www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Spirtli ətirdən istifadə etmək olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxsin məsh yerində yara olarsa, onun vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məsh yerində olan yaranın üstünə yaş əli çəkə bilmirsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir. Amma əgər yaranın üstünə bir parça qoyub, onun üstünə yaş əli çəkə bilirsə, ehtiyata görə, təyəmmümdən əlavə, bu qaydada məsh çəkərək dəstəmaz da alsın.

Allahdan uğular diləyirik!
Sual: Qəsbi məkanda səccadənin və ya taxta parçası və bu kimi şeylərin üstündə namaz qılan şəxsin namazı düzgündürmü, yoxsa batildir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəsbi məkanda qılınan namaz batildir, baxmayaraq ki, səccadə və ya taxta parçası üstündə qılınıbdır.

Allahdan uğular diləyirik!
Sual: Mən namazın sözlərini ata-anamdan öyrəndiyim və məktəbdən mənə öyrədilən qaydada tələffüz etmişəm. Amma sonradan sözləri səhv tələffüz etdiyimi başa düşmüşəm. İmamın (r.ə) fətvasına görə namazı yenidən qılmaq mənə vacibdirmi? Yoxsa o qaydada qıldığım namazlar düzgündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunanları nəzərə alaraq, keçmiş namazların hamısı düzgün hökmündədir və o namazları yenidən qılmaq və qəzasını qılmaq lazım deyildir.

Allahdan uğular diləyirik!
Sual: Şəhərin zibilyığan maşınlarından küçələrə tökülən və bəzən güclü külək nəticəsində camaatın paltarlarına sıçrayan su pak hökmündədir, yoxsa napak?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu su pak hökmündədir. Amma əgər bir şəxs bu suyun nəcasətlə təmasda olması nəticəsində napak olduğuna yəqin etsə, bu su napakdır.

Allahdan uğular diləyirik!
Sual: Kişi namazda qadının azanı ilə kifayətlənə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişinin qadının azanı ilə kifayətlənməsi məhəlli-işkaldır.

Allahdan uğular diləyirik!
Sual: Başqa ölkələrin şəriət alimlərinə təqlid etmək olarmı? Belə ki, onlarla əlaqə qurmaq mümkün deyildir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Camiüş-şərait müctəhidə təqlid etməkdə müctəhidin mükəlləfin ölkəsinin vətəndaşı olması və ya mükəlləfin yaşadığı yerin sakini olması şərt deyildir.

Allahdan uğular diləyirik!
Sual: Qadınlar namazda bədənin hansı hissələrini örtməlidirlər? Qolu qısa paltar geyinmək və corab geyinməməyin maneəsi varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınlar namazda bütün bədəni və saçları, bədəni tam örtən bir geyimlə örtməlidirlər. Yalnız üzün dəstəmazda yuyulması vacib olan hissəsi, biləyə qədər əllər və oynağa qədər ayaqlar istisnadır (yəni örtülməyə bilər). Naməhrəm gördüyü halda isə ayaqlar da örtülməlidir.

Allahdan uğular diləyirik!
Sual: Salam, dəstəmaz alanda alına su tökəndən sonra birinci üzün orta hissəsini sonra sağ hissəsini və ya əksinə yumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlr diləyirik!
Sual: Salam. Qadın hamiləliyinin ilk günlərində uşağını aldıra bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hamiləliyik ilk günlərində olmaq uşağı aldırmaq üçün səbəb hesab olunmur.

Allahdan uğurlr diləyirik!
Sual: Salam. Rəcəb ayının orucunu tutacaqdım, gecə boynuma qüsul gəlib, sübh namazına da dura bilməmişəm. Səhər durub, qüsul alıb niyyət edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda siz, gecədən niyyət hesab olunmuş olursunuz və orucunuz düzgündür. Və digər tərəfdən oyandığınız zaman dərhal qüsul almağın da zərurəti yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Gülüş üçün kimisə aldatmaq olarmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynunda vacib oruc olan şəxsin,müstəhəb oruc tutmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müstəhəb oruc tuta bilməz, tutsa da qəza orucundan hesablanar.

Allahdan uğurlar diləyirik!
Sual: Mən namazda Fatihə surəsinin axırında "və ləzzallin" sözündə "L" hərfini bir dəfə demişəm bilmədən. bunun namaza maneəsi var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bugünədək eybi yox, lakin bu gündən etibarən namazın qiraətini düzgün şəkildə deməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən əhd etdiyimə görə 3 gün oruc tutmalı idim. Tutdum, lakin qəza orucum da var idi. İndi bu oruclarım qəzadanmı hesablanır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, əhd üçün olan orucunuzdan hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər balaca oğlan uşağı şalvarına sidik etsə, sonra da islanmış ayağıyla xalçaya çıxsa həmin yeri yaş əskiylə silsəm və yaxud xalça yuyan maddəylə şotkalasam təmiz sayılar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər uşağın ayağındakı yaşlığın xalçaya keçdiyinə əmin deyilsinizsə xalça nəcis hesab olunmaz və paklamağa da ehtiyac yoxdur. Lakin əgər yaşlığın xalçaya keçdiyinə əminsinizsə dediyiniz yollarla paklamaq olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın heyzli günlərdə salavat, zikr, dua edə bilərmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur. Heyzli qadına haram olan şeylər aşağıdakılardır: 1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər.

2.Cünub şəxsə haram olan şeylərin hamısı; (cənabət hökmlərində izah olunub)

3.Fərc ilə (cinsiyyət üzvü ilə) cima etmək.
Sual: salam. Mən Qurana əl basaraq and içdim ancaq bu andımı pozdum indi çox peşmanam nə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tövbə etməyiniz kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Ocurluq ayında çimmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Lakin ehtiyat-vacibə əsasən, başın hamısı bir yerdə suya salınmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmazda üzümü 1 yox 2 əl ilə yuya bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı