www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Dövlət idarəsində və ya özəl şirkətdə təsərrüfat işlərinə baxan və satış mərkəzlərindən idarə və ya şirkətə lazım olan əşyaları alan məsul şəxs, satıcı qarşısında şərt qoya bilərmi ki, alışdan əldə etdiyi gəlirin müəyyən faizini ona versin? O, bu pulu satıcıdan ala bilərmi? Əgər idarə və ya şirkət müdiri onun belə bir şərt qoymasına icazə verərsə, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təsərrüfat işlərinə baxan məsul şəxsin belə bir şərt qoyması düzgün deyildir və bu pulu satıcıdan ala bilməz. Belə bir şərtin qoyulmasına idarə və ya şirkət müdirinin də icazə vermək haqqı yoxdur və onun bu xüsusda olan icazəsi etibarsızdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qadın naməhrəm kişilərin diqqətini cəlb edən, yaxud şəhvəti təhrik edən bir tərzdə hicab örtə və geyim geyinə bilərmi? Məsələn, naməhrəmlərin diqqətini cəlb edən bir tərzdə çadra örtə bilərmi? Yaxud şəhvəti təhrik edən materialda və rəngdə bir parçadan geyim və ya corab geyinə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın rəng, yaxud model, yaxud da geyim tərzi baxımından naməhrəm kişilərin diqqətini cəlb edən, beləliklə, onların fəsad və harama düşmələrinə səbəb olan geyimləri geyinə bilməz.

Allahdan uğurlar diləyirik!
Sual: Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi? Namazın vaxtı daxil olmamışdan öncə “qürbətən iləllah” niyyəti ilə dəstəmaz alıb, həmin dəstəmazla namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmazlı olmaq niyyətilə dəstəmaz almaq, şəri baxımdan bəyənilir və müstəhəb dəstəmazla namaz qılmaq caizdir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər namaz qılan şəxs namazda və ya namazı qılıb qurtardıqdan sonra rükunun və ya səcdənin zikrini səhv dediyini başa düşsə, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər rükudan və səcdələrdən sonra başa düşsə, ona heç nə vacib olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Subh namazını ən gec hansı vaxta kimi qılmaq lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gün çıxana qədər qılnımalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Şəkil olan yerdə namaz qlmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam oruc halda buruna dərman salmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Boğaza getməməsi şərtiylə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam! Xums hansı hallarda evde olan pula şamil olunur? Misal üçün: Əgər məndə 4000 min evdə olubsa ancaq 1 il keçmeyib onun evdə qalmağından onda ona xums düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xums günü əlinizdə artıq qalan və xumsu çıxarılmamış pullarınıza xums düşür. İstər həmin puldan 1 il keçmiş olsun, istər yox.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruc halında bilmədən çay içdim. Hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilmədən etmisinizsə orucunuz batil olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Süd verən qadın oruc tuta bilərmi. Əgər tuta bilərsə oruc tutması südünün azalmasına səbəb olarsa nə etməli?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər süd verən qadın oruc tutmaqla südü azalacaq və ya körpəyə hansısa zərər dəyəcəkdə oruc tutması vacib deyil. Lakin hər gün üçün 1 müd təam (750 qram çörək, un və.s) kasıba verməli və tutmadığı günləri də qəza olaraq yerinə yetirməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər yuxudan oyandıqda paltarımda maye görsəm, lakin məni olub, olmadığını bilməsəm hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər məninin şərtləri mövcud deyilsə qüsul vacib olmur.

Allahdan uğurlar diləyirik!
Sual: 2 səcədyi səhv deyəndə nə nəzərdə tutulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yəni namaz bitdikdən sonra səcdəyə gedərək, lazımı zikri dedikdən sonra, qalxıb yenidən səcdəyə getmək və daha sonra təşəhhüd və salam demək.

Allahdan uğurlar diləyirik!
Sual: Toyda oyun havalarının oxunması və qonaqların oynamağının hökmü nədir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram məclisə uyğun olan musiqiləri dinləmək, naməhrəmlərin önündə oynamaq icazəli deyil. Həmçinin ehtiyat-vacibə əsasən kişinin kişi, qadının isə qadın önündə oynaması haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: İçkili məclisdə oturmaq haramdımı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir məclisdə qadın oxuyarsa həmin məclisdə iştirak haramdır?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Qadının mahnı oxumasını dinləmək haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər bir nəfərin adı işdə gedirsə, lakin özü evdədirsə, yəni işləmir və maaş kartı da müdirdədir. Pulu müdir özünə götürürsə bu iş haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunan tərzdə əldə olunan puldan istifadə etmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: İçki içilmədiyi halda içki masası arxasında oturmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruc halında yuxuda boynuma qusul gələrsə orucum pozulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, belə olan halda oruc pozulmur.

Allahdan uğurlar diləyirik!
Sual: Ər və arvad 4 aydan artıq bir müddətdə yaxınlıq etmirlərsə boşanmış hesab olunurlar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, boşanmış hesab olunmurlar. Lakin ər 4 aydan çox xanımıyla cinsi yaxınlığı tərk etməməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Bilmək istərdim ki, ikinci evlilik zamanı birinci xanım boşana bilərmi? Ər qadını hər tərəfli təmin edib və qadın deyir ki, get ikincidən boşan sonra səninlə qalım, yəni səbəb yalnız ikinci evlilikdir. Bu halda ərin istəyi olmadan birinci qadının boşanması islamla düzgündürmü? Hər hansı molla bu boşanmanı oxusa bu düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişi qadını təmin edir və və nəfəqəsini ödəyirsə qadına təlaq düşmür və heç kim də bu halda təlaq oxuya bilməz. Hər hansı bir səbəbdən də təlaq düşərsə (üstə qeyd olunan yerə aid deyil) bu, şəri hakim tərəfindən icra olunmalıdır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı