www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Qadın heyzli halında dəstəmaz alarkən, dua oxuya bilərmi? 2.Qadın, kişinin əyləşdiyi yerdən durduqdan sonra həmin yerdə otura bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bunun şəri cəhətdən haramlığı yoxdur.

2.İcazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Dəstəmaz alarkən corabın üstündən ayağa məsh çəkmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Əhli-sünnənin müqəddəslərini lənətləmək olarmı? 2.Xalçaya səcdə etmək olarmı? 3.Saqqalımı səliqəyə salmaq üçün yanağımda olan tükləri qırxmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Müsəlmanlar arasında ixtilafa səbəb olan işlərdən çəkinmək lazımdır.

2.Xeyr, icazəli deyil.

3.Bu iş icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim çoxlu borcum var. Mənə xums vermək düşürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xums günü illik xərclərinizdən artıq qalan malınıza xüms düşür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İqaməni oxuyarkən dəstamazın pozulmasında şəkk etsək yenidən almalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ümumi qayda olaraq, dəstəmaz aldıqdan sonra hər hansı halda bunun batil olmağına şəkk etsəniz, şəkkinizə etina etməyin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadın ərindən ayrılıb, ayrı yaşayırlar , lakin kəbinləri geri oxunmayıb. Qadın başqa birisi ilə zina edib. Həmin qadınla müvəqqəti əqd oxuna bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, kəbinləri geri oxunmamış (təlaq) və qadının iddə gözləməmiş bu iş icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xoruz döyüşdürmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Mənim 30 ilə yaxın qəza namazım var və hər gün vacibdən əlavə bir qəza namazı da qılıram. Belə olan halda gecə namazı qlmağa icazə varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun şəri cəhətdən problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Yüngül bayıra gedərkən, sidik paltara dəyərsə əli suya vurub sidik dəyən yeri sildikdən sonra namaz qıImaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dediyiniz qaydayla nəcisi paklamaq olmur və bu paltarla namaz qılmaq olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən tələbəyəm, ikinci smen olduğum üçün günorta namazım bəzən (ders saatı çox olanda) qəzaya gedir. Bunun hökmü nədir? Günah sayılırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazınızı dərslərin arasında yaranan fasilə zamanı müstəhəb əməllərini yerinə yetirmədən tez qıla bilərsiniz. Namaz. hər bir halda qılınması vacib olan ibadətlərdəndir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Mən yayda ayaq kirlənir deyə məsh əvəzinə yumuşam, amma bilməmişəm qəzası vacibdi? 2.Mənim çoxlu qəza namazlarım var və onlar hansı gündə olduğunu bilmiirəm qəza nsmazını qılarkən ümumi niyyət edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Dəstəmazınız batildir və namazlar qəza edilməlidir.

2.Bəli, ümumi olaraq qəza niyyəti ilə qıla bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, əgər bir şəxs bir neçə dəfə sidiyə gedibsə, ama sidiyin məxrəcin yumayıbsa o göbəkdən aşagənı yumalıdıŕ yoxsa necə?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcis olmuş yerləri paklamanız kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qadının əri ilə kəbini yoxdur, amma nikah dövlət qanunları ilə bağlanıb. Amma 2-3 ildir ki, bir evdə yaşasalar da heç bir yaxınlıqları yoxdur. Həmin qadınla müvəqqəti və ya daimi kəbinə girmək olar?
Cavab: Salam. Ayətullah Xamenei dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər bir insan ayaqyoluna gedərkən ona elə gəlsə ki, bövl bədəninə sıçradı, ama dəqiq bilməsə nə etməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəkkinə fikir verməsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ailə başçısıyam . Borc ödəməliyəm. Biraz pulum var, çalışıram üstünü duzəldib, borcumu verim. Yığdığım pulla ərzaq alsam aldığım ərzağa xums düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xums günündə artıq qalan ərzağın xumsunu vermək vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: 1. Bilməyərəkdən sübh namazını 2 dəqiqə vaxtından əvvəl qılan şəxsin namazı batildir? 2. Qız və oğlan dini (haramdan uzaq) toy etmək istəyir, qızın valideynləri razı olmur heç cür. Bu halda vəzifə nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Namazın hamısı azandan öncə qılınıbsa batildir.

2.Toy məclisində iştirak etməsinlər.

Allahdan uğurlar diləyirik!
Sual: Orucun cinsi yaxınlıqla pozulduğunu bilmirdim. Belə olan halda kəffarə də vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nə qəza, nə də kəffarə vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Namazın sözlərini tez tez demək batil edir? 2.Dəstəmaz alarkən hər hansısa dəstəmazı pozan şeyler olsa bunun dəstemaza aiddiyyetı var? 3.Dəstəmazı tez tez batil olan şəxs namazlarını necə qılmalıdır.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Namazın namaz halından çıxmasına və ya sözlərin yalnış tələffüzünə səbəb olursa batildir.

2.Belə olan halda dəstəmaz yenidən alınmalıdır.

3.Hər namaz üçün 1 dəstəmaz almalı və bacardıqca tez namazı qılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Kəndimizdə kanalizasiya sistemi yoxdur. Həyətimin yanından çay keçir. Nəcasəti çaya butaxmağın şəriətdə hökmü nədi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin özü-özlüyündə bir problemi yoxdur, lakin əgər kiminsə əkin sahəsinə ziyan vuracaq və ya digər fəsadlara səbəb olacaqsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bəzi iş yerlərində namaz qilmağa icazə verilmir. Elə bir yerdə işləməyin hökmü nədir? 2.Bir şəxs öz və ya başqasının abrını qorumaq üçün yalan danışa bilərmi?.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər namazlarınız qəza olmamışdan öncə qıla bilirsinizsə, maneəsi yoxdur.

2.Fəsadlara səbəb olmayacaqsa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı