www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Şirk etsək, sonra da tövbə etsə əgər bu dünyada bağışlanar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şirk yəni Allahın fel və sifətlərində şərik qoşmaq. Bundan tövbə edən şəxs bağışlanmış hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Subay bakirə qızla nişanlıyam. Atasının icazəsi olsa müvəqqəti kəbin kəsdirə bilərəmmi? Ya hökmən daimi kəbin olmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Atasının icazəsi olduğu surətdə həm müvəqqəti, həm də daimi kəbin kəsdirə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ağlıma tez-tez söyüş söymək fikirləri gəlir. Söyüş söymədiyim halda bu fikirlər günah hesab olunurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, günah hesab olunmur, lakin yaxşı olar ki, fikrinizə bu cür fikirlərin gəlməsinin qarşısını mütaliyə etməklə, Quran və müxtəlif ziklərlə almağa çalışın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən müsəlman ölkələrin birindəyəm. İdarədə işləyirəm, yeməymizi də idarə verir. Orda verilən ət məhsullarını araşdırmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlman ölkələrində olan ət və ət məhsulları haramlığı sübuta yetməyənə qədər halal hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Mənim dayım, əmim yoldaşıma məhrəm düşürmü və onların yanında başı açığ ola bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər məhrəm olmağa digər səbəblər yoxdursa (yəni məsələn əminizin yoldaşı dayınızın bacsı, xalası, bibisi və.s deyilsə) naməhrəm hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Bəzən sidikdən sonra yapışqan kimi su gəlir, bu məni hökmündədirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, bu maye vədi (vədy) adlanır və məni hökmündə deyil. Məninin özünə məxsus özəllikləri var.

Allahdan uğurlar diləyierik!
Sual: Mehriyyəni qızın atası təyin edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğuarlar diləyirik!
Sual: Bilmədən, xumsu verilməyən pulla alınmış paltarda namaz qılan şəxsin qıldğı namazların hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəzaya ehtiyac yoxdur, lakin bundan sonra daha diqqətli olun.

Allahdan uğuarlar diləyirik!
Sual: Kosmetik vasitələr satmaq düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğuarlar diləyirik!
Sual: İçki olan restoranlarda işləmək düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğuarlar diləyirik!
Sual: Nəcis olan, lakin nəcasətin eyni olmayan yerə az su (qəlil) dəyib, üstünmə sıçrasa üstüm nəcis hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, nəcis olur.

Allahdan uğuarlar diləyirik!
Sual: Salam. Hər hansı bir məhsulu alıb saxlayıram ki bahalaşsın sonra sataram məsələn buğdanı bu düzdü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur, lakin əgər müsəlmanların çətinliyə düşməsinə və ya dgər fəsadlara səbəb olacaqsa icazəli deyil.

Allahdan uğuarlar diləyirik!
Sual: Salam, bir nəfər oğurluqla əldə etdiyi puldan mənə borc vermişdi. Belə hallarda bu borcu qaytarmaq mənə vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər pulun oğurluq olduğuna əminsinizsə, pulun həqiqi yiyəsini tapıb, ona qaytarmaq lazımdır.

Allahdan uğuarlar diləyirik!
Sual: Bir şəxs mənə salam verir, ama səs küy səbəbindən mənim cavabımı eşidə bilmir. Belə olan halda vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər adi qaydada səsinizi eşidəcək həddə cavabını versəniz, kifayət edir.

Allahdan uğuarlar diləyirik!
Sual: Salam. Mən ailə quranda kəbin kəsdirmədim bir neçə il belə yaşadıq. Sonra Namaz qılmağa başladım bildim ki, kəbin vacibdir. Kəbin kəsdirmək istədim, amma kəbinin vacibliyini bilənin sonra bilə bilə kəbinin qabaq xamımımla bir dəfə yaxınlıq etdim. Bu məsələnin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vaxt itirmədən kəbin oxutdurmalısınız.

Allahdan uğuarlar diləyirik!
Sual: Salam. Mənim anam riba ilə məşğuldur özüm isə oxuyuram instutda tələbəyəm. Anam mənə aldığı paltarla namaz qılıram və özümdə işsizəm. Mənim namazlarım batildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Alınan paltarların haram pulla alındığına əmin deyilsinizsə namaz qılmağınızın eybi yoxdur. Əgər buna əmin olsanız, həmin paltarlarla zərurət olmadıqca namaz qıla bilməzsiniz. Bacardıqca başqa pulla alınan və ya hədiyyə olunan paltarlardan istifadə etmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mən bir müddət sidiyin məxrəcini sudan qeyri şeylərlə paklamışam. İbadətlərimin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmır. Lakin əgər bilməməzlik üzündən sidiyin məxrəcinin bu yolla paklandığına əminliyiniz var idisə ibadətlərinizin qəzasına ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən xanımam. Sosial şəbəkələrdə səs vasitəsiylə sualları cavablandırıram. Səsimi naməhrəmlər də eşidə bilər. Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Camaat namazında camaata nə sağ nə sol nə də qabağdan birləşmə yoxdu və ancaq arxadakı cərgədən camaata qoşulmaqla camaat namazına qoşulmaq sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Fərdi namazında səcdəni stulda oturan halda edən şəxs imam camaat ola bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı