www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Mömin bir qızla mömin oğlan evlənmək niyyətindədirlər. Amma qızın atası evlənmələrinə icazə vermir.  Səbəb kimi də oğlanın astma xəstəsi olmasını göstərir. Amma xəstəliyi elədə ciddi deyil. Bu halda oğlanla qız qaçıb atanın icazəsi olmadan kəbin kəsə bilərlərmi?..çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, atanın izni lazımdır.
Sual: Sualı ünvanladı Məryəm: Salamun eleykum.bir sual maraqlidi biri ucun pulla yasin oxunur ama yasin oxuyan herfleri duzgun teleffuz etmir o zaman onun aldigi pul caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bacardığı qədərə riayət edirsə, müşkül yoxdur.
Sual: Sualı ünvanladı Mustafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Sual: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Sual: Sualı ünvanladı Msutafa İslam: Salam. Bəzi şiələr, əhli sünnə müqəddəslərini sosial şəbəkələrdə (facebook,odnoklasnik,tvitter, saytlarda və s) lənətləyir, haqqında təhqiramiz sözlər yazırlar.Bu da qarşı tərəfdə haqlı narazılığıa səbəb olur. Bu da ki, İslami vəhdətə zərbədir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Sual: Allahın salamı olsun sizə. Ayətullah Sistaninin adından sosial şəbəkələrdə yazırlar ki, guya ağa deyib ki; İmam Hüseyn müsibətində baş yarmaq, qəmə vurmaq, bədəndən qan çıxartmaq və bu kimi işlər caizdir. Sistani ağanın nəzəri nədir bu barədə.Bu deyilən işlərə icazə var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ağa bu sualın qarşısında sükut edib, cavablandırmayıb.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki, onu içməklə biz İslam düşmənlərinə yardım etmiş oluruq.Digər tərəfdən isə bunun tibbi tərəfdən də insan orqanizminə ziyan olmasını göstərən açıq-aşkar dəlillər mövcuddur. Siz nə buyurursunuz içək ya yox? (Behcət ağa)
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bu şeyə (İslam düşmənlərinə xeyiri olmasına) yəqininiz varsa onda olmaz. Əks təqdirdə olar.
Sual: Sualı ünvanladı Rauf: Salam Aleykum , xameyni agan muqelidiyem .Men 2 il evvel evlenmisdim (Islam qaydalariyla kebin kesdirmisdim) ama ayri yasayirdiq 1 il evvel ayrilmaq istediyini dedi menim icazem olmadan cixdi getdi. mende 3 defe sahid olmadan bosadigimi dedim. bu halda men onu bosamis oluram? telaq dua flanda oxutdurmadim oyrendim ki 3 defe boşadim demekle boşanilir. Yeni aylardi boşadiqimi duşunurdum , qadin menim kebnimdedi hele? Telaq meselesinde o yox idi kebini ve s saymadan cixib getmisdi , gedenden sonra telaqda istemedi bosadim bosamadim hec maraqlanmadi, menim bosamaq haqda cox melumatim olmayib indi menim vezifem nedir? Birde indi oyrendim ki ele o vaxti kebini kesen duasini oxuyan axund kebini pozub bu Islama uygundurmu? axundun pozdugu kebin duzgundurmu? menim xeberim olmayib bele etmesinden. hemin axund qohumumuzdu esitdikde o qadinin ele etdiyini kebini pozub aileme deyib men indi oyrendim. Elave Olaraqda hemin qadindan 1 ilden coxdu xeberim yoxdu evlenib ya hardadi bilmirem. kebn kesdirende mehriye flan bilmirdim men yene ailem zeng eleyib kesdirib raziliqimiz ile ,mehriye demeyibler.. öyrendim ki mehriyesiz kebn batil olur , axund özü yazmiş olsa da batil olur? kebn mehremlik ucun olub bir ailede yaşamamişiq,nişanlim olub qiz qiz menim kebnimdedi? Kebnimdedise neylemrliyem gedib özüm yeniden telaq oxutdurmaliyam ? Allah razi olsun fikrimi izah etmey ucun uzun yazdim,haqqinizi halal eleyin ,vessalam
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın sizin kəbininizdədir.

Həmin axundun pozduğu kəbin batildir. Sizin izniniz olmadan axund kəbini poza bilməz. Amma əgər sizin xanım haqlı olaraq boşanmaq istəsə və siz onu boşamasaz onda şəri hakim və ya onun təyin etdiyi nümayəndə bu işi görə bilər. Amma, adi mollanın və ya ilahiyyatçının bu işi görmək üçün izni yoxdur.

Daimi əqd mehriyəsiz oxunarsa belə səhihdir.

Kəbini oxumanız üçün iki ədalətli şahid olmalıdır və xanımın heyz halında olmamalıdır. Bununla yanaşı ərəb dilində təlaq siğəsi oxunmalıdır. Digər şərt də var ki, o sizə aid deyil. Çünki sizin o xanımla cinsi rabitəniz olmayıb.
Sual: Sualı ünvanladı Hezer: Bismillah. Salam Aleykum rehmetullahi ve bereketuh in sa Allah amin .Sistani agayadi sualim .bir hedis oxumusam... İmam Sadiq e buyurub : Serabxor ere teslim olan qadin goydeki ulduzlar qeder gunaha batmisdir .Bu erden dunyaya gelen ovlad pak deyil,Allah bu qadinin tovbe ve fidyesini qebul etmez.Yalniz bu kisi öldükden ve ya hemin qadin azad buraxildiqdan sonra qadinin tovbesi qebuldur , (menbe ,lealiyul-exber,seh 267,islamda gunahlar ve cezalar kitabinda oxumuşam bu menbe ile) sualimdan once bunu qeyd etmek istedim...Ümumiliyde 3 sualim da eyni şerabla bağlıdı,fikrimi aydinlatmaq ucun bir nece cur verirem. 1 ci sualim .Serabxor erle evli olan qadinin ustde qeyd etdiyim hedise gore hokmu nedir serietde ?! Neylemelidi şerabxorla evli olan qadin ?! 2 ci sualim. Bele bir hedis de oxudum . İmam Eli (e):«Serxos, Allahın görüşüne bütperest kimi gelecek.» sualim serab haqda cox aydin hedisler var , qeti haramdi... Haram qebul etmeyib icen serabxor insan dinden cixir?! 3 cu sualim . 2 ci suala goredi ki eger dinden cixirsa serietden oxuyuruq murtedlik ,kafirlik eqdi pozur , eyni hokm kecerli olur ?! Cox xais eleyirem suallarima etrafli cavab yazin ,zamaninizi aldim haqqinizi halal eleyin. Emeyi kecen her kesden Allah razi olsun .Vessalam.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizin ərinizə nisbətdə vəzifəniz yaxşılığa dəvət və pislikdən çəkindirməkdir. Bu şeyi də o zaman edə bilərsiz ki, bu şeyə lazım olan şərait ərinizdə olsun. Əgər ərinizdə yaxşılığa dəvət və pislikdən çəkindirmək şəraiti yoxdursa, onda bu vəzifəniz də yoxdur. İbadət-itaətiniz qəbuldur, övladınız halalzadədir. Hədisin xas mənası var ki, alimlər bunu açıqlaya bilər.



Sayt tərəfindən: Vəzifəniz müəyyənləşdirildiyi üçün sualın digər hissələrinə cavab verilmədi. Əgər digər hissələrinin cavabı önəmli olarsa onda həmin sualları bizə təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Hovuzun suyu kurr miqdarindadir Onun bir hissesi buz baglayib.Buz baglayan hisse necis olsa, daha sonra o, buz bağlamış su da erise ve sular qarişsa hovuzdaki su pak olur ya necis?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Kürr olarsa pak olar.



Sayt tərəfindən: Sual yazanda adınızı və ya şərti bir ad qeyd etməyi unutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): İlanın qabigi pakdir? Ilanin derisinden hazirlanan kemeri taxmaq,onla namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstifadə etmək olar, lakin namazda olmaz.



Sayt tərəfindən: Sayt tərəfindən: Sual yazanda adınızı və ya şərti bir ad qeyd etməyi unutmayın.



Həmçinin bu sual Ayətullah Sistaninin dəftərxanasına ünvanlanmışdı. Əlaqə saxlaya bilmədik və cavab ala bilmədik. Lakin Ayətullah Xameneinin dəftərxanasından cavab almaq mümkün olduğu üçün sizi cavabsız saxlamadıq. Əgər lazım olsa növbəti sualda Sistani ağanı qeyd etməklə sualı təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Nəcasət yemiş dəvənin nəcisi də nəcisdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, nəcisi deyil.



Sayt tərəfindən: Sual yazanda adınızı və ya şərti bir ad qeyd etməyi unutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bədənin tüklərini *baş,üz,bığ,saqqal, burnun içi, vı s.) qopartsaq çıxartsaq, çıxartsaq o tük nəcis sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, nəcis sayılmır.



Sayt tərəfindən: Sual yazanda adınızı və ya şərti bir ad qeyd etməyi unutmayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əgər bir nəfərin əli süni ( plasmas, dəmir və bu kimi) olsa dəstnamaz alarkən onu yumalıdır? Bəs təyəmmümdə necə? Bəs qusl alarkən o süni olan əl də kamil (adi əl kimi) yuyulmalıdır? Bədənin hər yerində bu cür sünilik olsa hökm eynidir? Sistani ağanın fətvasın qeyd edin zəhmət olmasa.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Süni əli dəstəmaz alarkən yumaq lazım deyil.



Sayt tərəfindən: Təyəmüm və qüsl barəsində olan hissəni növbəti sualınızda ünvanlayın. Bilmədən yol verilən nöqsana görə sualınızın bu hissəsinə cavab ala bilmədik. Əfv edin.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Dəniz və ya hovuz kimi yerlərdə bir çox insanlar birgı çimirlər.Onlar sadəcə övrət yerlərini örtürlər. Amma onların geyindikləri alt paltarlar dar olduğundan alətləri biruzə olunur. Bu da təhrik edici olud. Bu kimi yerlərdə biz geyimdə hansı şərtlərə diqqət etməliyik.
Cavab: Salam. Aytullah Sistani-dəftərxana: Bu şey sizi təhrik edirsə sizə olmaz.
Sual: Sualı ünvanladı Qaqa Salam. Vacib namazın qunutunda öz dilimizdə dua etmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Zeyneb: Salam eleykum, agacan. Ders izah eden muellime ve ya tv-de gosterilen namehreme hec bir niyet olmadan uzun-uzadi baxmaq gunah sayilir?
Cavab: Diqqət, diqqət! Sayta gələn bütün suallar cavablandırıldı. Cavablar arxivdə mövcuddur. Diqqətlə baxın.



Salam. Ayətullah Sistani-dəftərxana: Təhrikedici olmazsa caizdir.
Sual: Sualı ünvanladı Rafael: Salam.Foreks beynelxalq dunya bazarinda iwlemek olar?Hansisa wertleri varmi?Mumkunse Sistani,Mekarim Shirazi,Vehid Xorasani,Fazil Lemkerani,Behceti agalarin bu hokme fetvalarin soyleyerdiniz.Cox onemlidi,cox xahiw edirem.Allah teala cenneti size vacib etsin inwAllah.Allah razi olsun.
Cavab: Salam.



Sayt tərəfindən: Bu bazarda nə işlə məşğul olmaq istəyirsiniz? Həmçinin bazar barəsində bizə məlumat verin.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bir nəfər dəstnamazı özü alır, amma kimsə aftafa ilə onun qoluna su tökür, su tökmək kömək sayılır? Bəzən isə bu başqa cür ola bilər.Məsələn: Su borusunu kimsə tutur,amma su özü tökülür.Və ya kimsə pompu (farsca :تلمبه زرن) işlətməklə ordan su gəlir.Bu da kömək sayılır? Bu cür alınan dəstnamazlar səhihdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunların eybi yoxdur. Dəstəmazı səhihdir.
Sual: Sualı ünvanladı Ayka: Salam. 4 il mehkeme yolu ile bowanmiwam amma kebinim talag olmuyub. Mecitde ozum qedib talag etmiwem. Bunan qabag size yazmiwdim cavab qeldi sizden ki men helede kecmiw yoldawimin kebinindeyem. Bes men ne edim ki kebinim talag olsun. Bunuda qeyd edim ki kecmiw yoldawimla elaqe saxlamiram. Kebin nece talag olunacag .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ərinizin izni ilə təlaq oxunmalıdır.



Sayt tərəfinmdən: Əgər ərinizlə özünüz danışmırsınızsa onun telefon nömrəsini tapın və həmin nömrəbi moillaya verin. Molla özü ərinizlə danışıb təlaqınızı oxusun. Yəni əriniz bu şeyə hə deməlidir. Yoxsa oxunan təlaq batildir. İstisna hal var. Ər həm təlaqı verməyə həm də onunla yaşamaq üçün laızm olan şərtlərə malik olmaya. Belə hal olsa, sualı yenidən ətraflı yazın və biz cavablandıraq.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı