www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Namazın düzgün tələffüzü dedikdə nə nəzərdə tutulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yəni hərflərin məxrəcləri (ərəb dilində tələffüzü) düzgün şəkildə yerinə yetirilsin.

Allahdan uğurlar diləyirik!
Sual: Mənim saçlarımın qabağı uzundur. Məshi çəkəndə əlimi hara kimi çəkməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər saçlarınızın bir tərəfi başınızın digər tərəfinə çatırsa (məsələn saçınızın qabaq hissəsi başınızın arxa hissəsinə) məsh zamanı əlinizin yaşlığını dərinizə çatdırmalısınız. Məshin uzunluğu isə yaxşı olar ki, bir barmaq uzunluğunda olsun, lakin məsh deyiləcək qədər çəkilsə də eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Müstəhəb qusl alarkən cənabət quslundakı kimi suyu bədənin hər yerinə çatdırmaq lazımdır, yoxsa elə başdan su töksək kifayətdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müstəhəb qüsulun alınmasının vacib qüsuldan heç bir fərqi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Hansı balıqları yemək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pulu olan balıqları yemək olar (hətta pulu zamanla aradan getsə də).

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hansı oyunları (lato,kart,domino) telefonda oynamağın icazəsi var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qumar aləti kimi hesab olunan oyunları istər real, istər virtual (məsələn telefonda) oynamaq icazəli deyil. Həmçinin nərd və şahmat oyununu oynamaq ümumiyyətlə haram hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmazda əllər dəstəmaz üzvlərinə aiddir?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Əlləri yumaq dəstəmaza aid deyil, lakin əgər dəstəmazdan öncə əllər yuyulsa qolları barmaqların ucuna qədər yumaq lazımdır, biləngə qədər yox.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadin heyzli olduğu günlərdə başını yuya, çimə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Tərkibində konyak tərkibli sirop qatılmış şirniyyatın istehsalı və qida kimi istifadə etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcis hesab olan spirtli içkilərin (əslində maye və məst edici olan) qidalarda olması problemlidir və istifadəsinə də icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Mən nişanlı olan zaman nişanlımla kəbin oxutdurmağa atalarımız gedib. Bunun kəbinə bir maneəsi varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Təbii halda qatı olan su ilə dəstəmaz almaq və qüsl etməyin hökmü nədir? Məsələn, duzların və mineralların çoxluğu nəticəsində qatı suyu olan dəniz və göl suları, o cümlədən, Urmiyyə gölünün suyu və s.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sadəcə duzların və mineralların çoxluğu nəticəsində suyun qatı olması, həmin suyun “mütləq su” adlanmasına mane olmur. Mütləq suya aid olan şəri hökmləri daşıması üçün ürfün nəzərində (camaat arasında) “mütləq su” deyə adlanması kifayət edir.

Allahdan uğurlar diləyirik!
Sual: Kişilərə aid olan və qadınların istifadə etmədikləri qızıl bəzək əşyalarının düzəldilməsi və satılmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qızıl bəzək əşyalarınının kişilərin istifadə etmələri məqsədilə düzəldilməsi haramdır və onların bu məqsədlə alqı-satqısına icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxsin məsh yerində yara olarsa, onun vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məsh yerində olan yaranın üstünə yaş əli çəkə bilmirsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir. Amma əgər yaranın üstünə bir parça qoyub, onun üstünə yaş əli çəkə bilirsə, ehtiyata görə, təyəmmümdən əlavə, bu qaydada məsh çəkərək dəstəmaz da alsın.

Allahdan uğurlar diləyirik!
Sual: Mütəal Allahın adını, “ا...” şəklində yazmaq geniş yayılmışdır. Dəstəmazsız bu yazıya toxunanların hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: “Əlif” hərfi və nöqtələr, Allahın adı hökmünü daşımır və bu yazıya dəstəmazsız toxunmaq olar.

Allahdan uğurlar diləyirik!
Sual: Sübh namazın nafiləsini azandan sonra, namazdan qabaq qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazın salamlarını deyərkən başı çiyinlərə döndərmək doğrudurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, belə olan halda namaz batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmaz əvəzinə alınan təyəmümdən sonra detamaz almalıyıq?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Buna ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Əgər məkruh olan hər hansısa bir əməli eləməmək ücün Allah and içsəm, bir müddətdən sonra həmin əməli eləsəm, 3 gün oruc tutmalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Andın şərtləri mövcuddursa kəffarəsi vacibdir. Kəffarədə isə bir qul azad etməli, ya on fəqiri doydurmalı, ya onları geyindirməlisiniz, əgər bunları edə bilməsəniz, gərək üç gün ardıcıl oruc tutasınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən birinci dəfə ailə qurduqdan sonra başonmışam. Ərimdən təlaq almadan ikinci dəfə evlənmişəm. İndi anlamışam ki, birincidən təlaq oxuduqdan sonra kəbin oxutmaq lazımdır. Bəziləri deyir ki, siz əbədi olaraq haramsız və evlənə bilməzsiniz. Bu düzdürmü?
Cavab: Salam. Ayətullah Şübeyri Zəncani-dəftərxana: Xeyr, əbədi olaraq haram deyilsiz. Tövbə edib, təlaq və iddədən sonra ikinci ərinizlə əqd oxuya bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam evlənmək niyyəti ilə qızın şəklinə baxmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Tanımaq və evlilik məqsədi ilə naməhrəm xanımın şəkilinə şəri çərçivədə baxmağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Nərd oynamaq haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı