www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum. yeni mənzilimi təmir elətdirmək istəyirəm. İçki içən ustalara iş gördürə bilərəm? Yoxsa içki içməyən ustalar axtarmağım şərtdir? Əgər bu cür ustalar tapa bilməsəm, ustalar orada içki içərlərsə bunun mənə günahı var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İçki içən şəxsləri işə götürmək haram deyil, lakin yaxşı olar ki, möminləri işə götürəsiniz. Hər bir halda siz onları içki içməsi üçün şərait yaratmamalısınız və evinizdə içki içilməsinə mane olmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Haram toya pul yazdırmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Toylara pul yazdırmaq hədiyyə məqsədi ilə və bəzən də sizin toyunuza gəldikləri üçün yazılır. Belə olan halda maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. "Səmiəllahu limən həmidəh" rükudan qalxandan sonra səcdəyə getməmiş yoxsa rükudan qalxa-qalxa deyilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər həmin zikri namazda ümumi zikr kimi desəniz hərəkət halında deyə bilərsiz, lakin əgər sırf rükudan sonra olan zikr niyyəti ilə desəniz bədənin aram olduğu halda deməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Məscidin borca qörə işığını kəsiblər. Mən verəcəyim xums pulundan bu borcu odəyə bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər ailədə kişinin uşağı olmursa, qadın süni mayalanma edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadının öz həyat yoldaşı ilə süni mayalanmağı icazəlidir, lakin bu proses zamanı digər haramlardan (məsələn naməhrəmin toxunmağı, baxmağı) çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bövlün (sidiyin) məxrəci hər dəfə su ilə yuyulmalıdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bövlün məxrəci suadan başqa bir şeylə paklanmaz. Nəcasətin eyni aradan aparıldıqdan sonra kürr su ilə 1 dəfə yuyulsa pak hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Heyzli qadın cənabət qüslu ala bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Müsəlman ölkəsində kəsilən heyvanların haram və ya halal olması barədə şəkkimiz var. Nə etməliyik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlman ölkəsində olan ət və ət məhsulları şəri baxımdan halal hökmündədir, lakin yaxşı olar ki, halallığını dəqiqləşdirəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: And içib edə bilməməyin kəffarəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc tutmağını, ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, günah etmiş olur və gərək kəffarə versin, yəni bir qul azad etsin, ya on fəqiri doydursun, ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun.

Allahdan uğurlar diləyirik!
Sual: Subay oğlanla subay qız (bakirə) müvəqqəti kəbin bağlaya bilərlərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kəbində bakirə qızın atasının icazəsi şərtdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, bir xanım var yoldaşı namaz qılmır. xums da vermir. Xanım pensiya alır, lakin kişi onu da özündə saxlayır xanıma vermir. Bu xanımın xums çıxarmalıdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda xanıma xums vermək vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xarici ölkəyə gedirəm. 4 gün yolda olacam, lakin çatacağım yerdə 10 gündən artıq qalacam. Namazlarımı necə qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vətəninizdən çıxışından 22 k/m yol qət etdikdən sonra 10 gün qalacağınız məkana çatana qədər namazlarınız qəsr (4 rükətli namazlar 2 rükət) kimi qılınmalıdır. 10 gün qalacağınız yerdə namazlarınız adi qaydada qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən qohumlardan paltar alıb geyinirəm, lakin onlar pulu qumar yolu ilə qazanırlar. Mən o paltarla çarəsiz namaz qılmağa məcbur oluram. Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin paltarın halal və ya haram yolla alındığına əmin deyilsinizsə maneəsi yoxdur. Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən halal yolla toy etmək istəsəm də, anam narazıdır. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram yolla toy etmək icazəli deyil. Ananızı uyğun yollarla başa salmağa çalışın.

Allahdan uğurlar diləyirik!
Sual: Subay qızla oğlan müvəqqəti kəbin kəsdirə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadının atasının icazəsi şərtdir.

Allahdan uğurlar diləyirik!
Sual: salam. 1)Subay bir oğlanla subay bir qiz zina edib, sonradan daimi nikahla ailə qura bilərmi? 2)Valideyinler oğurluqla pul qazanıb və ovladına maşın və bu kimi hədiyyələr alır. Bu hədiyyələrin hökmü nədir? 3)Valideyinler halal yolla olmayan qazanc əldə edir və övlad da işləməsiyinden məcburən bu pulla alınan qidadan istifadə edir. Hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Tövbə edib evlənə bilərlər.

2.Əgər övlad həmin hədiyyələrin oğurluq pulla alındığına əmindirsə istifadə edə bilməz.

3.Zərurət halında eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir nəfər ev almaq üçün pul yığır, xums vaxtı çatıb . Bu pula xums düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər zəruri ehtiyaclarındandırsa xüms düşmür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Balıq ətinin haram ya halallığımı soruşmadan yemək olarmı? 2.Toyuqları insan əli dəymədən aparatlar kəsərsə halal sayılırmı?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana:

1.Müsəlman ölkəsidirsə maneəsi yoxdur.

2.Əgər kəsimin şəri cəhətdən vacib olan digər qaydalarına əməl olunursa maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Şükür Səcdəsini və ya dua etmıkçün səcdəyə gədəndə Namazdakı kimi 7 əzamız yerə dəyməlidir? 2.Neçə il qüsulumu batil almışam. İbadətlərimi qəza etməliyəmmi? 3.Namazda İmam Hüseynə (ə) ağlamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana:

1.Xeyr.

2.Oruclarınızın qəzasına ehtiyac yoxdur, lakin namazlarınızın qəzası yerinə yetirilməlidir.

3.Əgər Allaha və Qiyamətlə əlaqəlidirsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: İslam dininə gəlib, bütün vacib əməlləri yerinə yetirib, sünnət etməməklə ibadət qəbuldur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sünnət etdirmək vacibdir, lakin yalnız həcc təvafının düzgünlüyü üçün şərtdir. Digər ibadətlərin şərti deyil. Əgər hədddi buluğa qədər sünnət olunmayıbsa özü sünnət etdirməlidir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı