www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam men namaz qiliram mene hekim mulice yazib iyne davderman iyne vurlannda namaz qilmaq olar ??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli olar. Namaz hər bir halda vacibdir.



Allahdan şifa və uğurlar diləyirik!
Sual: Salam. Namazın üçüncü və dördüncü rəkətlərində təsbihati-ərbəəni üç dəfə, üç dəfədən az və ya çox dediyimi bilməyən zaman nə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təsbihati-ərbəəni bir dəfə demək kifayət edər və ona heç nə vacib olmur. Əgər rükuya getməyibsə, tərəddüd etdiyi sayların ən azını götürə və təsbihati-ərbəəni təkrarlaya bilər, ta ki, bu zikri üç dəfə dediyinə əmin olsun.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Zina ile bakireliyi pozulmuş qadının siğe etmesi üçün atasının icazesi lazımdır?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Qadının bakirəliyi haram yolla (zina ilə) aradan gedibsə, kəbin üçün atasından icazə almaq lazımdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. 1. Namazin ilk vaxti deyende namaz daxil olandan nece deqiqeye kimi olan vaxt nezerde tutulur? 2. Zelzele, qorxuya sebeb olan goy gurulyusu, ildirimdan ne qeder vaxt kecdikde ayet namazi qeza olur? 3. Bir kes ev tikir xums ili catanda evi hele tam tikilmemisdi. Bu yarimciq tikiliye xums dusur?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1.Sübh namazınən fəzilər vaxtı azandan 20 dəqiqə sonraya qədər, zöhr namazının fəzilət vaxtı zandan 1 saat 40 dəqiqə sonraya qədər, əsr namazının fəzilət vaxtı zöhr azanından 2 saat 50 dəqiqə sonra, məğrib namazının fəzilət vaxtı azandan 50 dəqiqə sonraya qədər, xiftən namazının fəzilət vaxtı isə məğrib azanından 50 dəqiqə sonraya təsadüf edir.



2.Zəlzələ və ya qorxulu ıldırım vasitəsi ilə vacib olan ayət namazlarını “ma fi zimmə” (boynumda olan) niyyəti ilə qılmaq lazımdır.



3.Xeyr. Xums vacib deyil.



Allahdan uğrular diləyirik!

Sual: Salam: Əgər mümkün olmadığı zaman Namaz möhürsüz qılınarsa bu Namaz Qəbul olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səcdə, "yer" adlanacaq hər bir şeyə edilə bilər. Daş, kəsək, torpaq və.s. Hətta kağız üzərinə də səcdə edilməsi icazəlidir. Əgər möhürün olmadığı zaman qeyd olunanlardan birinə səcdə edilibsə namazlar düzgündür.



Allahdan uğurlar diləyirik!
Sual: Salam 1)üzdə yeni tük çıxması üçün üzdə saqqal deyilməyəcək qədər olan tükü ülgüclə qırxmaq olar? 2)pul dəyişdirmək vasitəsilə əldə edilən pul halaldır? məs:manatı dollara çevirib bir müddətdən sonra yenidən manata çevirdikdə 3)mənum xərclərimin çoxsun Valideynlərim ödəyir. xərclərimin bir hissəsini ödəmək üçün topladığım pulun xums və zəkatı verilməlidir? 4)sol əllə əti halal olan heyvanı islam qaydalarına uyğun kəsdikdə heyvan halal olur ? 5)bir şəxs vəsiyyət etsə ki dünyasını dəyişdikdən sonra onun daxili orqanlarini ehtiyaci olanlara hədiyyə edilsin..bunun hökmü nədir? 6)islamda yanan ocağı su və ya başqa vasitə ilə söndürməyin hökmü nədir?bəziləri ocağı söndürməyin haram olduğunu bildirirlər bu doğrudurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1.Üzdə olan tük, saaqal deyilməyəcək həddə olarsa ülgüclə qırxmağın eybi yoxdur.

2.Şəri baxımdan icazəlidir.

3.Bəli xumsu verilməlidir.

4.Heyvanın kəsilməsində sağ və ya sol əlin fərqi yoxdur.

5.Şəri cəhətdən icazəlidir.

6.Şəri cəhətdən haramlığı yoxdur.



Allahdan uğurlar diləyirik!

Sual: Salam: sualım belədirki vaxtinda qilmadığm namazlarımın qəzasını qılmasam olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Bu namazlar sizin boynunuzdadır və hökmən qılınmalıdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam:1) Sualim beledirki iki gənc öz aralarında kəbin kəsdirmək istəyirlər lakin bunun hec kim tərəfindən bilinməsini istəmirlər.Bunun üçün ailədən kiminsə razılığı olmalıdr? 2) Birdə sualim belədirki zina elemiş gənc qız və ya oğlan tövbə edersə günahı bağışlanarmı? Bağışlanması üçün nə etmək lazımdır? Çox sağolun təşəkkür edirəm Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1.Ehtiyat-vacibə əsasən xanım, kəbin kəsdirmək üçün ata və ata babasından icazə almalıdır.

2.Zina etmiş şəxs günahından həqiqətən peşman olar və bu günahı bir daha təkrarlamamaq qərarına gələrsə tövbəsi qəbul olar.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qəza namazlarımın sayını dəqiq bilmirəm. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qəza olmuş namazların qədərində şəkkiniz varsa yəqininiz olduğu qədərin (qılmadığınızı dəqiq bildiyiniz az miqdarın) qəzasını qılın.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Dəstəmaz üzvlərindən biri yuyulandan sonra, lakin dəstəmaz tamamlanmamışdan öncə nəcis olsa, onun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O üzvün nəcis olması dəstəmazın səhihliyinə zərər yеtirmir. Amma namaz üçün o üzvü paklamaq vacibdir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Atamın mənə vacib olan qəza namazlarını pul ilə başqalarına qıldıra bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dünyasını dəyişmiş insanın namazını dediyiniz üsulla qıldırmağınız, şəri baxımdan icazəlidir.



Allahda uğurlar diləyirik!
Sual: Salam. Böyük oğul atadan qabaq vəfat еtsə, bu halda atanın qəza namazları digər uşaqların boynundan düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Atanın oruc-namaz qəzalarını yеrinə yеtirmək vəzifəsi atanın vəfatı zamanı diri olan böyük oğula aiddir. Hərçənd o, atanın birinci övladı, yaxud birinci oğlu dеyil.



Allahdan uğular diləyirik!
Sual: Salam. Qəza namazlarının ucadan və ahəstə qılmasında ixtiyar sahibiyikmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gündəlik namazlarda qiraətin alçaq səslə, yaxud uca səslə qılınmağının vacibliyi baxımından qəza namazı (hətta ehtiyata görə qılınsa belə) və əda namazı arasında hеç bir fərq yoxdur.



Allahdan uğular diləyirik!
Sual: Salam. Süni saç əkməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin özü-özlüyündə haramlığı yoxdur. Lakin əgər əkilmiş təbii və yaxud süni saçlar inkişaf etmirsə (uzanmırsa), istər yapışqanlı maddə ilə istərsə də onsuz əkilmişdirsə, bədənin bir hissəsi sayılmır. Bu üzdən belə saçlar qüslün səhihliyinə mane olur və dəstəmaz alarkən onun üzərinə məsh etmək olmaz.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Bəzi qadınlar gözəlik salonlarında müəyyən bir pul müqabilində saçlarını satırlar , onlarda bu saçlardan parik və.s düzəldirler . Qadının öz saçını bu salonlara satması caizdirmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, caizdir.



Allahdan uğurlar diləyirik!

Sual: Salam. Kişilərin ağ qızıldan olan üzük taxmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ağ qızıl adlanan metal elə sarı qızıl olub müəyyən bir kimyəvi maddənin təsiri nəticəsində rəngi dəyişilib ağ olubsa, taxılması haramdır. Lakin əgər bu metalın tərkibində sarı qızıl çox az olduğu üçün ürfdə onu sarı qızıl adlandırmırlarsa, kişilərin ondan istifadə etməsinin eybi yoxdur. Həmçinin kişilərin platindən istifadə etməsinin də işkalı yoxdur.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sualım vilayəti-fəqih nəzəriyyəsi barədədir. Vilayəti-fəqih təqlid edilməli bir məsələdir, yoxsa ideoloji? Vilayəti-fəqihə etiqad bəsləməyən bir şəxsin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vilayəti-fəqih – şiə məzhəbinin əsas prinsiplərindən olan imamların məqamını və rəhbərliyini tanımaq prinsipindən irəli gələn bir məsələdir. Bir fərqlə ki, digər fiqhi hökmlər kimi, vilayəti-fəqihlə bağlı hökmlər də şəriət dəlilləri ilə əsaslandırılır. Hər kim dəlil-sübutla vilayəti-fəqih məsələsinə etiqad bəsləməyin zəruri olmadığı qənaətinə gəlsə, üzürlü sayılır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bəzi vaxtlar əl, dodaq və ya ayaqlardan qopan dəri pakdır, yoxsa nəcis?
Cavab: Salam. Ayətullah Xemenei-dəftərxana: Əl, dodaq, ayaq və bədənin digər üzvlərindən öz-özünə qopan dərinin nazik qabığı pak hökmündədir.





Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazqılan şəxs bədəninin, yaxud paltarının nəcis olduğunu namaz əsnasında başa düşsə, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər namaz əsnasında bədən və ya paltar nəcasətə bulaşarsa, bu təqdirdə əgər bədənin nəcasətini təmizləmək və ya nəcasətə bulaşmış paltarı çıxarmaq namaza zidd olan bir əməli yerinə yetirmədən mümkün olarsa, bu işi görməli və namazı tamamlamalıdır. Əgər namazı pozmayan tərzdə bədəni paklamaq və ya nəcis paltarı çıxartmaq mümkün deyilsə və namaz vaxtı da genişdirsə, namazqılan şəxs namazı kəsməli, pak bədən və paltarla namazı yenidən qılmalıdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleyk. Zöhr və əsr namazlarından əvvəl alınan dəstəmaz əgər pozulmasa, məğrib və işa namazları üçün də kifayətdirmi? Yoxsa hər bir namaz üçün ayrıca niyyət edib dəstəmaz alınmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hər namaz üçün ayrıca dəstəmaz almaq lazım dеyildir. Düzgün qaydada alınan dəstəmaz batil olmayanadək, istənilən qədər namaz qılmaq olar.



Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı