www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum oruc tutarkən çinmək olarmı
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam. Səhm satışı ilə məşğul olmaq haramdır? Məsələn, bitcoin alıb sonra bahalaşanda satmaq olar?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bitcoinlərlə bağlı Ayətullah Xamenei nəzər bildirməyib və bu məsələdə müqəllid növbəti ə'ləm müctehidin fətvasına əməl edə bilər.

Təşəkkürlər.
Sual: Salam azanin deqiq vaxtlarini blmek istiyirdim
Cavab: Aleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin. Bunun üçün düzlüyünə etibar etdiyiniz təqvimlərə müraciət etməyiniz lazımdır.

Təşəkkürlər.
Sual: Salam.Mən Ayətullah Xameneiyə təqlid edirem.Sualim budur ki,mən bəzi məsələlərdə həm başqa müctəhidlərə də təqlid edə bilərəmmi?Məsələn mənim cavabını tapmaqda çətinlik çəkdiyim sualların başqa müctəhid cavabını verib Bu zaman onun hökmünə riayət edə bilərəm?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Vacib ehtiyata əsaslanan hökmlərdə növbəti ə'ləm müctehidin fətvasına əməl edə bilərsiniz. Lakin sırf məsələni tapmamaq buna icazə vermir. Məsələni bilən elmli şəxslərdən soruşmaq lazımdır.

Təşəkkürlər.
Sual: salam aleykum. hec kimle elagede olmayan gadin hansi hallarda cenabet guslu almalıdır? cox sağ olun
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər istimna edərsə yaxud yuxuda şəhvətin son həddinə çatmaqla ondan maye xaric olarsa qüsl etməlidir.

Təşəkkürlər.
Sual: allahin salami olsun sizlere.pisiyin tuku ustumuzde olanda namaz qilarken batil olur ya yox?
Cavab: Aleykum salam.

Ayətullah Fazil Lənkərani-dəftərxana:

Bəli, namaz batil olur.

Təşəkkürlər.
Sual: Əs Salamu Aleykum gecə yatıb yuxuda cənabət qüsulu pozulub xəbəri olmadan sübh azanında yuxudan ayılıb imsaka gecikdiyi biləndən sonra Ramazan niyyəti edib sübh namazını qılmaq üçün dəstəmaz alanda cənabət qüslü pozulduğun anladıqdan sonra orucu batil olur?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Orucu batil olmur.

Təşəkkürlər.
Sual: Salamlar. Bu saytin yaradilmasinda və işləməsində köməyi əməyi olan hər kəsə təşəkkür edirəm. Sualim odur ki ... barədə olan nəzərə görə müctehid dəyişmək doğrumudur? Məsələn mən Sistani ağanin təqlidindən çixib Xamnei ağaya təqlid etmişəm. Səbəb isə Sistani ağanin ... barəsində nəzərinin mənfi olmasi idi. Bu mənim müctehid dəyişməyimə əsas verir? Yoxsa düzgün deyil?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Ayətullah Sistaninin ... barəsində fikri mənfi deyil. Və bu məsələ müctehidinizi dəyişmək üçün əsas vermir.

Təşəkkürlər.
Sual: Men Rusyada yawiyiram burda gece gunduz olur bize teqvim veribler bu teqvim hetta 23 saati kecir bizim vezifemiz nedir?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər 24 saat ərzində gün batmırsa gecəsi olan və sizə ən yaxın şəhərin təqvimi ilə oruc tutmalısız.

Təşəkkürlər.
Sual: Hər vaxtınız xeyir. Bilmək istərdim cənabət qüsulu aldıqdan sonra namaz qılmadan öncə dəstəmaz almaq lazımdırmı? Və 2ci sualım belədir - möhür olmadan başımı nəyin üstünə qoya bilərəm? Yəni torpaq olduğunu bilirəm amma pandemiya şəraitində xəstəliyə görə torpaq götürə bilmirəm
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

1. Cənabət qüslündan sonra dəstəmaza ehtiyac yoxdur.

2. Bir daş götürüb yuyub ona səcdə etmək olar. Həmçinin kağıza, ağac qabığına, yeyilməyən ağac yarpağına səcdə etmək icazəlidir.

Təşəkkürlər.
Sual: Əgər əsgər əsir düşəcəyi təqdirdə hərbi sirri verəcəyindən qorxursa, özünü öldürməsi intihar sayılarmı?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

İcazəli deyil.

Təşəkkürlər.
Sual: Salam,Namaz qılarkən,rükuda hara baxmaliyiq,və təşəhhüd və salamlarda hara baxmaliyiq,və səcdədə gözləri yummaq lazımdır yoxsa yox?Bir də aga namazda Qiyam halinda olanda,görürəm ayahimin biri gabaga gedib biri dala bunu bir problemi var?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Ruku halında yaxşıdır ki, ayaqlara baxılsın və təşəhhüd halında yaxşıdır ki, dizlərə baxılsın. Səcdədə isə gözü açıq ya bağlı saxlamaq arsında fərq yoxdur.

2. Maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: islami qurani tanimayan xalqlar cehenneme geder qoxsa ?
Cavab: Salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Kriptovalyutaya pul qoymaq olarmı
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

İcazəli deyil.

Təşəkkürlər.
Sual: Salam ağa.Əgər bir kimsə xristian birisi ilə iş qurarsa burada hər hansısa bir problem varmı və yaxud bunu hökmü nədir
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Öz-özlüyündə maneəsi yoxdur.

Təşəkkürlər.

Sual: salam Ağacan. sualıma görə üzrlu sayın. heçkəslə əlaqədə olmadığın halda cənabət qüslu alınmalıdır? (yəni alınmalı olduğu vaxt olur əlaqədə olmadığın halda? ) öncədən təşəkkürlər.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər insandan sperma xaric olarsa qüsl alması lazımdır.

Təşəkkürlər.
Sual: Salam Aga.Belə bir şey oxumuşam, masturbasya edən,təmizlənmir,yəni mən qüsl alsam təmizlənmərəm? Eyni şey Ləvət edənə aiddi,belə bir şəxslər qüsl alsalar,və ibadətlərini etsələr, qəbuldumu? Və insan belə bir günaha düşərkən,Qüsl alsa təmizlənır cismi baxımdan?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Cismi cəhətdən paklanır və qüslu və namazı da səhihdir. Lakin bu əməl günahdır və ondan çəkinməlidir.

Təşəkkürlər.
Sual: Valideynlər aylıq pul ödəyərək universitetə girmeyimizi arzulayarsa və biz girmesek girə bilməsək aylıq pullar və onların əziyyətləri bizə haram olarmı?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, haram olmaz.

Təşəkkürlər.
Sual: Bir qadın bir kişi ilə evlənir kəbin oxudur sonra onlar boşanırlar ancaq cahiliyyət üzündən təlaq verilmir sonra bu qadın başqa kişi ilə evlənir kəbin oxudur. Bu izdivacın hökmü nədir?Və bu izdivacdan doğulan uşaqların hökmü nədir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İkinci kəbn batildir və vacib ehtiyata əsasən bir-birinə əbədi haram olurlar və ayrılmalıdırlar. Lakin bu hökm ehtiyata əsaslandığı üçün əgər növbəti ə'ləm müctehid bu məsələdə əbədi haram olmamağa fətva verərsə o, müctehidin fətvasına əməl edə bilər. Həmçinin məsələyə cahil olduqları üçün uşaq zinazadə sayılmır.

Təşəkkürlər.
Sual: Salam.Sualima görə üzr istəyirəm.Amma bilmək isdəyirdim ki,oğlanla oğlanın olmağı bilirik böyük haramdır.Bəs ərlə arvad cinsi əlaqədə olan zamanı sünni cinsi alətlərdən istifadə edə bilərlərmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Şəri cəhətdən haram deyil. Lakin kişi tək halda və ya qadın tək halda öz-özü ilə bu işi görə bilməz. Çünki, istimna sayılır və haramdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı