www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, Qərbdə sevgililər günü kimi qeyd olunan günü keçirmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qərb mədəniyyətinin yayılmasına qulluq etmisə icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qardaşım sonsuzdur, uşağı olmur. Yoldaşımnan donor götürüb, gəlnimizə süni eləmək istəyirik. Kəbin kəsdirmək şərti ilə bu günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadını yad kişinin sperması ilə mayalandırmaq caiz deyil. Lakin öz ərinin sperması ilə mayalandırılmasının eybi yoxdur. Bu halda zəruri vəziyyət istisna olmaqla, haram toxunuş və baxışdan qorunmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: İşıqdan oğuruq edib, suyu qızdıraraq, dəstamaz alıb, namaz qılıram namazım batildi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyata əsasən bu cür suyla dəstəmaz alınmasın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nərd oyunu oynamağa icazə var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Kisi yanaq tüklərini ala bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər boynumda qusl yoxdursa, amma içində şübhə var ki, hər ehtimala qarşı qüsul alim. Belə olan halda bu qüsulla namaz və digər ibadətləri yerinə yetirmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. İbadətlər ümün dəstəmaz alınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Quranı internetdən ərəbcə və ya tərcümə ilə oxuyarkən dəstəmaz vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ümumiyyətlə Quran oxuyarkən dəstəmazlı olmaq müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namaz qılarkən tərləməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər burunun içi nəcasət olaraq qalsa və bu halda namazlarımızı qılsaq batil deyilki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Qarı ve ya buzu su halına salsan həmin su nəcisi paklıyırmı və ya həminn suyla dəstamaz ve qüsul almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, əriyən buz əgər qəlil ölçüsündədirsə qəlil suyunun, kürr sü ölçüsündədirsə kürr su hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bədənimizdə olan maneənin qüsula və dəstəmaz maneə olmasını özümüz təyin etməliyik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, bunu təyin etmək mükəlləfin öz vəzifəsidir.

Allahdan uğurlar diləyirik!

Sual: Salam. Kəbin kəsdirdiyin qadın kəbin şahadətnaməsini bilərəkdən cırıb tullayıbsa həmin kəbin hansı hökmdə qalır? 2. deyək ki, kişi SMS vasitəsi ilə kəbin olduğun qadına boşanmaq məqsədi ilə 3 dəfə "talaq" yazıb göndərirsə bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bu işin kəbinə heç bir aidiyyatı yoxdur.

2.Heç bir təsirə malik deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam İçki süfrəsinsə yemək məqsədiylə deyil də elə belə oturmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sizin o süfrədə oturmağınız həmin günahı təsdiq etmək hesab olunursa, dediyiniz iş icazəli deyil. Ümumiyyətlə səbəbsiz yerə içki olan süfrədə oturmaq şəri cəhətdən maneəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Gənc bir oğlanın naməhrəm qadına şəhvət hissi olmadan baxması icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəhvət və reybə olmadan namahərmə baxmağın haramlığı yoxdur, lakin (bu barədə hədislərin çox olmasından və adətən fəsadın müqəddiməsi olduğundan) çəkinməyiniz yaxşıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər qadının əri ona namaz qılmağa qoymursa onu ərindən boşanması düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Buna ehtiyac yoxdur. Namazlarınızı ondan gizli surətdə də qıla bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadından xaric olan maye əgər bövl və məni deyilsə pakdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər məni və bövl olduğuna əmin deyilsinizsə pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əllərim həmişə mazut, yağ olur. Əllərimi yuyuram, ama dərimin arasında mazutlar qalır. sanki dərimə hopub. Belə vəziyyətdə dəstamaz alsam düz olar.?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Məninin 3 əlaməti birlikdə olmalıdır ya birinin olması kifayətdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 3 xüsusiyyətdən biri olmazsa məni hökmündə deyil (sağlam insanda). Lakin əgər başqa yolla məni olduğuna yəqinlik hasil olsa məni hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Körpə uşağın sidiyi bədənimizə dəysə nəcis hesab olunurmu? Qüsul vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd su az da olsa, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dəfə də üzərinə su töksünlər. Libas və xalça kimi şeyləri sıxmaq lazım deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmazdan öncə bədənə krem vurmağın maneəsi varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədənə çatmasına mane deyilsə eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı