www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Ayağın üstündəki hündürlük (məsh çəkərkən əli həmin yerə qədər çəkmək lazımdır) hansıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ayağa məsh oynağa qədər çəkilməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Günorta namazından sonra səfərə çıxsam və şam namazına qədər qaıtsam bu halda səfərdə orucu açmalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Orucun pozulmasına şəkk etdikdə vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəkkinizə etina etməyin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstamaz alarkən ilk öncə əllər yuyulur , daha sonra ağız yaxalanmalıdır mütləq ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əllərin yuyulması və ağızın yaxalanması dəstəmazda vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İnsanın naməhrəmlə (evli olduqu halda) xəyal qurması Orucu pozurmu? ( amma bu xəyalın şəhvətə səbəb olmayacaqını dəqiq bilir)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, bu hal orucun pozulmasına səbəb olmaz, lakin günaha müqəddimə olduğundna çəkinmək məsləhət olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kolbasa yemək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri cəhətdən halal hesab olunan yollarla hazırlanırsa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Bir kəs oğurluq malı alıb onu başqa adama satırsa qazanılan pul haram hesab olunurmu? Bu qayda ilə qazanan adamın yanında işdiyib həmin qazancdan verilən maaşın hökmü nədir? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli qazanc haram hesab olunur. Bu vəziyyətdən xəbərdar olan işçilər maaşları da haram hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam üzü ülgüclə qırxan pişnamaz dura bilər? Və tək qıldıqları namaz düzdü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, pişnamaz dayana bilməz, lakin öz namazları düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Səlamun aleyküm. Bir nəfərin boynuna haramdan (istimna, yaxud zina və ya hər hansısa haram işdən) cənabət qüslü gəlibsə, onun təri nəcisdir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Pakdır, lakin ehtiyat-vacibə əsasən, bədəndə və ya paltarda olarsa o halda namaz qılmasın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Dəstəmaz alanda əlləri yuyanda salavat deyilməlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Mən üzmü maşınla vururam hansı ki o maşınla adi insanlar vuranda üzündə tük bilinir. Bildirmək isdirəm ki o üzə sürtülən maşınlardandır ki hansı ki çox az saxlayır tükü. Amma mənim üzüm sarı və tüküm sarı olduqu üçün bilinmir. Mən o maşınla vurmaqımın hökmü nədir? Haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üzünüzdə saqqal deyiləcəyi qədər tük qalırsa maneəsi yoxdur, əks halda icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Anası seyid olan seyid hesab olunurmu?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Şəriətdə qeyd olunan "seyid" yalnız ata tərəfindən seyid olanlara deyilir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruc adamın çimməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dövlət zaksı olub, dini kəbinləri olmayanların hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dərhal kəbin kəsdirməlidirlər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Gözəllik salonunda işləmək və ya şagird kimi getmək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Bədənə nakolka vurmağın icazəsi varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mənim atamın ana tərəfi seyyiddir. Camaat məni "seyyid" çağırır. Bunun mənim üçün günahı varmı?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Sizin üçün günahı yoxdur. Lakin əgər sizi seyid sanıb, seyidlərə xass olan məsələləri icra etsələr bunun qarşısını almalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Cənabət qüsulundan sonra dəstəmaz almaq lazımdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, alınmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qolum sınıb, gipsdədir. Necə cənabət qüsulu verim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bədəninizin hər yerini yumalı, gipsli olan yerə isə əgər pakdırsa yaş əllə çəkməlisiniz. Nəcisdirsə pak bir parça qoyaraq məsh çəkə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xums günümü yeni təyin etmişəm. Ödədiyim və yaxud xərcləyədiyim pullara xums düşürmü? Yoxsa təyin etdiyim gündə xümsu hesablamalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bugünə qədər sizə xums vacib olub, lakin xums verməmisinizsə bunu müctehid və ya nümayəndəsiylə həll etməlisiniz. Yox əgər ilkin olaraq xums çıxarırsınızsa xərclədiyiniz pullara deyil, xums günü əlinizdə qalan pullarınıza, artıq qalan ərzaqlarınıza və xumsu vacib olan digər nəsnələrin 1/5-ni həmin gün çıxarmalısınız.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı