əgər ata ümumiyyətlə namaz qılmayıbsa, onun bütün namazlarının qəzası qılınmalıdırmı və onları qılmaq onun böyük oğluna vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat-vacibə görə, onların qəzasını qılmaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Yeni doğulmuş körpənin göbəyi düşəndə onu torpağa basdırmaq lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəriətdə bu işin vacibliyi barədə bir dəlil yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Məninin şərtləri nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhvətlə və sıçrayışla çıxması, çıxdıqdan sonra da bədənin süstləşməsi.

Allahdan uğurlar diləyirik!
Sual: Mədəsi kəsgin ağrayan, orucluq ayında oruc tuta bilər ya yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oruc tutmaq ağrıların artmasına və sağlamlığına ziyan olursa tutmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İllərlə namaz qılmamışam. İndi tövbə edib, namaza başlamışam. Keçmişdə qılmadıqlarımın qəzası mənə vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Oruc olarkən telefonda oyun oynamaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Taxıl və digər dənli bitkilərdən spirtli içkilər almaq günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ümumiyyətlə spirtli içkilərin istifadəsi və istehsalı haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Uşağım əməliyyat olunandan sonra dostlarəm mənə maddi yardım kimi müəyyən məbləğdə maddi yardım göstərdilər. Mən bu pulu hər hansı bir yerə xərcləyə bilərəmmi məsələn evin təmirində?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, meneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmaz almaq üçün suyu başqası tökə bilər ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Siqaretin hökmü nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın kişidən namaz halında öndə dura bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat-vacibə əsasən, kişiylə qadın arasında namaz halında ən azı 1 qarış fasilə olmalıdır. Fasilə olduğu halda kişinin ya qadının öndə durmasının fərqi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Siqaret satmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sübh namzının qəzasını nə zaman qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəza namazlarının qılınması üçün müəyyən bir vaxt yoxdur, lakin yaxşı olar ki, ilk fürsətdə qılınsın.

Allahdan uğurlar diləyirik!
Sual: Səlamun aleykum. Rükudan qalxa-qalxa " səmiəllahu limən həmidəh " zikrini demək namazı batil edirmi ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zikr niyyətiylə deməyin eybi yoxdur, lakin yaxşı olar ki, bu hallarda məsləhət görülən zikrlər deyilsin.

Allahdan uğurlar diləyirik!
Sual: Nərd oynamaq olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Tədlid edərkən mərcəyi-təqlidin ə`ləm olması şərtdirmi, yoxsa şərt deyildir? Ə`ləmliyin meyarı nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hansı məsələdə ə`ləm müctəhidin fətvası ilə qeyri-ə`ləm müctəhidin fətvası ixtilaflıdırsa, ehtiyata görə (ehtiyat-vacib) həmin məsələdə ə`ləm müctəhidə təqlid etmək lazımdır. Ə`ləmliyin meyarı budur ki, bir mərcəyi-təqlid şəriət hökmlərini tanımaqda və bu hökmləri dini mənbələrdən əldə etməkdə başqa mərcəyi-təqlidlərlə müqayisədə daha bacarıqlıdır. Həmçinin öz dövrünün vəziyyətindən ehkamın mövzularını müəyyən edə bilmək və öz fiqhi nəzərini bildirməkdə təsirli ola biləcək bir səviyyədə xəbərdardır.

Allahdan uğurlar diləyirik!
Sual: Ümumiyyətlə, ərzaq məhsullarını alanda məhsulun qeyri-müsəlman olan satıcısının və ya istehsalçısının məhsula toxunduğunu, yaxud onların istehsalında spirtdən istifadə etdiyini araşdırmaq lazımdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Soruşmaq və araşdırma aparmaq lazım deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs dəstəmazının düzgün olmadığını bilməyibsə və dəstəmazdan sonra bunu başa düşübsə, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təharətin şərt olduğu əməlləri yerinə yetirmək üçün yenidən dəstəmaz alması vacibdir. Əgər düzgün olmayan dəstəmazla namaz qılıbsa, həmin namazı yenidən qılması vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər səhlənkarlıq üzündən və ya danışıq ləhcəsinə görə Həmd və Surənin qiraətində, yaxud namazın sözlərinin oxunuşunda səhvə yol verilərsə – məsələn, “yuləd” sözü “yulid” oxunarsa – namazın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bilərəkdən olarsa, namaz batildir. Əgər müqəssir cahil (yəni, öyrənməyə qadir olan cahil) olarsa, ehtiyat-vacibə görə, namaz batildir. Əks təqdirdə, namaz düzgündür. Əlbəttə, əgər keçmiş namazları sözükeçən şəkildə qılarsa, amma düzgün qiraət etdiyinə etiqadı olarsa, hər bir halda həmin namazların qəzasını qılmaq vacib deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs namazın bir rəkətini unutsa və axırıncı rəkətdə yadına düşsə - məsələn, namazın birinci rəkətini ikinci rəkət düşünsə və buna görə də üçüncü və dördüncü rəkətləri qılsa, amma axırıncı rəkətdə üçüncü rəkətdə olduğunu başa düşsə - onun vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qılmadığı rəkəti namazın salamından qabaq qılmalı, sonra namazın salamını deməlidir. Bu halda namazın vacib təşəhhüdünü öz yerində demədiyi üçün ehtiyata görə, təşəhhüdün qəzasını yerinə yetirməli və iki səhv səcdəsi də etməlidir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı