www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Toqqam dəridəndir, lakin bilmirəm nə dərisidir. Namaz qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Naməhrəm qadınla şəhvət olmadan əlaqədə qura bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəhvət və reybə qorxusu yoxdursa, həmçinin zarafatlaşmaq olmadığı təqdirdə icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bığı qırxmaq lezva(stanok) ilə icazəlidir təmiz yoxsa yalnız maşınla?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən bədənimin hansısa orqanını ehtiyacı olana verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bədəninizə gözəçarpacaq şəkildə ziyanı olmayacaqsa maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Şəhərdə (işləmək üçün) bir ildən çox bir müddətdə qalan şəxslər, yaxud 1-2 il müddətində əsgəri xidmətini yеrinə yеtirmək üçün şəhərdə, qoşun bölməsində olan şəxslər hər bir səfərdən sonra namazı tamam qılsınlar deyə, yaxud orucu tutsunlar dеyə, 10 günlük qəsdi-iqamət еtməlidirlərmi? Əgər onların qalmaq niyyəti 10 gündən az olsa, bu halda oruc-namazlarının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər hər on gündə ən azı bir dəfə işləri ilə əlaqədar iş yerinə səfər etsələr, birinci və ikinci səfər istisna olmaqla, namazlarını tam qılmalı və oruclarını tutmalıdırlar. Lakin birinci və ikinci səfərdə müsafir hökmündədirlər, yəni, bir yerdə on gün qalma niyyəti (qəsdi-iqamət) etməyənə qədər namazlarını qəsr qılmalıdırlar və orucları da düzgün deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Ailə həyatı boyunca ər ilə arvada verilən hədiyyələr kişinin əmlakıdır, yoxsa qadının əmlakıdır? Yoxsa hər ikisinin əmlakıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hədiyyələrin kişiyə və ya qadına xas olan əşyalar olması, yaxud hər ikisinin və ya onlardan birinin istifadə edə biləcəyi əşyalar olması baxımından hökm dəyişir. Əgər ər və ya arvaddan birinə hədiyyə verildiyi başa düşülərsə, onun əmlakıdır. Yaxud əgər onların hər ikisinə hədiyyə verilibsə, hər ikisinin əmlakıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Dövlət idarələri və müəssisələrində işçilər camaat namazı və ya əzadarlıq məclisləri təşkil edə bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Mübarək Ramazan ayında və qeyri günlərdə camaat namazı təşkil etmək və bu yığıncaqda dini təlimlər və şəriət hökmlərini açıqlamağın maneəsi yoxdur, bu şərtlə ki, idarələrə müraciət edənlərin hüquqları tapdalanmasın.

Allahdan uğurlar diləyirik!
Sual: “Ğina” nədir? Ğina ancaq insan səsinə şamil olur, yoxsa musiqi alətlərinin səsləndirdiyi sədalara da şamil olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ğina insan səsinə şamil olur. Bu, əyyaşlıq və günah məclislərinə münasib və boğazlar etməklə olan musiqidir. Bu tərzdə oxumaq və ona qulaq asmaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Xüsusi aparatlar vasitəsilə ruhu olan varlıqların – istər insan olsun, istər qeyri-insan – oyuncağının və ya heykəlinin düzəldilməsi caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Xüms ilinin başlanğıcı şəxsin işə başladığı birinci aydır, yoxsa əmək haqqı aldığı birinci aydır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əmək haqqı alan şəxslərin, o cümlədən, fəhlələrin, idarə işçilərinin və başqalarının xüms ilinin başlanğıcı – zəhmət və ya əmək haqqı aldıqları, yaxud ala biləcəkləri birinci gündür.

Allahdan uğurlar diləyirik!
Sual: Üçüncü və dördüncü rəkətlərdə təsbihati-ərbəəni bir dəfə demək kifayətdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kifayətdir, amma ehtiyat budur ki, üç dəfə deyilsin.

Allahdan uğurlar diləyirik!
Sual: Saqqalı qırxmaq fisq hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Saqqalı qırxmaq ehtiyata görə haramdır. Ehtiyat (ehtiyat-vacib) budur ki, fisqin hökmləri və nəticələri ona aid olur.

Allahdan uğurlar diləyirik!
Sual: Mal kimə vəsiyyət olunursa, vəsiyyət vaxtı həmin şəxsin həyatda olması vəsiyyətin düzgün və etibarlı olmasında şərtdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Mal kimə vəsiyyət olunursa, vəsiyyət vaxtı həmin şəxsin həyatda olması – hətta anasının bətnində döl halında, yaxud anasının bətnində ruh daxil olmamış döl halında olsa belə, bu şərtlə ki, dünyaya diri gəlsin – şərtdir.

Allahdan uğurlar diləyirik!
Sual: "Musiqi” və “ğina” dеdikdə, nə nəzərdə tutulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ğina – eyş-işrət məclislərinə xas olan bir tərzdə səsi boğazda titrədərək oxumaqdır (zəngulə vurmaqdır). Ğina günahdır və həm müğənni, həm də qulaq asan üçün haramdır. Lakin musiqi, musiqi alətləri ilə çalınır. Əgər musiqi eyş-işrət və günah məclislərinə xas olan tərzdə çalınsa, həm çalana, həm də qulaq asana haramdır. Amma əgər musiqi bu tərzdə olmasa, öz-özlüyündə caizdir və maneəsiyoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Alıcı və ya satıcı qeyri-müsəlman olduğu təqdirdə “ğəbəni müamilə”nin* hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: “Ğəbəni müamilə”yə məruz qalan şəxs üçün müamiləni pozmaq haqqının yaranması baxımından, müsəlman ilə qeyri-müsəlman arasında fərq yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Mən öz əzalarımı bağışlamaq və ölümümdən sonra bədənimdən istifadə edilməsini istəyirəm. Öz istəyimi əlaqədar orqanlara da çatdırmışam. Onlar da məndən bu istəyimi vəsiyyətnamədə yazmağımı və varislərimi bu istəyimdən xəbərdar etməyimi tələb etmişlər. Mənim belə bir haqqım varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bir insanın canını xilas etmək və ya onun xəstəliyini müalicə etmək üçün meyitin əzalarından götürüb ona köçürülməsinin maneəsi yoxdur. Bu işi vəsiyyət etməyin də problemi yoxdur. Lakin əgər meyitin bədənindən hansısa əzaların götürülməsi “müslə” (meyitə hörmətsizlik məqsədilə burnunun, qulağının və ya dodağının kəsilməsi) hesab olunarsa, yaxud camaat arasında meyitə hörmətsizlik hesab olunarsa, bunun maneəsi vardır.

Allahdan uğurlar diləyirik!
Sual: Xüms vеrmək üçün xüms ilinin başlanğıcı nеcə təyin olunur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xüms ilinin başlanğıcı mükəlləf tərəfindən təyin olunmur, bu, illik qazancın əldə edilməsi ilə təyin olunur. Beləliklə, fəhlə və işçinin xüms ilinin başlanğıcı ilk qazanclarını əldə etdikləri gündür. Tacirlərin və dükan sahiblərinin xüms ilinin başlanğıcı alış-verişə başladıqları gün, əkinçilərinki isə ilk məhsulu yığdıqları gündür.

Allahdan uğurlar diləyirik!
Sual: Musiqi çalınan və rəqs edilən toy məclislərində iştirak etmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Günah məclisində iştirak etmək əgər harama düşməyə, məsələn, eyş-işrət və günah məclislərinə uyğun olan musiqini dinləməyə bais olarsa, yaxud başqa bir fəsadı olarsa, yaxud da belə məclisdə iştirak etmək günahı təsdiqləmək hesab olunarsa, caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Təam (yemək) əldə etməsi üçün bir müdd təamım pulunu fəqirə vermək kifayət edirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər mükəlləf əmin olsa ki, fəqir onun tərəfindən təam alacaq və sonra onu kəffarə ünvanında qəbul edəcəkdir, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Burunotu çəkməyə icazə verilirmi? Ona aludəliyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər nəzərə çarpacaq həddə zərəri olarsa, burunotu çəkmək və ona aludə olmaq caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı