www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salamun Aleykum. 1. Müvəqqəti əqddə yaş maneəsi var? 2. Məni aletden xaric olmayıbsa qüsl vacibdirmi? 3. Dəstəmaz üçün ayağa məsh çəkdikdə əllər yaş halda şalvarın ətəyinə toxunursa bunun işkalı var? Allah razı olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Xeyr. Lakin həddi-buluğa çatmayan biri ilə yaxınlıq etmək icazəli deyil.

2.Xeyr.

3.Şalvarın yaş olmasının dəstəmaza ziyanı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Üzüm mürəbbəsi hansi halda haram olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yalnız üzümüz özü (heç bir qatqı qatılmadan) qaynayarsa 2/3-si buxar olmalıdır. Yəni 3 kilo üzümü qaynatsanız 2 kilosu qaynamalıdır. Yerdə qalan 1 kilo halal hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Pişnamazın arxasında dayanan adam niyyət edib təkbir deməmiş, başqaları təkbir deyə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər pişnamazın arxasında birinci sırada dayananlar təkbir deməyə hazır vəziyyətə gəliblərsə, digər sıralarda dayananlar təkbir deyə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sual 1: İçki olan süfrədən içkini götürdükdən sonra həmin süfrədə oturub ortada olan yeməklərdən yemək olar?. Sual 2: Kür suyunu bir qaba doldurub onla dəstəməz,qüsul almaq olar? Və sidikli paltarı onunla yuyanda paklanar?. Sual 3: Təşəhhüdün yerinə səhvən Fatihə oxunsa namaz düzdür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Belə olan halda süfrədə oturmağın şəri cəhətdən haramlığı yoxdur.

2.Bəli.

3.Belə olan halda 2 səhv səcdəsi vacib olur.

Allahdan uğurar diləyirik!
Sual: Salam, iş tapılmadığına görə, haram restoranlarda aşbaz işləmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər haram yemək bişirəcək və ya haram yeməkdən olan maaş qazanacaqsınızsa bu iş icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Söyüş söymək günah sayılır?Zarafatca olsa necə?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Bir şeyin haram olub-olmadığına görə şübhəyə düşsəm,həmin məhsuldan istifadə etmək olarmı? Məsələn bir ərzaqın haram olub-olmadığına görə şübhəyə düşsəm, onu yeyə bilərəmmi? 2.Rusiyadan gələn yağları istifadə etmək olarmı? 3.Üzümə və qollarima 1 dəfə yumaq niyyəti ilə bir neçə dəfə əlimi sürtsəm olarmı? Yəni hər dəfə əlimi üzümə sürtəndə 1 dəfə yumaq niyyəti ilə sürtsəm dəstəmazım səhih olarmı? 4.Qeyri müsəlman ölkələrdən gələn məhsullar istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bir şeyin haram olduğuna əmin olmayana qədər yemək caizdir.

2.Şəri cəhətdən haramlığı yoxdur.

3.Bir dəfə yumaq niyyəti ilə dəfələrlə əlinizi üzünüzə sürtə bilərsiniz.

4.İslami qaydada istifadə olunması lazım olan məhsulları (məsələn ət kimi) istifadə etmək icaəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam .Mənim yoldaşım evdən çölə çıxmır vəziyyətimizdə pisdi kasıbçılıq ona gedib falçıya baxdırmaq olarmı kimsə nəsə edib?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yalan xəbər vermək düzgün iş deyil və bu işin müqabilində alınan pul da şəri baxımdan haramdır. Lakin yalan danışmağa səbəb olmaz və digər şəri haramlar da işə qarışmazsa, əqli bir mənfəət olacağı təqdirdə falçıya müraciət etməyin eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. 3 həftəlik uşağın abort edilməsi haramdırımı ?
Cavab: Salam. Ayətullah Sistni-dəftərxana: Uşağın abort edilmənin haramlığı həftə və ya aya görə dəyişmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir insan yuxusunda məni olduğunu görərsə amma ayılarkən özündə heç bir əlamət olmasa qüsul lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər heç bir əlamət yoxdursa qüsul vacib olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam olsun. Namazın rükusunda və səcdələrində Quran ayələrindən oxumaq olar ve bu əməlin müstəhəbliyi var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər namazın forma və halətinin pozulmasına səbəb olmazsa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sual 1: Mən toyda oynamaq və araq süfrəsində oturmamaq üçün tövbə etsəmdə yenə verdiyim sözü tuta bilmirəm, bəzən imanımın zəifliyindən bəzəndə çarəsizlikdən olur, bununda bir daha olmayacaqına əmin deyiləm amma olmaması üçün çox cəhd edirəm və Allah bağışlasın deyə çox dua edirəm. Bu zaman əmin olmadığım halda tövbə etməyim düzdü? Bunları edərkən namazlarım qəbuldu?. Sual 2: Müsəlman ölkəsində ətin Bisimillahla kəsildiyini görmədən əti yemək olar? Amma əminəmki bura balaca yerdi bisimilahsız kəsilməz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Çalışın tövbənizə sadiq qalasınız. Buna əmin olmasanız belə tövbənizdən qalmayın. Günahlar insanın ibadətlərinin qəbulundə rol oynayır.

2.Əminliyiniz varsa istifadə etməyiniz icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Internetdə nərd oyunları oynamağın haramlığı varmı, orda verilən gündəlik bonus pullar müqabilində oyun gedir amma real pul deyil?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər oyun 2 nəfər arasında deyilsə və udub-uduzmaq halları da yoxdursa bu iş icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Yaş (quru olmayan) möhür və ya taxtaya səcdə etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər alının və ya möhürün yaşlığı onun palçığa çevrilməsinə səbəb olmursa ona səcdə etməyin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. Vəhabi nəcisdirmi? 2. Əlimiz yaş ikən onlara dəysə vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Lənkərani-dəftərxana:

1.Aşağıda qeyd olunan xüsusiyyətlərin sahibi nəcis hesab olunur;

Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yəni İmamlardan hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən şəxs), həmçinin xəvaric və nəvasib, (yəni İmamlara düşmənlik elan edənlər,) nəcisdirlər. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edən şəxs də nəcis hesab olunur.



2.Bu şəxslərin bədəninə əliniz yaş olduğu halda toxunsanız və yaşlıq birinizdən digərinə keçsə, həmin üzv nəcis hesab olunur və paklanmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mən dəstəmaz alanda ovucuma 2 dəfə su alıb üzümə atıram və əlimidə üzümə 2 dəfədən artıq vururam. Ovucumda olan suyuda dəstəmaz suyu niyyəti ilə atıram.Əlimidə üzümə 2 dəfədən artıq dəstəmaz niyyəti ilə vururam. Bu şəkildə olan dəstəmaz səhihdirmi? Əgər səhih deyilsə bu dəstəmazla qıldığım namazlar düzdürmü? Yoxsa qəza etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Ehtiyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum Ve Rahmetullah üzdə tükün tam qırxılması haram buyurulub. Bizi də universitetə üzü tüklü gəlməyə icazə yoxdur.Gərək universitetə gələndə üz təmiz qırxılsın. Xahiş edirəm bunu izah edərdiniz. Əməllər düzdürmü.Təşəkkür.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Çalışın üzünüzün tükünü az da olsa saxlayın. Əgər başqa çıxış yolu olmazsa zərurət hesab olunur və zəruri hallarda bu iş haram hesab olunmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam məhərrəmlik ayında qadınların üz qaş aldırması özünə baxması düzgündür? ya bəyənilmir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunu şəri cəhətdən haramlığı yoxdur. Lakin əgər bu iş İmam Hüseyn əzasına hörmətsizlik kimi qələmə verilirsə icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Əssalamun əleykum....Aşura da zəncir vurmaq baş yarmaq barədə hökm nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Din və məzhəbin alçalmasına səbəb olan, eləcə də insanın bədəninə gözəçarpacaq şəkildə ziyanı olan əməllərdən çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: salam duz və çörək islam dinində müqəddəs hesab olunur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxa: Dinimizdə çörək müəyyən qədər müqəddəs hesab olunur. Bununla bağlı hədislər də mövcuddur.

Allahdan uğurlar diləyirik.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı