www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Suba qadın ilə kişi zina edib. Sonra ailə qurub və daimi kəbin kəsdiriblər. Bir-birinə haram olurlarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, evlilikləri düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Müvəqqəti əqd oxunanda hərflərdən bəziləri səhv deyilibsə əqd batildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sözlərin mənası dəyişərsə, əqd batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Ayaqyolunda olan su deyirlər dəstəmaz alası su deyil, quyudan gəlir. Belə olan halda bövlün məxrəcini paklamaq üçün qabda olan təmiz sudan istifadə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Quyu suyu nəcisi paklaya bilən sulardandır. Belə olan halda başqa suya ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Dəstəmaz almaq üçün hər namazda axar su yanına gedə bilmirəm. Hər hansı qabdan hansı qaydada dəstəmaz almalıyam səhih olması üçün?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Axtar su ilə aldığınız qaydada almağnız kifayətdir. Dəstəmazın qaydasında fərq yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Satıcı tərəzidə müştəriləri aldadır. Belə olan halda satıcının arvadının vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ərinə bu işin pisliyi barədə xəbərdarlıq etməli və çəkindirməyə çalışmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ağanın rəyni bilmək istərdim dəniz məhsulu olan raçki (krivetka) yemək halaldır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Qızla oğlan öz aralarında müvəqqəti kəbin kəsdirə bilərmi? Mütleqdir ki, ərəbcə oxumaq lazımdır? Ya özümüz də oxuya bilərik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bakirə qızla kəbin kəsmək istənildiyi zaman atasının icazəsi şərtdir. İstər kəbin daimi olsun, istər müvəqqəti. Əqd ərəbcə oxunmalıdır, istər şəxslərin özü tərəfindən, istərsə də təyin etdikləri vəkillər tərəfindən.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər məzidən spermaya məxsus iy gəlirsə, amma həmin mayənin şəhvət hissi ilə gəlib gəlmədiyini dəqiq bilməsəm qüsl almalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məninin (spermanın) 3 şərti var: şəhvətlə və sıçrayışla çıxsın və çıxdıqdan sonra bədən süst olsun. Bu məsələlərdə şəkk etsəniz sperma hökmündə deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən ev temiri üzrə usta işləyirəm. Aylıq gəlirim 600 manata yaxındır. Bu halda mənə xums düşürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İlk qazancınızı əldə etdiyiniz gün sizin xums ilinizin günü olaraq təyin olunur. Hər il xums gününüzdə illik ehtiyaclarınızdan artıq qalanınının 1/5-ni hesablayıb, xums olaraq çıxarmağınız vacibdir. Aylıq əldə etdiyiniz maaşın qədərinin önəmi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Azan veriləndən sonra dəstəmazi vacib niyyəti ilə alaq yoxsa qürbət niyyəti ilə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vaxt daxil olduqdan sonra hər 2 niyyətlə dəstəmaz alınsa, düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Başı kəskin şəkildə ağrayan şəxs orucunu nə etməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İmkan daxilində dözməlidir. Dözülməz həddədirsə dərman içib, daha sonra qəzasını yerinə yetirməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nifas halında olan qadın Müqəddəs məkana daxil ola bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Heyz halında haram olan işlər, nifas halında olan qadına da haramdır. İmamların məqbərələrinə və Məkkə, Mədinə məscidlərinə girmək icazəli deyil, lakin imamzadələrin hərəmlərinə daxil olmağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nişanlımla (kəbinsiz olduğum halda) məhrəm kimi onunla açıq danışa bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəriətin halal bildiyi çərçivədə danışmağın eybi yoxdur. Zarafatlaşmağa da icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Mənim işim 24 saatdır. Paltarıma sidik dəysə işdə olduğum müddətdə paklanıb, paltarı dəyişə bilməyəcəm. Bu cür vəziyyət baş versə namazların qəzaya getməməsi üçün nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəcis paltarınızı su ilə paklaya bilərsiniz. Əgər heç cürə paklamaq və ya dəyişmək mümkün olmazsa həmin paltarla namaz qılımalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əger qadın rəsmi olaraq həyat yoldaşından ayrılıbsa və yoldaşı ölkəni tərk edib gedibsə və qadın 10 ildir onun yerini bilmirsə kəbin necə pozula bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu barədə müctehid və ya nümayəndəsinə müraciət edin.

Allahdan uğurlar diləyirik!
Sual: Nişanlımın atası və atasının atası ölüblər. Kəbin kəsdirmək istəyirik, lakin anası razı deyil. Anasının icazəsi şərtdirmi?
Cavab: Salam Ayətullah Sistani-dəftərxana: Əqddə şərt olan icazə ata və atanın atasının icazəsidir. Bu iki şəxsdən başqa şəxsin icazəsi mötəbər hesab olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Hansısa bir naməhrəm qızla əlaqə qurmaq ya tanış olmaq olarmı ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Evlilik qəsdi ilə naməhrəm qadını tanımaq üçün yaxından tanış olmaq və şəriətin qoyduğu çərçivədə əlaqə qurmaq icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər içkili toyda namaz qılanlar üçün əlavə otaq və ya masa ayrılsa həmin toyda iştirak etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram məclisin bir hissəsi hesab olunduğuna görə icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Kişinin rəqs etməyinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Xala, xala qızı və xala qızının qızı kişiyə naməhrəm sayılır?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xala məhrəm, digərləri isə naməhrəm hesab olunur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı