www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Şahin: Bir nəfər bilir ki namaz və oruc ona vacibdir. Amma qılmır.Böyük oğula bu halda da vacibdir ki atasının qəzasını qılsın? Birdə zəhmət olmasa Sistani ağanın ananın qəza namaz və oruc haqda nəzərini yazın.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qəsdən qılmırsa onda vacib deyil. Qəsdən olmasa qılmalıdır.
Sual: Sualı ünvanladı Hilal: Fiqh kitabında oxuduq ki, bir insan əgər öz ixtiyarı ilə bihuş olmasa və namazı qəza olsa qəzası ona vacib deyil.Sualım budur ki, bir insana əməliyyat olunmaü üçün iynə vəya dərman verirlər.bu iş namaz vaxtında olsa,daha sonra qəzası buba vacibdir? Çünki bu iş insanın ixtiyarı ilə baş verir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namaz vaxtında tam bihuş qalarsa onda vacib deyil.
Sual: Sualı ünvanbladı Adil: İnsan naçar qalsa dırnaqlarının üstünə səcdə edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naçar qaldıqda əlin üstünə və ya elə yerin özünə (yəni xalçanın üstünə) səcdə edə bilər.
Sual: Sualı ünvanladı Zaur: Salamun aleykum. Qadin eqdde kishiye shert qoya bilermi ki, kishi ondan icazesiz bashqa qadinla daimi ve ya muveqqeti eqd ede bilmez? Bu shert sehih sayilirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu şərtin əqdə bir aidiyyatı yoxdur. Bu şərti qoysa, bu adi şərtlər sırasındadır. Məsələn şərt qoyur ki, filan işi etməyəcəksən. Yəni əqdə dəxli olmayan bir şeydir və kişi o şərti ayaq altına alıb müvəqqəti nikah bağlasa daimi nikahı pozulmaz. İlk xanımı onun ixtiyarında və kəbinində qalar.



Sayt tərəfindən: Bir əlavə edək ki, Allahın halal buyurduğlarını hansı şərtlərləsə qadağan etmək möminə xanıma yaraşmaz. Bu imanda olan problemdir ki, Qiyamət günü ciddi sorğusu olacaq.
Sual: Sualı ünvanladı Şahin: Bir nəfər bilir ki namaz və oruc ona vacibdir. Amma qılmır.Böyük oğula bu halda da vacibdir ki atasının qəzasını qılsın? Birdə zəhmət olmasa Sistani ağanın ananın qəza namaz və oruc haqda nəzərini yazın.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bilərəkdən və qəsdən namazı tərk edibsə onda qılmaya bilər.



Ananın qəza namazları böyük oğula vacib deyil.
Sual: Sualı ünvanladı Aqil Cabbarov: Biz fitrə pulunu el yolunun təmirinə istifadə etmişik.Əvvəllər də belə olub. Deyilənə görə bu düzgün deyil.Xahiş edirəm izah verin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu yerə xərclənməsi icazəlidir, düzgündür.



Sayt tərəfindən: Amma ətrafınızda ac insanlar olarsa çalışın bundan sonra belə işlərin əvəzinə onların qarnın doyurun. Həmçinin bilin ki, hər iki yerə xərcləmək düzgündür. Sadəcə ac qarına xərcləmək Allahın istəyinə daha yaxındır.
Sual: Sualı ünvanladı Emil: Salam aleykum Aşura mərasimində sinə vurmaq,zəncir vurmaq, baş çərmək kimi əzadarıqa Allah nə dərəcə savab yazar? Və qan çıxarsa məclisimiz batil olmaz?
Cavab: Salam.



Sayt tərəfindən: Bu sual günümüzdə ixtilaf yaratdığı üçün cavablandırılmır.
Sual: Sualı ünvanladı Mustafa İslam: Sual: Sualı ünvanladı Mustafa İslam: Salamun əleykum. Ayətullah Sistaninin vilayəti-fəqih barədə nəzəri necədir? Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi? Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu məsələ barəsində Sistani ağanın təlif etdiyi əsərlərə müraciət edin. Sual: Qardaş biz sadəcə sualımızın cavabını istəyirik. Narahat edirəmsə bağışla.
Cavab: Salam.



Sayt tərəfindən: Əziz və dəyərli qardaşımız, bizi üzrlü say. Biz cavab almağa şalışırıq. Amma cavab böyük idi deyə dəftərxanadan belə məsləhət gördülər. Sizi incitdikdə siz bizi əfv edin.
Sual: Sualı ünvanladı Faiq: Bir ərazi vaxti ilə restoran olub. Orda haram içkilər, verilib.İndi isə o binanı ediblər məscid. Bunun şəri cəhətdən işğalı var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, yoxdur. Pak olsun yetər.
Sual: Bu sual risalə ilə düz gəlmədi. Sual: Salam aleykum. Sistani ağanı təqlid edirəm. 1. Sübh, zöhr və əsr namazlarının nafilələrini azandan qabaq qılmaq olar? Olarsa, hansı günlər? 2. Qürubdan məğrib azanına qədər zöhr və əsr namazları hansı niyyətlə qılınır? Qəza niyyəti ilə? Sualım budur ki axı bəzi nafilələr namazdan əvvəl olub. Lütf edib aydınlaşdırın.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sübh namazının nafiləsi namazdan əvvəl, zöhr və əsr isə azan və namazdan sonra. Burda azanla namaz fərqləri çox açıqlanmadığı üçün ola bilsin qaranlıq qalıb.



Sayt tərəfindən: Biz daha ətraflı cavab almaq imkanına malik deyilik. İmkanlarımız məhduddur. Ona görə üzr istəyirik. Əlavə olaraq xahiş edirik ki, risalədən əldə etmək imkanı olan cavabların sualını bizə ünvanlamayın.
Sual: Sualı ünvanladı Fərid: 27 yaşım var. Amma bilmirəm nə qədər qəzam var. Bəzi illərdə elə olub ki, il ərzində fəqət orucluqda qılmışam. Bəzi illərdə isə təxminən bir ay qılmamışam. Xahiş edirəm deyin mənə mən cəmi neçə il qəza qılmalıyam ki şəri cəhətdən vəzifəmə əməl etmiş olum.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təqribi hesablayın, ən çoxla ən azın arasında ən az qədərini yerinə yetirin.
Sual: Sualı ünvanladı Adil: Salamun aleykum. Men eger illik gelirimden elave 500 manat artiq qalib ve onun bewde birini yeeni 100 manatini Xumse ayiriram.qalir halal pulum 400 manat,birde gelen il ise menim artiq 400 manatim qalib bununda xumsunu ayirmaliyam?ayirsamda axi kechen ilden 400 manat xumsu ayrilmiw halal pulum idi? Evvelceden tewekkur edirem.
Cavab: Salam. Bu suala cavab verildi.
Sual: Sualı ünvanladı Şahin: salam aleykum men sistani aqiya teqlid edrem ,sualm buduki birnefer tufengle quw vurub ve o atew acmazdan qabaq Bismillah demek lazm olduqu hokmu bilmrse ,o quwu yemey olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu sualı mərkəzi sayta yazın. Bizdə bu barədə ağanın nəzəri yoxdur.
Sual: Sualı ünvanladı Qaqa: Assalamunalaykum sualim Ayatullah xamneiedi ayaq usta bovl etmayin hokmu nadir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş haram deyil, amma bəyənilmir.
Sual: Sualı ünvanladı Vüsal: Salam.Mənim yaşayış evimdən əlavə hər yay ailəm ilə istirahət etdiyim bağ evim var. Bu evə xums düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər xümsü verilməyibsə xüms düşür. Amma bu şərtlə ki, yaşayışınız üçün lazımlı olmasın. Əgər yaşayışınıza lazımlıdırsa, onda xümsü yoxdur.
Sual: Sualı ünvanladı Əliəkbər: Salam sualim beledir ...bir qadin òz heyat yoldawindan xebersiz namehrem bir oglanla mesajlawma yolu ile daniwsa harama duwermi? Belekii onlarin daniwigi hec bir halda wehvete gunaha yol acmasin gùndelik meiwet sòhbetleri ve oynadiglari oyun haqinda daniwsinlar bele bir halda qadin harama duwurmu? Yeniden qeyd ediremki heyat yoldawinin xeberi yokdur...
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olmaz, günahdır.
Sual: Sualı ünvanladı Musa: Eger heddi buluga catmaya iki nefer camaat namazinin evvel cergesinde dursalar ancaq onlardan camaat namazina qoşulan şəxslərin namazlarinin hökmü nədir? Yəni bir nefer birinci sefin axirinda durub bunun boyrundede iki nefer heddi buluga catmayan uşaq durub rehberin defterinden oyrensez yaxşı olar. Sistani və rəhbərin fətvası.
Cavab: Salam. Ayətullah-Xamenei-dəftərxana: Dediyiniz kimi iki uşaqın durmağı batil etməz. İki uşaq həddi keçib batilə aparan qədər yer tutmur.



Sayt tərəfindən: Bu hökm yalnız bu suala aiddir. Çünki burda iki uşağın tuta biləcəyi məsafə var. Ola bilsin ki, üç uşaq olduqda namazlar batil olsun.
Sual: Sualı ünvanladı Nazim: Bir bir müəssədə məsulam.Orda bəzən olur ki şəxsi əşyalar və ya pul qalır. Mən də onları vəzifəmə əməl edərək götürüb bir kənara qoyuram. Bir iki gün keçsə də götürən olmur.Mən də onları, bizə ümumi məsul olan şəxsə verirəm. Mənim bu işdə günahım var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Tale: Bir dini müəssədə paltarları yumaq üçün paraşok qoyulur. Bir nəfər paltarını yumaq üçün getdiyində orda paraşok tapmadığından dostundan borca paraşok alır. O daha sonra həmin paraşok ki, ümumi tələbələr üçün nəzərdə turulub ondan götürüb dostunun borcunu qaytara bilərmi?
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma bir iki kəlmədə bunu deyə bilərik ki, bu şeyi həmin dini müəssənin məsulu ilə həll etsin.
Sual: Sualı ünvanladı Şahin: Pişnamaz namaz qıldığı an oxuduğu sürəni unutsa, arxadan bir nəfər həmin sürəni təkrarlasa, pişnamazda təkrarlasa və beləliklə sürəni axıracan bu qaydada oxusa namaz səhihdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, səhihdir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı