www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Ərzaqın xumusu bir dəfə çıxarılıbsa hər il onu hesablamaq lazmdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Salam. Xumsu çıxarılmış şeyin xumsu vacib olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Qəza orucları var ikən müstəhəb orucu tutmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, qəza orucu tutmaqla müstəhəb orucun da savabını əldə edə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Valideyn bir ömür namaz qılmıyıb, dünyasını dəyişəndən sonra namazları böyük övladın boynuna gəlir ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, belə olan halda vacib olmur, lakin yaxşı olar ki, qılınsın və ya qıldırılsın.

Allahdan uğurlar diləyirik!
Sual: Ərinin atıb getdiyi qadın təlaq üçün nə etməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə olan halda müctehid və ya nümayəndəsinə müraciət olunmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən bir yerdə qonağam. Bilmirəm nə qədər qalacağımı. Mən öz özlüyümdə deyə bilərəm ki, 10 gün qalacam? Və bu yolla namazlarımı bütöv qıla bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 10 gün qalıb-qalmadığınızı bilmirsinizsə namazlarınız qəsr qılınmalıdır. 10 gün qalmaq qəsdi etsəniz namazlarınızı adi halda qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: işlədiyim yerdə hər dəfə fərqli şəxs pişnamaz dayanır. Bunun maneəsi varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Orucu tamamlayanda xurma və sudan istifadə etmək vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, lakin xurma ilə iftar etmək müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tanınmış və məhşur bir şəxsə heykəl və ya abidə qoymaq icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazda pişik tükünün paltarımda olmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1-2 pişik tükünün insanın bədən və ya paltarında olması namaz üçün bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam; Nişanlımın atası və atasının atası rəhmətə gedib, bu halda əqd üçün kimdən razılıq almalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əqd üçün ata və onun atasından başqa kiminsə icazəsi vacib deyildir, lakin yaxşı olar ki, qadının böyüklərinin icazəsiylə baş versin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Analiz nəticəsində bəlli olsa ki, ananın bətnindəki uşaq xəstə və əlil olaraq dünyaya gələcək, belə olan halda uşağı aldırmaq icazəlidirmi?
Cavab: Salam Ayətullah Sistani-dəftərxana: Xeyr, belə olan halda uşağı aldırmaq olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Təyin olunmuş vaxt və miqdardan az işləyənlərin aldığı maaşın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səhlənkarlıq etdikləri vaxt və miqdara görə aldıqları maaş problemlidir və istifadəsi icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir nəfər ibadətə gəlməmişdən öncə oğurluq edib. Onu geri qaytarmalı və ya halallığını almaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli, hər hansı bir yolla halallıq və razılıq almalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: İçki də verilən şadlıq evlərində xidmətçi (ofisant) işləmək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən uzun illər bilmədən əhli-sünnə namazı, həm də cünub halında namaz qılmışam. Namazlarımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cünub halında qıldığınız namazların qəzasını yerinə yetiməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Mən uzaq yerdə işləməyə getmişəm. 10 gün qalmaq niyyətindəyəm. Namazlarımı adi halda qılacam. Bəs 10 gündən artıq qalsam necə qılmalıyam?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: 10 gün və ya artıq qaldığınız zaman namazlarınızı adi qaydada qıılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Yuxuda şəhvətamiz yuxu görsəm və bədənim süstləşsə, lakin paltarımda heç bir iz olmasa, qüsul vacib olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda qüsul vacib olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Paltaryuyan maşın paltarı pak edərmi?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Əgər eyni-nəcasət aradan getdikdən sonra kür suya bağlı olan paltaryuyan maşındakı paltarın hər yerinə bu su çatsa və su maşının içini tamamilə əhatə etsə, bu paltarlar pak olar. Eyni şəkildə az su ilə maşın paltarları 2 dəfə yuyarsa, pak olar.

Allahdan uğurlar diləyirik!
Sual: Mən bacımla kirayə qalıram və yeznəm xums vermir. Mən bu evdə ibadət edə bilərəm? Bir de namaz qilmaq ücün ev sahibindən icazə almalıyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, namaz qıla bilərsiniz və bunun üçün kirayə qaldığınız ev sahibindən icazə almağa ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Mən işləmirəm. Atam xums vermir, yəni atamın qazancı ehtiyaclarını ödəmir, amma mənə də pul göndərir. Mən o pulla özümə namaz səccadəsi, paltar almışam. Bunlarla namaz qıla bilərəmmi?`
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sizə verilən pulun xumsu vacib olan maldan olduğuna əmin deyilsinizsə istifadə etməyinizin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı