www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Faiq: Namaz qılarkən bəzən olur ki, qabaq səfdə olan insanın geyindiyi paltarın üzərində yazılar olur. Namaz halında gözümüz ona sataşır.Həmçinin məscidin divarlarında olan yazılar, ayələr və bu kimi. Bu yazıları dildə tələffüz etməsək də ürəyimizdə oxuyuruq. Bunları namazda qeyd olunan şəkildə oxumağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazı batil etmir. Çalışın ki, nəzərinizi belə şeylərdən cəmləyəsiniz. Bu iş bilmədən olsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Vüqar: salam. mən fotoqraf işləyirəm restoranda, içki məclisidi. bu işdə işləməyin hökmün bilmək istəyirəm, fotoqraflıq və həmçinində bu restornlarda ofisantlıq. şəkil çəkmək, paylamaq, şəkilləri daşımaq (çıxarılan yerdən restorana aparmaq). təşəkkürlər
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Harama düşmək ehtimalı olan işlərdə işləməyiniz haramdır. İçki məclisində hüzur tapmaq haramdır.
Sual: Sualı ünvanladı Şəhriyar: Salam. 2) Bank olmayan kredit teskilatinda islemeyin hokmu nedir (risklerin idare edilmesi vezifesi). Oxudum ki, iki suala birden cavab yazilmir ona gore de evevl verdiyim suali tzeden yazdim. Allah razi olsun.
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Bank olmayan kredit təşkilatı verdiyi kreditləri İslam qaydalarına uyğun verməzsə, onda olmaz. Əks təqdirdə olar.
Sual: Sualı ünvanladı Zaur: Allahin salami sizze pak ehli beyt uzerine olsun! Destemaz alarken iki elle yumagin iwqali varmi? Yada tekce saq elle yumaliyiq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üzə suyu iki əllə vurmaq caizdir.
Sual: Sualı ünvanladı Məryem: Salam bıze bankdan kart verıbler ıcınde pul var ama pul cıxartsaq ustundr pul odemelıyık bu kartın hokmu nedır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zərurət olarsa onda olar. Əks təqdirdə olmaz.
Sual: Sualı ünvanladı Anar: Salam men rasiyada yasayiram üstüne halal yazilan kalbasa alib yeye bilerem?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Əgər bu halal sözü sizdə bu şeyin halallığına inam və arxayınlıq yaradarsa onda olar.
Sual: Sualı ünvanladı Aşiqi Zəhra: Salam aleykum..İlk öncə sizə belə bir şərait yaratdığınıza görə dərin minnətdarlığımızı bildiririk..Sualım isə belədir: İnsan pul müqabilində Quran oxuya bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, bilər.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Sidiyini saxlaya bilməyən şəxs namaz vaxdı özünə bir parça qoyur ki dəstnamaz və ya namaz vaxdı paltarı nəcis olmasın. Bəs o parçanı hər namaz vaxdı dəyişməlidir? Çünki gün ərzində ondan sidik gəlir hərdəm. O dərəcə də deyil ki alt paltarına sirayət etsin.Sadəcə o parça az şəkildə sidik olur.Mükəlləfin vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hər namazda həmin əski dəyişilməlidir.
Sual: Sualı ünvanladı Asim: İnsanları güldürmək, və ya bir milləti digərindən üstün qələmə vermək niyyəti ilə millətlər (türk,fars,rus,gürcü,talış,ləzgi və s )haqqında müxtəlif lətifələr hazırlayıb danışırlar.Bunların əksəriyyətinin kökü yoxdur,uydurmadır. Şəri baxımdan bu işin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri baxımdan uydurma bəyənilmir. Həmçinin bir millət barəsində bütünlüklə (yəni deyəsən ki, ərərblər belədir, ya farslar belədir ya türklər belədir) bir sözü demək düzgün deyil.
Sual: Sualı ünvanladı Malik: Bu sualın cavabında bir məsələni daha aydın şəkildə yazmağınız xahiş olunur. Sual: Sualı ünvanladı Malik: Qezza,Felestin,Qarabag ve bu kimi yerlerde kutlevi sekilde insanlar oldurulur,bombardman edilir.Bu kimi yerlerde olenler cengde olmus kimidueler? Onlara qusl vermeliyik? Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhidlik üçün lazım olan şərtlərə malik olan istənilən şəxs müharibə meydanında dünyadan köçərsə ona qüsl lazım deyil QEYD: Cavabda deyilən "Şəhidlik üçün lazım olab şərtlərə malik olan" Şəhidlik üçün lazım olan şərtlər nələrdir?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana: Məsum İmamın və ya onun naibinin əmri, icazəsi ilə döyüşə gedilməlidir. Bu cihada aiddir.



Amma müsəlman ölkəsindən müdafiə olduqda əmrə ehtiyac yoxdur. Cəbhədə ölənlər şəhid hesabındadır və onlara qüsl vermək lazım deyil.
Sual: Sualı ünvanladı Şəhriyar: Salam Aleykum. Ayetullah Vehid Xorasaninin muqellidiyem. 2 sualim var: 1) Bankda maliyye sobesinde islemek olar ? (kredit sobesi deyil) 2) Bank olmayan kredit teskilatinda islemek olar?(meselen risklerin idare edilmesi departamentinde)
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: 1-Bəli, olar.

2-Bank olmayan kredit təşkilatı verdiyi kreditləri İslam qaydalarına uyğun verməzsə, onda olmaz. Əks təqdirdə olar.
Sual: Sualı ünvanladı Elmar: Əgər müstəhəb namazda səhv etsək səcdəyi səhv etmək lazımdır?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, səcdei-səhv lazım olan yerlərdə, müstəhəb namazla vacib namazın arasında fərq yoxdur.
Sual: Sualı ünvanladı Rəna: Salam əleyküm. Sistani ağaya görə kola içkisinin hökmü nədir? Tərkibində haram bir şey yoxdur amma deyilənlərə görə koladan qazanılan pulla sionistlərə yardım edilir. Ağaya görə bunun dəqiq hökmünü bilmək istərdim.. çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bu yolla sionistlərə yardım olunmasında yəqinə çatsaz onda olmaz. Əks halda olar.
Sual: Sualı ünvanladı Mustafa İslam: Allahın salamı olsun siz möhtərəmə. İnternet saytlarında məlumat yayılıb ki, guya Məkarim ağanın dəftərxanası whatsapp vasitəsi ilə Azərbaycanlıların şəri suallarına cavab verir. Məkarim ağanın dəftərxanası bu haqda məlumat yaysaydı əmin olardıq bunun səhihliyinə. Biz o whatsapa etibar edib şəri suallarımıza verilən cavaba əməl edə bilərik? Xahiş edirik araşdırıb bizə yazın. QEYD:Bu da məlumatın mənbəsi: http://www.islamazeri.az/ay%C9%99tullah_m%C9%99karim_%C5%9Firazi_whatsapp_la_suallar%C4%B1_cavabland%C4%B1racaq-63065-haber.html
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Ağanın smslə sualları cavablandırma xidməti mövcuddur. Amma bu şeyin ölkə xaricinə olması və yaxut WhatsAppla cavablandırmanın mövcudluğu barəsində məlumatımız yoxdur.



Sayt tərəfindən: Dəftərxana bu şeyi dəqiqləşdirmək üçün bizə telefon nömrəsi verdi. Əlaqə saxlasaq da zəngimiz alınmadı.
Sual: Sualı ünvanladı Məryəm: salam onceden tewekkur edirem.meselen men bilirem ki men o insandan halalliq ala bilecem ona gore onu nezere alib ondan xebersiz nese ede bilerem eminem ki halalliq verecek cox sag olun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər əminliyiniz qətidirsə, tam yəqindəsizsə və yəqininizin əksi olmayacaqsa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Habil: Salam , Yeyinti mehsullarinin terkibinde emiqulyatorlar olur.bu emiqulyatorlarin alinma yolu esasen iki cur olur.heyvan menseli ve bitki menseli eger her hansisa bir mehsulun terkibinde heyvan menseli emiqulyator varsa ve bu mehsul qeyri muselman olkede hazirlanirsa bu mehsulu yemek haramdir? Ve bezi emiqulyatorlarda varki meselen E476 bu emiqulyator hem bitki menseli hemde heyvan menseli ola biler ,ikisinnen biridir bu zaman hemin mehsulu yemek olar? Yeniki emin deyilemki bu bitki menselidir yoxsa heyvan menseli ehtiyat edib yememeliyem?ya yemek caizdir bele mehsulu? Evvelceden tessekkurler
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ət məhsullarından hazırlanan uyğun şeylərdən istifadə etmək üçün həmin ətin halal ətli heyvandan olmasına və şəri qaydaya uyğun "zibh" olmasına (başının kəsilməsinə) yəqin əldə etməlisiniz.
Sual: Sualı ünvanladı Malik: Sistani ağanın fətvasına əsasən həddi buluğ olmayan şəxs təqlid edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər yaxşını pisdən ayırırsa, əqli kəsirsə bəli edə bilər.
Sual: Sualı ünvanladı Daşqın: Ümumi ayaq yollarında şlang ( شلنگ) ( və ya onu əvəz edən başqa bir şey) bəzən yerə düşür.Ona qəlil su ilə üç dəfə su çəkib yerinə qoyuram.Özüm başqa vaxt təkrar ora girdikdə ürəyimə gəlir ki, görəsən bu yenə yerə düşüb? Düşübsə paklanıbmı? Mən ondan istifadə etdikdə əlim nıcis olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir əliniz nəcis olmur. Murdarlığı sizə sübut olmayan şey pak hökmündədir.
Sual: Sualı ünvanladı Tural: Ayaqqabı nəcis olur.Ayaqqabının alt hissəsi biraz hündür ki olur o hissə yol gedərkən yerə dəymir.Onu necə paklayaq? Həmçinin qadınların geydiyi hündür daban ayaqqabıda.Əgər o hündür dabanla qumda və ya yumşaq torpaqda yol getsə ayaqqabınln o hissəsi pak olur? Bəzi insanlarda ayaq altı biraz hündür olur.Bəs onun hökmü necədir? Xahiş edirəm bunların hökmünü qeyd edin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yerə dəyən hissə paklanır. Qum ya torpaq olsa da mümkündür. Dəyməyən hissə nəcis qalır. Bunu paklamaq öz işinizdir. Suya çəkə bilərsiz.
Sual: Sualı ünvanladı Hadi: Bir ağac nəcis kanalzasiyanın yanındadır.Nəcasətin buxarı, və ya nəcisin özü altına axır.O ağac da nəcis suyu özünə çəkir,meyvə yetişir.O ağacı necə pak edək? Birdə o meyvə nəcis suyu ilə böyüyüb,yetişib o meyvə pak hökmündədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Meyvə pakdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı