www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Şamil: Salam eleykum.Bilyard hansi hallarda oynamaq olar?.2.Telefonda stol ustu oyunlar oynamaq olar? Etrafli yazsaz memnun olaram Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şahmat və nərd bütün hallarda haramdır. İstəyir kompyuter və ya telefonda oynanılsa belə. Qalan bütün oyunlar belə halal olar ki, şərtlə oynanılmasın və məntəqənizdə qumar aləti kimi məhşur olmasın.
Sual: Sualı ünvanladı Şamil: Salam elykum. Heyvani uzu qibleye olmadan Bismillah deyib kesmek halaldi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilərəkdən etsə ət murdar olar. Səhvən olsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Nahid: Salamun Ələykum.sualım belədir,bir nəfər 5-müctəhidə təqlid edə bilər.? Yoxsa bir müctehidə etməlidir.? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bir müctehidin bir zəminədə fətvası yoxdursa, yəni ehtiyati-vacib buyurubsa onda həmin zəminədə başqa müctehidə keçə bilər. Və yaxud təqlidə başlayarkən belə başlaya bilər ki, hər zəminədə (hər babda) ələm bildiyinə təqlid etsin.
Sual: Sualı ünvanladı Nahid: Salamun aleykum..Dəstəmaz alanda ayağa məhs çəkəndə ayağın bütün barmaqlarını islatmağ lazımdı,yoxsa 3-uzun barmaq kifayət edir.? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ayağa məshi bir barmaq qədər çəksəz yetər. Lakin barmağın uc hissəsindən çəkin.
Sual: Sualı ünvanladı Mammad: Salamun Ələykum..Sizin seifemizde Ayətulla Məkarim Şirazi ağanın WhatsApp şekili var.zəhmət olmasa ağanın WhatsApp nömrəsini mənə verə bilərsiz.? Çox sağolun Allah razı olsun
Cavab: Salam.



Sayt tərəfindən: Bu şey bilmədən olub. Yığışdırılmalıdır. Bizdə belə bir nömrənin dəqiqliyi barəsində məlumat yoxdur.
Sual: Sualı ünvanladı Sadiq: Salam aleykum.evvelki suala cavab yazdiginiz ucun tewekkurler.bawqa bir sualim da var.beleki men iwletdiyim bir gunaha tovbe eledim ama ki yene hemin gunahi eledim bir iki defe.sonra yene tovbe eledim.tovbeni bu qeder pozub tovbe elemek gunahdir?
Cavab: Salam.



Sayt tərəfindən: Hədisdə var ki, Allah çox günah edib çox tövbə edən bəndəsini sevir. Yəni ki, nəfslə bacarmır günaha yol verir, lakin daha sonra peşman olur və tövbə edir. Bu hal təkrarlanarsa nəinki bəndə Allahın gözündən düşər, bəlkə, tam bunun əksinə hər dəfə Allaha qayıtdıqda Allah onu daha çox sevər. Lakin peşmançılıqı və qayıtması həqiqi olsun.



Yəni çalışın günah etməyin. Amma bacarmadıqda və günaha yol verdikdə naümid olmayın. Allah sizin qaydışınızı gözləyir və sizi sevir.
Sual: Sualı ünvanladı Anar: Salam.hacet namazi nece qilinir?sükür namazi nece qilinir?nezir namazi nece qilinir?tesekkül edirem haqqinizi halal edin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İki rəkət qılınır, sübh namazı kimi. Niyyətləri fərq edir.
Sual: Sualı ünvanladı Vidadi: Qapiya at nalinin vurulmasinin hokmu.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xüsusi bir hökmü yoxdu.
Sual: Sualı ünvanladı Xalid: Salam aleykum Allahin rehmeti ve bereketi uzerinizden eksik olmasin insaallah sualim beledir risalede baxdim tapa bilmedim bir ailede aile bascisi kisi xums cixartmirsa eger onun xanimina ya ovladlarina xums dusur eger xanim islemirse usaglar isleyirse nece cavablandirsaniz xos olardi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ailə başçısı xüms vermirsə onda sizin vəzifəniz onu yaxşılığa dəvət və pislikdən çəkindirməkdir. Əlbəttə öz şəraiti ilə. Onun qazancından istifadənin sizə günahı yoxdur. Uşaqlarınızın hökmü yoldaşınızla əlaqəli deyil. Qazancları varsa xüms verməlidirlər.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): salam elykum menim sualim bu dur nokolka nan alinan desdemaz duzdur mu imam xamneyi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Düzdür.
Sual: Sualı ünvanladı Məryəm: salam bilmek isterdim ki uwaq haram qida yese. icaze verilmedi meselen yeyirse elinden alinmalidi ya yox? onceden tewekkur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, alınmalıdır.
Sual: Sualı ünvanladı Anar: Salam.qardawim neynesemde ruzi qapisi üzüme baqlanir neyneyim?günahdanda çekinirem
Cavab: Salam.



Sayt tərəfindən: Hədislərdə var ki, dərdiniz günah dərmanınız istiğfardır. Günah etmirsizsə bu gözəldi. Köhnə günahlara görə də istiğfar edin.
Sual: Sualı ünvanladı Şahnaz: salam.biz jelatinin halal- haramligi barede bilmek istiyirik.bir de shokolada vurulan E- 476 emulqatoru haqda ....internet de bele bir melumat gormushuk ki,donuz qatqisindan hazirlanir....amma bu melumatin ne qeder duz oldugunu bilmirik.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yəqinə çatsanız ki, onlar haramlardan hazırlanıb onda istifadə etmək olmaz.
Sual: Syualı ünvanladı Gizlidir: Salamun aleykum..Hemd olsun Allaha..bir sualim var..hundur kablok geyinmek haramdi???
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, haram deyil.
Sual: Sualı ünvanladı Narmin: Salam aleykum Ağa. Sizi narahat etdiyim üçün üzr istəyirəm, amma sizə 1 sualım var. Kəbin kəsdirərkən valideyinin icazəsi mütləqdi? Bu hal üçün istisnalar varmı? Əgər xanım öz qərarlarını özü verə biləcək yaşdadırsa o zaman icazə almaq vacibdir mi? Allah sizi hifz eləsin. ALLAH RAZI OLSUN SİZDƏN
Cavab: Salam. Bu suala cavab verildi. Eyni zamanda bir necə mərcəyə bir sualı ünvanlayanda, yalnız birinə cavab veririk. İmkanlarımız məhduddur deyə.
Sual: Sualı ünvanladı Şamil: salam eleykum. Heyvani uzu qibleye olmadan Bismillah deyib kesmek olar. 2. whatsab soaial webekesinde bir xanimla yazismaq olar bu wertleki qadin oz Erinnen icazelidi ve menden 10 12 yas boyukdu.3 meselen evimize qonaq gelib xanimdi tanimiram onla el verib goruse bilerem. Allah razi olsun. Haqqivizi halal edin.Tewwekkur. Etrafli yazsaz memnun olaram
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Zərurət olmayan yerdə, səbəbsiz naməhrəmlə danışıq olmaz.



Sayt tərəfindən: Bir sualın daxilində bir neçə suala cavab vermək olmur. Qatışıqlıq düşür, narazıçılığa səbəb olur. Zəhmət olmasa sualları tək-tək ünvanlayın.
Sual: Sualı ünvanladı Muhəmmədəli: SALAMUN ELEYKUM.UWAGIN CINSIYETIN BELLI ETMEK UCUN HEKIMLER TEQVIM ILE HESABLAYURLAR KI FILAN ILDE HANSI UWAQ OLACAQ BU YOLLA UWAQ DUNYAYA GETIRMEK DUZGUNDUMU COX VAXT GUNAHA BATMAMAQ UCUN BU YOLA EL ATURLARKI GUYA QIZ OLANDA ABORT EDILMESIN BUNU DA DEYIM KI BU HESABLAMA EN COX OGLAN DUNYAYA GETIRMEK UCUN EDILIR ONCEDEN COX TEWEKKUR
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.novuruzda çersenbe tonqal qalamaq olar?2kalustuk vurmaq olar?teskkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu kimi xürafi işlərdən uzaq olmağınız məsləhət görülür.
Sual: Sualı ünvanladı Narmin: Salam. Valideyinden icazesiz hansi hallarda kebin kesmek olar? Eger yetkin yaşındadılarsa ve ozleri qerar qebul ede bilecek heddedilerse icazesiz kebin kese bilerler? Ve sayta sualim: cavab verilende mene maile gelecek cavab?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Münasib elçi olarsa və qadın ailəyə elə ehtiyaclı olarsa ki, ailə qurmasa ona zərəri var. Yəni evlənməyə şiddətli ehtiyacı var, amma valideyni buna icazə vermir ki, ailə qursun və bu icazə verməməklə qızına zərər vermiş olur. Bu halda icazəsiz ailə qura bilər.
Sual: Sualı ünvanladı Şamil: Salam eleykum.1 secdede gozleri yummaq olar? 2.Bilyard oynamaq olar?.3. Sahmat ve Saski oynamaq hansi hallarda olar.4 Hansi namehremlerle elverib goruwmey olar.5 menim bir tanisim var xanimdi menden 10 12 yas boyukdu ve elaqemiz cox yaxsidi onla el verib goruse bilerem.6. Bele bir oyun var butulka cevirirsen butulkanin ucu kime dusdu ona emirler verir sen meselen. 10 dene jim vur , tanimadigin insannan saati sorus . Bu kimi seyler bu oyunu oynamaq olar
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəmlə görüşmək haramdır. Əlaqəniz yaxşı olsa da belə haramdır.



Sayt tərəfindən: Bir sualın daxilində bu qədər suala cavab vermək olmur, qatışıqlıq düşür. Sualları bir-bir yazın, zəhmət olmasa.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı