www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Böyük şəhərləri vətən seçmək və ya orada 10 gün qalmaq barəsində sizin rəyiniz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsafir, vətən seçmək və ya bir yеrdə on gün qalmağın hökmlərində böyük şəhərlərlə adi şəhərlər arasında hеç bir fərq yoxdur. Böyük bir şəhəri vətən seçib bir müddət orada yaşadıqdan sonra həmin şəhər bütünlüklə o şəxsin vətəni sayılır. Həmçinin böyük bir şəhərdə on gün qalmağı qərara alan müsafir, təkcə qaldığı məhəllədə deyil, şəhərin digər məhəllələrində də namazını tam qılmalı və orucunu tutmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Əgerki qız uşağının 30 yaşı varsa və özü hər bir şeyi yaxşı düşünürsə və özü qazanıb özümü dolandırırsa əqli cəhətdə də hər şeyi yerindədirsə bu xanım rəşidə sayılırmı? Yəni atasından icazəsiz kəbin kəsdirə bilərmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, bu şəraitə malik olan qadının kəbin barədə ixtiyarı öz əlindədir.

Allahdan uğurlar diləyirik!
Sual: salamun aleykum 1.Ata-ananIn qəza namazları və orucları böyük oğula vacibdirmi? 2.Qaraciyərdə hipotek c virusu və xəstəlik varsa oruc tutmaq vacibdirmi? Həkim oruc tutmağa icazə vermir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Ata və ananın qəzaları böyük oğula vacibdir.

2.Mütəxəssis həkimin göstərişi əsasındadırsa oruc tutmaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, zəhmət olmasa deyərdiz namazın son səcdəsində Quranda olan ayələrdən oxumaq olar? Və bunun məkruhluğu və ya işğalı var? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın son səcdəsində Quran ayəsi oxumaq bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namaz qılarkən uşağ möhürü götürməsin deyə mohürü canamazın altına qoyub və ya görmədiyi yerə çəkib səcdəyə gedəndə qabağıma qoyub, sonra qalxanda yenidən həmin yerə qoymaq olarmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Fikrinizin qarışmaması üçün möhürü əlinizdə saxlaya bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Cume qüsulun Cüme namazın qıldıqdan bir neçə gün sonra almaq olar yoxsa həmen gün alınmalıdır? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cümə qüsulunun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində “rəca” niyyəti ilə etsin.

Allahdan uğurlar diləyirik!

Sual: Salam aleykum. Yumurtanın içindəki qan pak hökmündədir ? Yemək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pakdır, lakin yeyilməsi haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun Eleykum. Bir şəxsdən yuxu halında şəffaf (ağ yox) və cüzi yapışqanləğı olan bir maye xaric olarsa bu məni hökmündedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məninin əlamətləri onda varsa məni hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən nişanlanmışam atamın xəbəri olmadan kəbin kəsdirmişəm. Bu kəbin düzgün sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həddi-büluğa çatmış və rəşidə, yəni öz məsləhətini tanıyna bir qız əgər kəbin kəsdirmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək atasından və ya ata tərəfdən olan babasından, icazə alsın. Ehtiyat-vacibə əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Kartla oynanılan oyunlar günahdırmı? 2.Mən gecə namazı yerinə qəza namazlarımı qılsam olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Haramdır.

2.Olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Ədalətsiz pişnamazın arxasına fərdi şəkildə səsli namazları qılarkən (məsələn şam namazı kimi) camaat halında dayandığım üçün uca səslə namaz qılmalıyam yoxsa ahəsdə? 2. tanımadığım piş namazın arxasında durub ona iqtida edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Həmd və surə uca səslə oxunmalıdır.

2.Əgər hər hansı yolla əladəti aşkarlansa və qiraəti də düzgün olsa iqtida etmək icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Qarğa əti yemək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qarğa əti haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1.Vəzifəsi qüsul əvəzi təyəmmüm olan şəxs sübh namazı üçün təyəmmüm alırsa zöhür və əsir namazı üçün də təyəmmüm almalıdır ya yox? 2.Qüsul əvəzi təyəmmümdən sonra dəstamaz alınmalıdir ya yox?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:

1.Əgər qüsulu pozan iş baş verməyibsə qüsulun əvəzinə təyəmmüm almağa ehtiyac yoxdur.

2.Cənabət qüsulunun əvəzinə alınan təyəmmümdən sonra dəstəmaz almaq lazım deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Bəzən evdə namazı bir neçə nəfər bir yerdə qılırıq. Bu halda uca səslə qılanda çaşqınıq düşür, ona görə yavaş səslə qıla bilətik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sübh, məğrib və işa namazlarının Həmd və surəsi uca səslə qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: As Salam Əleykum, Namaza 35 yaşımda gəlmişəm , namaza gələndən orucumu namazımı axsatmamışam amma xums heç vaxt verməmişəm.İyirmi ildir ki evliyem iki övladım indiyə kimi evim olmayıb kirayə yaşamışam.Torpaq alıb ev tikirəm inşAllah bu yaz evimə köçəcəyəm.Bimək istəyirəm mənim bu vaxta qədər xums verməməyim mənə günah kimi yazılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu məsələylə bağlı müctehid və ya onun nümayəndəsinə müraciət olunmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Namazların hamısında ucadan Bismillah demək icazəlidir? İstər səsli qılınan namaz olsun istər səssiz qılınan namaz? ALLAH razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səsli qılınan namazlarda "bismillah"-ı səslə demək vacib, digər namazlarda isə müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam alekum. Mən dəstəmazdan əvvəl təharət zamanı istibra etdiyin an sidik atıcılıqla surətlə çıxdı bilmək istərdimki mənə qüsul düşur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Möhürün yazılı tərəfinə alnı qoymaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1.Təravih namazı qılmaq doğrudur? Bu namaz bidət deyilki?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təravih namazının camaatla qılınması bidət və haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Qadın meyyit namazı qıla bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, lakin əgər heyz halındandırsa müstəhəbdir ki, camaatdan ayrı dayansın.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı