www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Şam namazı saat neçəyə qədər qəza sayılmır?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Məğrib və işa namazının vaxtı ixtiyar halında olan şəxs üçün məğribdən gecə yarısına qədərdir. Lakin yuxu, unutqanlıq, heyz və bu kimi üzrlü səbəblərə görə gecikən şəxs üçün məğrib və işa namazlarının vaxtı fəcri-sadiqə (sübh azanına) qədər uzanır.

Təşəkkürlər.
Sual: Salam.Mende bogazda alergiya ile elaqedar hemiwe belgem olduqundan dayanmadan belgem olur ve cox az miqdarda olsada daniwdiqda ve ya namaz qildiqda agiza gelir.Bu mene cox problem yaradir oruc tutan zaman.Men Imam Xamneyi Agaya teqlid edirem.Amma belgem meselesinde Sistani Aga belgemin udulmasin icazeli bilir.Men teqlidimi deyishe bilerem?bunda bir gunah var?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər Ayətullah Xameneidən sonra Ayətullah Sistaninin digər müctəhidlərdən daha elmli bilirsinizsə bu məsələdə onun fətvasına əməl edə bilərsiniz.

Təşəkkürlər.
Sual: Ayətullah Ağa sistaninin itlə bağlı hökümü?
Cavab: Salam.

Sualınız aydın deyil. Zəhmət olmasa bir qədər aydın şəkildə yazın.

Təşəkkürlər.
Sual: Salam.Mən Ayətullah Xamenei ağaya təqlid edirəm.Mən bəzi məsələlərdə başqa müctəhidlərin dediyinə əməl edə bilərəm?.İcazəlidir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Vacib ehtiyata əsaslanan hökmlərdə müqəllid növbəti ə'ləm müctəhidin fətvasına əməl edə bilər.

Təşəkkürlər.
Sual: miladi teqvime gore oglan uşagina namaz nece yaşinda vacib olur? 12.11.2006 da anadan olan oglan ne vaxt namaza bawlamalidir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Qəməri təqvimlə təvəllüd tarixi məlum olmayan, ancaq miladi təqvimlə təvəllüd tarixi məlum olan qızlar, yaxud oğlanlar miladi təqvimi qəməri təqvimə çevirmək istədikdə əvvəlcə qızlar miladi təqvimlə 9, oğlanlar isə 15 yaşlarının tamam olduğu günü müəyyən etməli, sonra həmin tarixi qızlar 97, oğlanlar isə 162 gün geriyə çəkməlidirlər.

Bu qayda ilə onların qəməri təqvimlə 9, yaxud 15 yaşlarının tamam olduğu gün müəyyən edilir.

Təşəkkürlər.
Sual: SALAM.Zöhür namazını qılıb 30 km aralıda yaşayan qohum evinə qonaq getsəm orucun pozular?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, pozulmur. Orucunuzu tutmalısız.

Təşəkkürlər.
Sual: Salam.Oruc vaxti menim seher yuxudan duran zaman agzima belgem gelir ve men onu udsam.Orucum batil ve Orucumun keffaresi 60 gundur?(Alergiya ile alaqedar belgem den eziyyet cekirem hemiwe agzimda olur ve shekke duwurem)
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Ağız boşluğuna gəlməyən bəlğəmi udmağın maneəsi yoxdur. Lakin ağız boşluğuna gələrsə vacib ehtiyata əsasən udulmamalıdır. Əgər bilərəkdən udularsa oruc batildir və vacib ehtiyata əsasən kəffarə də vacibdir. Kəffarə isə iki şeydən biridir, ya 60 gün oruc tutmaq (31 günü ardıcıl olmaq şərtilə) ya da 60 fəqirə, hərəsinə bir müdd (təxminən 750 qr.) təam yəni, buğda və ya un yaxud çörək vermək.

Təşəkkürlər.
Sual: ƏsSalamu Əleyküm Əziz Rəhbərim. Sizə neçə vaxtı bir şəri sualım var idi. Mən evlənmək istəyirdim. Həddi buluğada çatmışam hərbi xidmətimi etmişəm ama atam evliliyə icazə vermir. Mən əqidəli bir iffətli xanım seçmişdim xanım razı idi ailəsidə ama atam qoymadı və bizi ayırdı Sual belədir ki Oğlanın atasının icazəsi yoxdusa oğlan evlənə bilər ?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Həddi-buluğa çatmış oğlanın evlənməsi üçün atasının icazəsi şərt deyil.

Təşəkkürlər.
Sual: Teqlid ediyi mücdehiti deyiwmek icazelidirmi? ve deyiwerken ne etmek lazimdir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər başqa bir müctəhidin təqlid etdiyiniz müctehiddən daha elmli olması sizə sübut olunarsa o, müctəhidin təqlidinə keçməyiniz zəruridir. Əks halda icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam.Bank karti ile alinan erzaqi yemek haramdirmi? Bank kartindan borc kimi istifade edib o pulu qaytariram ustinde müeyyen faiz ile. (kredit karti)
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Alınan ərzaqı yemək haram deyil. Həmçinin o pulu başqa şeylər üçün istifadə etməyin maneəsi yoxdur. Lakin pulu faizi ilə qaytarmaq haramdır.

Təşəkkürlər.
Sual: Men sualimin cavabin bilmeden evvel Oruc vaxti agza gelen belgemi udmusham.Cavabin bikdikned sonra udmuram tupururem.Evvelki oruclarim batildir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Orucunuz batildir və qəzasını tutmalısınız. Əgər cahili müqəssir idinizsə (yəni, hökmü bilməməkdə müqəssir idinizsə) kəffarə də sizə vacibdir.

Təşəkkürlər.
Sual: Heyzli halda dəstəmaz almaq günahdırmı?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, günah deyil.

Təşəkkürlər.
Sual: Mənim rayonda evim var. Arada bir gedirəm bir iki gün istirahət üçün gedib gəlirəm. Mənim ordaki namazim və orucum barədə hökmlər nədi? Ora mənim Vətənim sayilir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər doğulub, böyüdüyünüz yer deyilsə vətəniniz sayılmır. Buna əsasən orada namazlarını qəsr qılmalısınız və oruc tuta bilməzsiniz.

Təşəkkürlər.
Sual: Salam, mən Almaniyada siyasi sığınacaq almışam və burda yaşayıram. Dövlət minimum maaş həcmində yardım edir. Bilmək istəyirəm, Alman dövlətinin mənə verdiyi yardıma xums düşürmü? Əvvəlcədən təşəkkür edirəm!
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, xums düşür.

Təşəkkürlər.
Sual: Salam mən pul tapmışam uzun müddət sahibi çıxmadı mən o pulu sahibinin adından sədəqə kimi həyat yoldaşıma verə bilərəmmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər yoldaşınız fəqirdisə verə bilərsiniz.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Mənim sualım belədirki internetdə stromgain, İQ option, forex kimi birja proqramları var. Bu proqramlarda ya real valyutalardan yada kriptovalyutalardan alıb satırsan və ya məsələn dolların qiyməti 70.2738 səviyyədədir mən deyirəm ki bunun qiyməti qalxacaq və ya düşəcək əgər dediyim düz cıxsa pul qazanıram. Yəni 10 dollar qoyuram məsələn və deyirəm qalxacaq qalxır və mən 10 dollarin 90% i qədər pul qazanıram bu haramdırmı? Bu mərc sayılırmı? Yəni ümumiyyətcə bu tipli birja oyunları halaldırmı?
Cavab: Aleykum salam.

Ayətullah Məkarim Şirazi-dərtərxana:

Forex kimi birjalarla aparılan alış-verişlərdə şəri müamilələrin şəraiti olmadığı üçün icazəli deyil. Həmçinin kriptovalyutalarla alış-veriş etmək icazəli deyil.

Təşəkkürlər.
Sual: salam. Ata yurdum Lənkəranda , özüm Bakıda yaşayıram. Orucluğun son 4-5 gününü , Lənkəranda ata yurdumda davam edə bilərəm.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər Lənkəran sizin doğulub, böyüdüyünüz yerdirsə və oradan çıxanda daimi yaşamaq üçün qayıtmaq qəsdiniz var idisə, orada oruc tuta bilərsiniz, hətta Ramazan ayının orucu kimi günü müəyyən olan orucları tutmaq vacibdir. Həmçinin namazlarınızı da tam qılmalısız. Amma oradan çıxanda qayıdıb daimi yaşamaq niyyətiniz yox idisə orada 10 gün qalmaq məqsədiniz yoxdursa oruc tuta bilməzsiniz və namazlarınızı qəsr qılmalısız.

Təşəkkürlər.
Sual: Salam aleykum , bir sualim var masturbasiyya haqqinda - masturbasiyya niye haram buyrulub ? Ve bunan nece qurtulmag olar istisnalara haqqindada zehmet olmasa deyerdiz Indiden cox saolun
Cavab: Aleykum salam.

Ayətullah Məkarim Şirazi-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Oruc tutulan vaxti oskurende belgemii udmaq orucu pozur?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, orucu pozmur.

Təşəkkürlər.
Sual: Salam ağa.pullu lotereya ohnağın hökmü nədir.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Məqsədiniz bir neçə nəfərin hər ay müəyyən miqdarda pul cəm edib növbə ilə götürdüyü lotoreyadırsa, icazəlidir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı