www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Afət: salam aleykum.size sualim budurki,hansisa hedisde peygember e.s.hedis varmidirmi ki,qadinlara qas almaq haramdir.qiyamet gunu qan irin axacaq her tukun yerinden.sehih hedis varmi.onceden cox tesekkur edirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qaş alınması öz-özlüyündə icazəlidir. Amma əgər bir qadın bu işi elə bir tərzdə görsə ki, kimisə təhrik edəcəyini bilsə, onda, bu iş olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam Aleykum.Hec bir maddi ve menevi maraq olmadan nerd damino oynamaq halaldi?Yasadiqimiz erazide bu ve ya diger oyunlari maddi ve menevi maraq olmadan oynayarlarsa haram deyil deye camaat ele fikirlesir ve bu oyunlari pulla oynayanlar da var minim yasadiqim yerde pulsuz da oynayanlar da var.Bele bir veziyyetde hokm nadir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Meyar budur ki, hər hansı biri qumar aləti kimi tanınsa onu oynamaq olmaz. Tanınıb tanınmamasını siz özünüz ürfə baxıb təyin etməlisiz.
Sual: Sualı ünvanladı Ramin: Əssalamun aleykum . Mən bakıda yaşayıram şəhərin çıxışlarını necə təyin edə bilərəm.Ümumiyyətlə şəhərin çıxacağı necə təyin olunur? Bakıda şəhərin çıxışları var o çıxışlar dövlət tərəfindən təyinağğ edilib bu düzgündür ya yox? Əvvəlcədən təşəkkürümü bildirirəm Allah razı olsun.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Dövlət tərəfindən təyin edilməsi ilə ölçülmür. Şəhərin sonunu təyin etmək üçün meyar, şəhərin sonuncu yaşayış evləridir.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum ve rehmetullahi ve berekatuh. 1. Qadin hicaba kamil suretde riayet etmese meselen cenesinin alti aciq olsa, tuklerinnen bezisi goruse, secdiye gederken bilekden ve topuqdan biraz yuxari gorunse namaz batildirmi? 2. Niyyetde qurbeten illallah demek namazi batil edirmi? Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1.Əgər naməhrəm bu sadalananları görərsə namazı batil olar. Naməhrəm görməzsə, onda batil olmaz, amma bu işi tərk edib, Allah qarşısında hicaba kamil surətdə riayət etsin.



2.Qəlbində bu şey olsa yetər. Yəni dildə demək vacib deyil.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum. 1. Bezicayxanalda spirtli ickideverilir hemin cayxanalardaoturmaq olarmi? 2. Menharam olmuyan ise gore qurana el basib and icmisem ki bu iwi gormuyecem eyer o isi gorsen gunahdirmi ve ustume keffare gelirmi? Allah sizlerden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1.Orda oturmanız onları təsdiqləmək kimi görünərsə, bu iş olmaz.



2.Bu anda görə kəffarə yoxdur, itiğfar edin yetər.
Sual: Sualı ünvanladı Anar: Salam.dostumun burnunun ortasi dikdir onu plastik emeliyat etdire biler?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş haram deyil, caizdir.
Sual: Sualı ünvanladı Anar: Salam.dostumun burnunun ortasi dikdir onu plastik emeliyat etdire biler?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Caizdir!
Sual: Sualı ünvanladı Anar: Salam.sir deyilse aqa bir neçe saniyeye olduqu yerden bawqa ölkeye sefer edir bele ewitmiwem düzdür?tewekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn və əfv edin.
Sual: Sualı ünvanladı Anar: Salam.bilirem her gün gözeldir bilmek isteyirem ki toy neçenci günü etmek yaxsidir bu ziyafet üçün feziletli gün hansi gün sayilir?tewekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Lakin iki kəlmədə bunu deyə bilərik ki, mübarək günlərə salın. Əhli-beytin (ə) təvəllüdlərindən birinə.
Sual: Sualı ünvanladı Anar: Salam.boqazin altin ülgücle teraw etmek olar yalmiz boqazin altin oqaza batir dostum bele deyir düzgünün siz deyin?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O həddə olmasın ki, baxanlar desin: "Saqqalını qırxıb."
Sual: Sualı ünvanladı İlkin: Salam aleykum.her vaxdiniz xeyir.telefon magazam var orda kreditle telefon satmam caizdi?texminen 6aycun 30faiz pul gelirem meblegin uzerine.bank kreditinden baha dusur.bu is caizdir??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Caizdir!
Sual: Sualı ünvanladı Anar: Salam.salavat deyende eli üze cekmek vacibdir ? Tewekùl
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, vacib deyil. Edib-etməmənizin fərqi yoxdur.
Sual: Sualı ünvanladı Şahin: llahin Salamı olsun Ali rəhbərimizə və sizlərə. Mənim qəza oruclarim var, Rəcəb vəya Şaban aylarında məxsusi günlərin müstəhəb oruclarını hansı niyyətlə tutmalıyam? ALLAH razı olsun sizlərdən
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sizə müstəhəb oruc tutmaq olmaz, orucunuz batil hesablanır. Siz öz qəzalarınızı tutun.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum. 1. Kisiye qisaqol geymek olarmi. 2. Kisi ayagi aciq gezmek olarmi. Allah sizden razi olsun. Namaz, dualaranizda bizlerede dua eliyin ehtiyacimiz var!
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Həm qolı qısa köynək geymək olar və həm də ayağı açıq gəzmək olar.



Sizlərdə bizə dua edin, lütfən!
Sual: Salam.cavablar gelmir nedendir?tewekül
Cavab: Salam. Bütün suallara cavab verildi. Aşağıdakı cavablara nəzər salın.
Sual: Sualı ünvanladı Zeynəb: Sistani Agama salam olsun. Allah sizi qorusun. Atamin is yerinde maasi 1 ve 1 nece ay gecikdirirler. Zeruretden bizim eve mutemadi olaraq haram tike girir. Men bundan cox narahatam. Eve 1 nefer qazanc getirir, basqa isleyenimiz yoxdu. Calisiram az miqdarda yemek yeyem. Amma bu muddet erzinde az qidalanmaqla elaqedar sehhetimde ciddi olmasa da, problemler yaranib. Tezyiqim dusur, basgicellenme, halsizliq olur, is qabiliyetim minimuma enir. Valideynlerim bundan narahatdi. Sualim belediki, yediyim yemek ibadetimi batil edir? Sehhetimin duzelmesi ucun qidami artira bilerem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz o yeməklərdən doyunca meyl edin və heç bir problem yoxdur. Əgər sizin evə oğurlanmış çörək gələrsə, o halda problem yaranar. Amma sizin evə gələn oğurlanmış çörək deyil. Yəni haram yolla gələn puldursa, sonra o pulla alınan çörəyi yeməyin problemi yoxdur. Problemli olan o işin özüdür, yəni, sonra o işlə ələ gələn puldan alınan yeməkdən doyunca yemək caizdir.
Sual: Sualı ünvanladı Anar: Salam.deyirler uruf tutur el arasinda baxirlar bu düzdü bele sey var ne derecede düzdür?tewekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil, üzrlü sayn və əfv edin.
Sual: Sualı ünvanladı Anar: Salam.sacin tökülen yerine tük ekdirmek olar?minetdaram
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, tük əkdirmək caizdir.
Sual: Sualı ünvanladı Məşədi Elmir: Əssəlamu ələykum! Bildiyiniz kimi Azərbaycanda toyların demək olar ki, əksəriyyəti içkili, haram musiqilər, avropadan gəlmə adət və üsullarla keçirilir. Belə toylara bizi də qohumlar, iş yoldaşları və sairə dəvət edirlər. Bizim yəni namaz qılanlar, Sizin müqəllidləriniz belə toylarda iştirak etməsi nə dərəcədə düzgündür? Belə toylarda iştirak etmək olarmı? Xahiş edirəm bütün müctəhidlərin fikrini yazardınız!
Cavab: Salam. Ayətullah Sistani, Ayətullah Xamenei, Ayətullah (mərhum) Fazil Lənkərani, Ayətullah Məkarim: Belə məclislərdə iştirak etmək haramdır, olmaz.
Sual: Sualı ünvanladı İlkin: Salam aleykum her vaxdiniz xeyir olsun...sualim buduki her pisnamaza iqtida etmek olar??bu haqda Xamenei aganinda nezerin yazarsiz xais edirem.tesekkurler,Allah razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hər pişnamaza iqtida etmək olmaz. Gərək insan ələ gətirsin ki, bu şəxs adildir, yəni ədalətlidir. Bunu ələ gətirmək yollarından da biri həmin pişnamaza möminlərin iqtida etməsidir. Məsələn siz bir məhəllədən keçirsiz, təsadüfən, namaz vaxtı elə məscidə getdiz ki, heçkimi tanımırsız. Belə yerdə görsəniz ki, həmin məntəqənin möminləri bir nəfərə iqtida edir, onda sizdə həmin pişnamazı ədalətli qəbul edib iqtida edə bilərsiz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı