www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, 1. Təsbihati-ərbəə-ni bir dəfə demək olarmı? 2. Əhli-sünnə imamına iqtida etməklə furada namaz qılmaq lazımdır? 3. Şam namazında 3 və 4 rəkət arasında, beləki təşəhhüdü deməzdən əvvəl və dedikdən sonra şəkk olunsa ki, 3 idi ya 4, vəzifəmiz nədir? 4. Möhürə baş qoyduqda, möhürlə alın arasında tükümüz (saçımız) olarsa bu maneədirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bəli.

2.Vəhdəti qorumaq üçün əhli-sünnə imamına iqtida etmək icazəlidir.

3.Şam namazının rükətlərin də olunan şəkklər namazın batil olmasına səbəb olur.

4.Əgər möhürün alnınıza dəyməsinə mane olmayacaq qədər az olarsa problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Müvəqqəti əqdi bir ruhaniyə ya da bu duanı bilən birinə oxutdurmaq olarmı? Bu halda bizim iştirakımız zəruridirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, başqa birini vəkil edərək, bu duanı oxutdurmaq olar və belə olan halda sizin iştirakınız zəruri deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Əssalamu aleykum mən Ayətullah Xamneyi ağaya təqlid edirəm xahiş edirəm ki o ağanın risaləsindən qeyd edəsiniz sualım budur ki üzümnən hazırlanan mürəbbə haram hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, haram hesab olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Ər və arvad əmlaklarına xüms düşməsin dеyə, xüms ili yetişməmişdən qabaq illik qazanclarını bir-birlərinə hədiyyə verirlər. Bunların xümsünün hökmünü bəyan еtmənizi istərdik.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xüms verməkdən qaçmaq üçün formal olaraq verilən hədiyyə, vacib xümsü onların üzərindən götürmür.

Allahdan uğurlar diləyirik!
Sual: Qədim dua kitablarında nəql olunduğu iddia edilən bəzi duaların hökmü nədir? Bu dualar şəri baxımdan mötəbərdirmi? Bu duaları oxumağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər dualar Məsum İmamlardan (ə) nəql olunarsa, yaxud haqq məzmuna malik olarsa, onlardan faydalanmağın problemi yoxdur. Həmçinin barəsində tərəddüd olunan dualardan – belə ki, bu duaların Məsumlardan (ə) olmasını ümid edərək - faydalanmağın problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Sual. Çeki nağd şəklində, çekdə qeyd edilən məbləğdən aşağı qiymətə müamilə etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müddətli çeki onda qeyd edilən məbləğdən aşağı və ya yuxarı qiymətə başqasına satmaq olar və bunun işkalı yoxdur. İcazə verilməyən hal budur ki, bir şəxsdən müəyyən bir məbləği borc alırsan və borcun qarşılığında borcun məbləğindən artıq məbləğdə müddətli bir çek ona verirsən. Bu, sələmli borcdur və haramdır. Baxmayaraq ki, borcun özünün düzgün olması uzaq ehtimal deyildir (yəni borcun özü düzgündür).

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Əgər 1 nəfər Həccə gedib amma nisə təvafın etməyib (bilməyib). İndi imkanı yoxdu gedib yenidən həccə təvaf etsin. Bu adam indi nə etməlidi? Qadınıynan cinsi əlaqədə ola bilməz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nisa təvafını yerinə yetirməyən şəxs ya özü onu yerinə yetirməlidir, ya da həcc ziyarətinə gedən kimsəni bu iş üçün təyin etməlidir. Onun əvəzinə təvafı icra edən şəxs həm də təvaf namazını da qılmalıdır. Ehtiyat budur ki, təyin etdiyi şəxs bu işi gördükdən sonra özü də olduğu yerdə təvaf namazını yerinə yetirsin.

Allahdan uğurlr diləyirik!
Sual: Salam. Keçən il 120 manat xums vermişəm . Bu il xums hesabladım 20 manatdı, xums verməliyəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, vacibdir.

Allahdan uğurlr diləyirik!
Sual: 1. İki qadınla eyni anda müvəqqəti nigah bağlamaq olarmı? 2.Avropada yaşayıram.Elə anlar olurki naməhrəm qadın əl uzadır.Üzrhaqlıq edirəm anlamır,mən bu vəziyyətdə nə etməliyəm?Burda istisna varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bir qadınla müvvəqti kəbində olduğunuz halda digər qadınla da müvəqqəti kəbin oxutdura bilərsiniz.

2.Xeyr, istisna yoxdur.

Allahdan uğurlr diləyirik!
Sual: Salam, dəstəmaz alarkən üzü iki əllə (iki əlli) yumaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, icazəlidir.

Allahdan uğurlr diləyirik!
Sual: Salam aleykum. Mən ev tikmək üçün işləyərək pul yığıram. Əldə etdiyim bu gəlirlərə xümus vacib olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, vacib deyil.

Allahdan uğurlr diləyirik!
Sual: Salam. Əgər bir kişi yuxudan ayılıb görsə ki, alt paltarı batıb yuxuda ikən şirə gəlibsə nisbətən çox, ama spermaya da oxşamır. Nə iyi nə də özü. Buna qüsul düşür ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər şəhvətə səbəb olan yuxu görübsə qüsul vacibdir.

Allahdan uğurlr diləyirik!
Sual: 1.Salam mən bir neçə ildir xums verirəm. Bu il maşınımı satıb iş qurmaq istəyirəm xums vaxtı çatsa o puldan mal almamış olsam xums verməliyəmmi? 2.Köhnə illərdə çoxlu borc vermişəm indi o borcları çox çətin və az az yığa bilirəm. Gəldikcə d ehtiyaclarıma borclarıma verirəm. O pulun da xumsunu verməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər maşını yavaş-yavaş yığdığınız və kənara qoyduğunuz pulla almısınızsa bu halda xums düşür. Yox əgər maşın gündəlik ehtiyacınız olubsa və kredit formasında ödəmisinizsə bu halda xums vacib deyil.

Allahdan uğurlr diləyirik!
Sual: Salam .Xümsun yarısı imkansız, yolda qalan və ehtiyaclı olan seyidlərə verilməlidir. Qalan yarısı kimlərə və nələrə xərclənməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müctehid və ya nümayəndəsinə çatmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Gözəllik salonunda saç-qaş-göz bəzəyən qadınları bayıra bu cür buraxan qadının qazancı haramdırmı ?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu işin özü-özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Neçə aylıq quzunu yemək olar? 2.Ismayıl qurbanı kəsilən qoçun neçə ayı olmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bunun üçün müəyyən bir vaxt təyin olunmayıb.

2.8-ci aya daxil olmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam eleykum 1.Bir nəfər malı qəsb edib, digər bir nəfər isə qəsb olunmuş malı alaraq dükanında satışa qoyub. Dükan sahibi dostuna qısa müddət dükana nəzarət etməsini xahiş edir. Dostu sonradan anlayır ki, satdığı mal qəsbi imiş. Halallıq almalıdırmı? 2.Mən əminəm ki, haqq sahiblərinə desəm haqqımı halal edərlər. Belə olan halda yenə də halallıq almalıyammı? 3.Ölkəmizdə piyada keçidindən qeyri yerlərdən yolu ötmək olmaz. Əgər buna əməl etməsəm və heç kim də məni görməsə dövlətə borclu olurammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr, ehtiyac yoxdur.

2.Əgər işi gördüyünüz zaman o işi görməyinizə razılığı olubsa ehtiyac yoxdur.

3.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Qusul alanda başı yuyandan sonra 1 saat sonra sağ çiyini yuyub sonra 1 saatdan sonra da sol tərəfi yumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Camaat Namazı qilarkən pişnamazın dediklərini təkrarlamaq lazımdırmı? 2.Camaat Namazına yarıdan qoşulmağın qaydası nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Səssiz halda qılınan namazlarda (zöhr və əsr) Həmd və surəni oxumaq icazəli deyil.

2.Birinci rəkətdə imamın rükusuna çatsa, rükuya qoşulmalıdır və namazı düzgündür.



Əgər 2-ci rükətdə iqtida etsə, həmd və surə ondan saqit olur (yəni oxumamalıdır) və imamdan əvvəl rükuya getməməlidir və həmçinin, imamın təşəhhüdündən qabaq qalxmamalıdır, qunutu və təşəhhüdü imamla bərabər oxuya bilər. Vacib ehtiyat budur ki, İmam təşəhhud oxuyarkən əl barmaqlarını və ayağın pəncəsini yerə qoyub dizlərini qaldırsın. (Təşəhhüddən sonra) imamla qalxıb həmd və surəni oxusun, əgər surə üçün vaxt yoxdursa, həmdi tamamlayıb rükuda özünü İmama çatdırsın. Əgər rükuda İmama çatmasa, vacib ehtiyat olaraq namazı fərdi qəsd etsin



Əgər İmam 4 rükətli namazın 2-ci rükətində olarkən məmum ona iqtida etsə, imamın 3-cü rükətində özünün ikinci rükəti olduğu üçün 2 səcdədən sonra oturub təşəhhüdü vacib miqdarında oxuyaraq qalxmalıdır. Əgər təsbihati-ərbəəni 3 dəfə demək üçün vaxt yoxdursa bir dəfə deyib rükuda özünü İmama çatdırmalıdır. Əgər rükuda İmama çatmasa vacib ehtiyata əsasən, fürada (fərdi) qəsdi etməlidir.



Əgər imamın 3-cü, ya 4-cü rükətdə olduğunu güman edib həmd-surəni oxusa və rükudan əvvəl, ya sonra onun 1-ci, ya 2-ci rükətdə olduğunu başa düşsə, namazı səhihdir. Əgər həmd-surə oxuyan əsnada başa düşsə, qalanını davam etdirməməlidir.



İmam namazın axırıncı təşəhhüdünü deyən zaman camaat namazına çatsa və camaat namazının savabını qazanmaq istəsə, iqtida niyyəti edib, təkbirətul-ehram dedikdən sonra oturmalı və vacib ehtiyata əsasən, təşəhhüdü vacib, ya müstəhəbb niyyəti etmədən mütləq qürbət qəsdi edərək imamla birgə oxumalıdır, lakin namazın salamını deməyib imamın salamının qurtarmasını gözləməlidir, sonra qalxıb niyyət etmədən və təkbir demədən həmdsurəni oxumalı və onu öz namazının 1-ci rükəti hesab etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Üz qırmaq lezva və maşınka ilə nə kimi düzdür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üzdə saqqal qalacaq qədər tük saxlamaq vacibdir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı