www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, qadına namaz qılarkən qızıl taxmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Namaz qılanda qabağında güzgünün olması məkruhdur?Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər insanın fikrinin yayınmasına səbəb olacaqsa bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynuna cənabət qüsulu gələndən sonra əlini nəyə vursan ya əyninə nə paltar geyinsən nəcis olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Camaat namazında pişnamazın dediklərini səssiz də olsa təkrar etmək lazımdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məmum sübh, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində Həmd və surənin qiraəti zamanı imamın səsini eşidirsə, hərçənd sözləri ayırd edə bilməsə də, Həmd və surəni oxumamalıdır. Əgər imamın səsini eşitmirsə, Həmd və surəni oxuması müstəhəbdir. Lakin gərək ahəstə səslə oxusun. Hətta “Bismillahir-rəhmanir-rəhim”ini də, vacib ehtiyata əsasən, ahəstə səslə oxumalıdır. Səhvən, yaxud bu məsələni bilmədiyinə görə uca səslə oxuyarsa, namazı doğrudur.

Allahdan uğurlar diləyirik!
Sual: 1. Paltar nəcis olduğunu namazdan əvvəl gördüm amma unutmuşdum. Beləcə namaz qıldım və namazdan sonra yada düşdü. Namaz səhihdir? 2. Əgər dəstəmaz alarkən, əldə nöqtə boyda maneə olarsa, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Xeyr, batildir.

2.Əgər suyun dəstəmaz üzvlərinə çatmasına maneədirsə aradan aparılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İsti suyla qüsul verm'k olar yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Namazda qızıl saat taxmaq namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam paltar qurudan maşının içi nəcasət olubsa onun içinə pak olan lakin yaş paltarları atıb qurutmaq isdəsək bu zaman bizim qurutduğumuz paltarlarlar pak olur ya nəcis?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər nəcisi paklamadan bunu etmək istəsəniz, paltarlarınızın yaşlığı həmin yerə keçirsə paltarlarınız da nəcis olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmazım tez-tez batil olur. İsti su ilə dəstəmaz alsam da xəstələnirəm. Belə olan halda təyəmmüm edə bilərəmmi? 2.Mən bir neçə dəfə nəzir etmişəm. İndi sayını unutmuşam. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər sudan istifadə insanın ölümü, yaxud bədənində hər hansı bir xəstəlik və ya eybin əmələ gəlməsi, yaxud xəstəliyinin uzun müddət davam etməsi, güclənməsi və ya müalicəsinin çətinləşməsi ilə nəticələnəcəksə, təyəmmüm etməlidir. Lakin əgər suyun ziyanının qarşısını hər hansı bir şəkildə, məsələn, onu qızdırmaqla ala bilərsə, bu tədbiri görməli və dəstəmaz almalı, qüsl lazım olan hallarda isə qüsl etməlidir.

2.Nəziriniz şəriətə uyğun formada edilibsə ehtimal verdiyiniz ən az şəkildə yerinə yetirin.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun Aleykum. İpoteka ilə alınan evə xümus gəlirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Evin özünə xümus gəlmir.

Allahdan uğurlar diləyirik!
Sual: Burunun içində olan her hansı bir şey nəcis sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Qadının toy məclisində rəqs etməsi caizdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Keçi əti yemək haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Keçi, əti halal olan heyvan növüdür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qızlar neçə yaşından namaz qılmalıdır. 9 yaşından ya həddi buluğa çatandan?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həddi buluğa çatan şəxsə namaz, oruc kimi əməllər vacib olur. Həddi buluğun bir neçə şərti var. Onlardan biri qadınların şəri tarixlə (hicri-qəməri) 9, oğlanların isə 15 yaşına çatmasıdır. (ətraflı məlumat üçün risaləyə müraciət edin)

Allahdan uğurlar diləyirik!
Sual: Qadınla kişi 5 aydir ayrılıblar, ayrı yaşayırlar. hamı da bilir ki, bunlar ayrılıb. Bu halda yenə də təlaq oxumaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Namaz üçün alınan dəstəmazın niyyəti necə deyilməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Narşərab yemək olar? 2.Təqiyyə zamanı, məsələn Məkkədə qılınan namazın qəzası lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər məqsədiniz nardaran hazırlanan və yeməklərdə istifadə turş maddədirsə icazəlidir.

2.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. 10 il qəza namazım var. Gündə 2 dəfə qılıram. Hər qəza namazını öz vaxtında qılmalıyam yoxsa istənilən zaman qılmaq olar, yəni sübh namazının qəzasını qılıramsa, bunu axşam yatmazdan əvvəl qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəza namazlarını günün istənilən saatında qıla bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam isti su ilə dəstəmaz almaq olarmı??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1) Qüsul aldıqdan dərhal sonra şübhə yaranmasın deyə, bütün bədənimi birdə yuyuram amma sıraynan yox, əgər qüsldə quru yer qalmışdırsa əlavə sırasız bütün bədənimi yumağım qüslu səhih edərmi? 2) Keçmiş məktəb yoldaşlarımnan danışıram, qızlarnan arada görüşürük, günaha yol vermədən bir müddət söhbətləşib, gəzirik, icazəlidir? Və ya sosial şəbəkədə danışırıq qrup şəklində olarmı? 3) Bığı tük qalacaq qədər qısaltmalıyıq yoxsa ? 4) Mən namaza 16 yaşımda başlamışam, oğlana bildiyimə görə 13-dən sonra vacibdi, neçə il qəza namazı qılmalıyam? 2 ya 3? və birdə oruc qəzanın müddətini deyərdiz zəhmət olmasa.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər qüsul əsnasında bədəninizdə qalan quru yer baş və boynunuzdadırsa, quru yeri yuduqdan sonra bədəninizin qalan hissəsini yenidən yumalısınız. Əgər quruluq baş və boyundan ayrı yerdə olmuşsa dediyiniz qayda ilə qüsul düzgün hesablanır.

2.Şəhvət və günaha düşmək qorxusu yoxdursa və eləcə də, zarafatlaşmağa səbəb olmursa icazəlidir.

3.Bığı qırxmağın haramlığı yoxdur.

4.Oğlanlara namaz və oruc, şəri (hicri-qəməri) təqvimi ilə 15 yaşından vacibdir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı