www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. İllik qazancdan əldə edilən ev, avtomobil və s. bu kimi insanın özünün və ailəsinin ehtiyacı olan vasitələr, əgər zərurət yarandığına görə və ya daha keyfiyyətli mala çevirmək məqsədilə satılsa, xüms baxımından hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yaşayışın zəruri sayılan şeylərinin satışından əldə edilən pula xüms düşmür.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazın qəza olmasına 1 rükət qədər vaxt qalarsa namazımızın niyyəti qəza olur ya əda?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın bir rəkətinin namazın öz vaxtında qılınması, namazın əda hesab edilməsi üçün kifayət edir. Amma əgər namazın ən azı bir rəkəti üçün vaxtın qalıb-qalmadığına şəkk etsəniz, namazı “ma fiz-zimmə” niyyəti ilə qılın.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əlin üzərində olan mürəkkəb dəstəmazın batil olmasına səbəb olan maneədirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər mürəkkəb suyun dəriyə yetişməsinin qarşısını alan bir qat yaratsa, dəstəmazın batil olmasına səbəb olar və mürəkkəbin maneə olub-olmamasını müəyyənləşdirmək mükəlləfin öhdəsindədir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Evli qadinla yaxinlig etmek günahından bağışlanmaq olarmi? Olarsa nece olar? Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Evli qadınla zina etmək, zinakarların bir-birinə əbədi olaraq haram olmasına səbəb olar. Yəni bu qadın ərindən ayrılsa belə, evli halda zina etmiş kişi ilə evlənə bilməz. Bu şəri cəhətdən haramdır.

O ki qaldı bağışlanmaq məsələsinə, Allahdan ümüdünüzü itirməyin. Bir daha bu günaha qayıtmayacağınıza söz verərək, ürəkdən tövbə edin. Allah rəhimlilərin ən rəhimlisidir.



Allahdan uğurlar diləyirik!

Sual: Salam. Kart uyununun komputer vasitəsi ilə oynamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ürfdə qumar aləti kimi hesab olunan oyunları heç bir halda oynamaq icazəli deyildir. Əgər qeyd olunan oyun növü cəmiyyət tərəfindən qumar aləti kimi tanınırsa, komputerdə oynamaq da haram hökmündədir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Həddi-buluğa çatan övladımın namaz qılması üçün zor tətbiq edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyati-vacibə əsas bu iş icazəli deyildir.



Allahdan uğurlar diləyirik!

Sual: Salam. Namazın qunutundan sonra əlləri üzə sürtmək namazın batil olmasına səbəb olurmu? Namaz batil olduğu təqdirdə bu, günah sayılırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş bəyənilmir, lakin namazı batil etmir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. İşa namazının qəza olma vaxtı nə zamandır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İşa namazının qəza olma vaxtı gecə yarısına qədərdir, lakin xəstəlik kimi üzürlər olduğu zamanlar sübh azanına qədər də qılmaq olar.



Allahdan uğurlar diləyirik!

Sual: Salam. Kişilər ucadan qılmalı olduqları namazların qəzalarını da ucadan qılmalıdırlarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.



Allahdan uğurlar diləyirik!

Sual: Salam. Uşaqların salamını almaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dətərxana: Kişilərin və qadınların salamını almaq vacib olduğu kimi, müməyyiz (yaxşı və pisi anlayan) oğlan və qızların da salamını almaq vacibdir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Naməhrəm kişinin spermasını qadının bətninə yerləşdirərək, süni mayalanma prosesini gerçəkləşdirmək olarmı? Bu iş zina hesab olunurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş zina hesab olunmaz, lakin haramdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəvəquşunun yumurtasını yeməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İcazəlidir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Danimarkiyada yaşayıram. Buranın xalqı üçün donuz əti bişirməyimin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Donuz əti satmaq hətta onu halal bilənlərə də, haramdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Kitab-əhli olan xristian və yəhudilərə saç kəsdirmək olarmı? 2.Onlarla daimi ya müvəqqəti evlənməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1.Bəli, icazəlidir.

2.Müsəlman kişinin kitab-əhli qadınla evlənməsi ehtiyati-vacibə əsasən icazəli deyildir. Lakin əgər kişinin müsəlman xaınımı yoxdursa, müvəqqəti evlilik şəri baxımdan düzgündür. Müsəlman kişinin müsəlman xanımı olarsa, ehtiyati-vacibə əsasən kitab-əhli ilə müvəqqəti evlənə bilməz, hətta qadın icazə versə də.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əbdullah, Həbibullah kimi xüsusi isimləri dəstəmazsız məss еtməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: “Allah” sözü mürəkkəb sözün bir hissəsi olsa belə, ona dəstəmazsız əl vurmaq caiz deyil.



Allahdan uğurlar diləyirik!
Sual: Salam.üzür istəyirem evləndikdən sonra 40 gün namaz qılınmır .bu doğrudu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Belə bir şey mövcud deyil.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ehtiyac olduğu təqdirdə mübarək adları və Quran ayələrini hansı şəri yollarla məhv еtmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onları torpağa basdırmağın, yaxud yazıların pozulması üçün suyun içərisinə qoymağın еybi yoxdur. Lakin onların yandırılmasına icazə vermək elə də asan deyildir. Əgər belə vərəqləri yandırmaq hörmətsizlik sayılsa, onları yandırmaq caiz dеyildir. Müstəsna hal olaraq, yalnız çıxılmaz vəziyyətdə qaldıqda və Quran ayələrini, müqəddəs adları vərəqdən kəsib götürmək mümkün olmadıqda, onların yandırılmasına icazə verilir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər üzərinə təyəmmüm еtmək düzgün olan şеylər divara yapışmış olsa, orada (divarda) təyəmmüm еtmək düzgündürmü, yoxsa bu kimi şеylər yеrin üzərində olmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üzərində təyəmmüm etmək düzgün olan şeylərin yеr üzərində olması şərt dеyildir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. İnsanın namaz qılan olmadığı vaxtlar cənabətli halda gəzməsi günah hesab olunurmu və tövbə etmək lazımdırmı? Bir də ki, cənabt qüsulu zamanında yuyulmayan hissə yuyulan hissəyə toxunsa ışkalı varmı? Bir halda ki, qüsuldan əvvəl paklanıb.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1.Xeyr günah hesab olunmur və tövbəyə ehtiyac yoxdur. Lakin qılmadığı namazlara görə tövbə etməsi və qəzasını qılması lazımdır.

2.Qüsul zamanı bütün bədən yuyulmalıdır. Pak hissəyə toxunmağın isə problemi yoxdur.



Allahdan uğurlar diləyirik!
Sual: salam mükunsə deyin güzgü olan otağda namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər namaz qılan güzgüyə baxdıqda özünü görür və ya güzgü onun fikrini yayındırırsa, belə olan halda namaz qılmaq məkruh hökmündədir.



Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı