www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mənim sualım belədir. Mərc oyunlarına pul qoyub oynamaq gunahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Mərc oyunları və oyunları mərc formasında oynamaq icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İki qurban kəsmək əhd eləmişəm bir müddət qabağ maddi vəziyyətə görə hələ kəsə bilməmişəm. Təzəcə oğlum dünyaya gəlib uşağın yeddinci günündə kəsilən müstəhəb olan əqiqə qurbanı kəsməy istiyirəm. Həmçinində 100 manat borcum var borc yiyəsinə də borcu qaytarmağa vaxt təyin etməmişəm demişəm imkan olanda qaytaracam. Bu halda mən birinci əqiqə heyvanı kəsməyimin bir maneəsi yoxdurki yəni iki vacib qurbanı birinci kəsmədiyim üçün mənə günah sayılarmı? Allah sizdən razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əhdiniz üçün müəyyən bir zaman bəlli etməmisinizsə istədiyiniz zaman yerinə yetirə bilərsiniz, lakin çalışın ən qısa zamanda bunu icra edəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadın ailə qurub və yoldaşı ilə dövlət nigahı var. Yoldaşı kəbin kəsdirmiyib. Bunların övladi var. Bunlardan dünyaya gələn uşağ nə sayılır? Bu qadin oruc tuta bilərmi? Təşəkkür edirəm
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər kəbinin hökmündən xəbərsiz idilərsə dünyaya gələn uşaq "vələdüş-şübhə" hesab olunur. Bu qadının oruc tutması üçün bir maneə yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Tər nəcisdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyərik!
Sual: Salam. Dəstəmazda əllərimi yuyanda salavat deyirəm, olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Salavat zikri müstəhəb zikrlərdəndir və bu halda da deyilməsinin maneəsi yoxdur.

Allahdan uğurlar diləyərik!
Sual: Salam. Namaz qılan xanım ailə həyatı qurandan sonra qırxı çıxdıqdan sora namaz qılmalıdır?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: İslami qaydalarda belə bir məsələ mövcud deyil və qadın ailə həyatı qurduqdan sonra namazlarını adi qaydada qılmalıdır.

Allahdan uğurlar diləyərik!
Sual: Salam. Qolum sınıb, gipsdədir. Salafana büküb qüsul alsam düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bədəninizin digər üzvlərini adi qaydada yumalı, gipsli yerə isə yaş əllə məsh çəkməlisiniz.

Allahdan uğurlar diləyərik!
Sual: Salam. Hamiləlik və övlada süd vermə zamanı tutulmuyan orucun qəzadan əlavə kəfarəsisə var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər şəriətdə qeyd olunan üzürə görə oruc tutulmayıbsa kəffarəsi yoxdur.

Allahdan uğurlar diləyərik!
Sual: Kişilərin az bir müddət üçün qızıldan istifadə etmələrinin hökmü nədir? Çoxları belə deyir ki, kişilərin az bir müddət üçün, məsələn, nikah vaxtı qızıldan istifadə etmələrinin maneəsi yoxdur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişilərin qızıldan istifadə etmələri haramdır və az, yaxud çox müddət arasında fərq yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Napak bir şeylə təmasda olan pak bir şey napakdır, yoxsa yox? Napak olduğu təqdirdə, neçə vasitəyə qədər napakdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcasətin özü ilə təmasda olub napak olan bir şey əgər pak bir şeylə təmasda olsa və onlardan biri yaş olsa, pak olan şeyi napak edər. Napak şeylə təmasda olmaq nəticəsində napak olan ikinci şey əgər pak bir şeylə təmasda olsa, ehtiyat-vacibə görə onu napak edər. Amma napak olan üçüncü şey, onunla təmasda olan şeyi napak etmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun eleykum. Bir möminin qəlyan çəkmesi haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gözə çarpacaq həddə ziyanı yoxdursa icazəlidir.

Allahdan uğurlar diləyərik!
Sual: Ətir və gülab vurmaq və ya onları iyləmək etikafı batil edirmi? Əgər bu iş səhvən edilsə, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ətir və gülabı ləzzət almaq üçün iyləsə və etikaf “müəyyən olunmuş vacib” olsa, vacib ehtiyata əsasən, etikafı sona çatdırmalı və qəzasını yerinə yetirməlidir. Yox, əgər etikaf “müəyyən olmayan vacib” olsa və etikafın ilk iki günü olarsa, etikafı başdan başlamalıdır. Əgər etikafın üçüncü günü olsa, etikafı tamamlamalı və sonra yenidən başlamalıdır.

Müstəhəb etikafda ikinci gün tamam olmamışdan öncə boynuna heç bir vəzifə gəlmir. Əgər etikafın üçüncü günü olsa, etikafı yenidən başlamalıdır. Vacib ehtiyata əsasən, qeyd olunmuş hökmlərdə, bu işin qəsdən və yaxud səhvən edilməsi baxımından, heç bir fərq yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Namazda Həmd surəsini qiraət etdikdən sonra (birinci və ikinci rükətdə) bir surə tam oxunmalıdırmı? Yoxsa Qurani-Kərimin bir neçə ayəsini oxumaq kifayət edir? Birinci halda, əgər Surə qiraət edildikdən sonra Qurani-Kərimin bir neçə başqa ayəsini oxumağa icazə verilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gündəlik vacib namazlarda Həmddən sonra ehtiyat-vacibə görə, bir surə tam oxunmalıdır. Tam bir surə əvəzinə Qurani-Kərimin bir neçə ayəsini qiraət etmək kifayət etmir. Amma tam bir surə oxunduqdan sonra Quran oxumaq niyyətilə bəzi ayələri oxumağın maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Dörd məsciddən qeyri məscidlərdə etikaf saxlamaq caizdirmi? Onun niyyəti necə edilməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dörd məsciddən* qeyri məscidlərdə (istər came, istərsə də başqa məscidlərdə) rica niyyətilə (Allahın istəyini həyata keçirmək niyyətilə) etikaf saxlamağın heç bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Xəstə və zərər olduğuna görə oruc tuta bilməyən bir şəxs, etikaf saxlaya bilərmi? Əgər həmin şəxs etikaf saxlasa və oruc tutsa, savab qazanarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucun ona zərər olacağını bilsə və yaxud məntiqi əsasla buna ehtimal versə, etikaf səhih deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: “İcazə verilmir” və “haramdır” hökmləri arasındakı fərq nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əməl məqamında bu ikisi arasında fərq yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər başa məsh çəkərkən əlin yaşlığı üzün yaşlığına qarışarsa, dəstəmaz batil olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ayaqlara, dəstəmaz suyundan əllərdə qalan yaşlıq ilə məsh çəkmək lazımdır. Buna görə də, başa məsh çəkərkən əl alının yuxarı hissəsinə dəyməməli və üzün yaşlığı ilə təmasda olmamalıdır ki, ayağa məsh çəkmək üçün lazım olan əlin yaşlığı, üzün yaşlığına qarışmasın.

Allahdan uğurlar diləyirik!
Sual: Üzərində Quran ayələri çap olunmuş post markalarından istifadə etməyin, yaxud “Allah” kəlməsini, Mütəal Allahın adlarını və Quran ayələrini, yaxud Quran ayələrinə şamil olan bəzi müəssisələrin gerbini qəzetlərdə, dərgilərdə və gündəlik çap olunan nəşrlərdə çap etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Quran ayələrini, Allahın adlarını və bu kimi kəlmələri çap etməyin maneəsi yoxdur. Amma bu kəlmələrin çap edildiyi vərəqlər kimin əlinə düşərsə, bu yazılara aid olan şəri hökmlərə riayət etməsi vacibdir. O, bu yazılara hörmətsizlik etmək, onları napak etmək və dəstəmazsız onlara toxunmaqdan çəkinməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Namazda ərəb kəlmələrini mükəmməl tələffüz etmək vacibdirmi? Əgər kəlmələr ərəbcə düzgün və mükəmməl tələffüz edilməsə, namaz düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın bütün vacib zikrlərini, o cümlədən, Həmd və Surənin qiraətini və digər zikrləri düzgün qaydada tələffüz etmək vacibdir. Əgər namaz qılan şəxs ərəb kəlmələrinin düzgün tələffüz qaydasını bilmirsə, onu öyrənməsi vacibdir. Əgər öyrənməyə qadir deyilsə, üzrlü hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: “Şəriət hökmlərinin izahı” adlı kitablarda qeyd olunub ki, əti haram heyvanların və quşların nəcisi napakdır. Əti halal heyvanların, məsələn, inək, qoyun və toyuğun nəcisi napakdır, yoxsa yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əti halal olan heyvanların – istər dördayaqlıların, istər quşların – nəcisi, həmçinin əti haram quşların nəcisi pakdır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı