www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam ağa.sizə canım qurban bir xahişim var zəhmət olmasa mənim sualıma cavab verəsiniz mənim yoldaşım içki düşkünüdü üzür istəyirəm iki evladım və mən namaz qılırıq bir otaqlı evim var birdən diksinirəm evdən elə bilirəmki namaz qaldıqım yer temiz deyil ürəyim partlayır amma yenədə qılıram mənim namaz qıldıqımız namaz ve oruç qebul olur? Birdən mən imkansızam mənə yaxınlarım günahkar kimi davranır ki mənim duaların qəbul olmur ona göre əziyyət yoxsulçuluq çəkirəm bəziləri mənə küsülü kimi davranır deyirlərki sən heçnə arzulama heç biri olmur bir müdət özümə qapandım. Amma ALLAHA ve Ehlibeytə sevgim hədsizdir yəni mən günahkaram deyin belə yoxsulçuluq əziyyət çəkirəm qurban olum ağa mənə cavab verin
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Üzüm şərabından (çaxırından) distillə üsulu ilə alınan spirtdən başqa spirtin bütün növləri pakdır. Həmçinin araq da pakdır. Bundan əlavə, müəyyən bir yerin nəcis olmasına elminiz yoxdursa həmin yer pak hökmündədir.

İkinci sualınız şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam sualım budur qaynaq kiprik etdirmək olar ? Desdamaz sayılır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Kiprik qaynağı suyun insanın öz kipriklərinə çatmasına mane olursa dəstəmaz səhih deyil.

Təşəkkürlər.
Sual: Salam. Men namaz qiliram ve sevgilim var. Müveqqeti kebn etmek ucun qizin atasinin halalligi olmalidir. Lakin atasi bilmir heleki bu meseleni. Men onla el ele tutmaq ucun ne etmeliyem? Ve eger muveqqeti kebn etmek ucun dul bir qadin yoxdursa heyatimda ve ya ele bir adam tapmaq cetindirse men ne etmeliyem? Aylarnan ve ya uzun muddet ehtiyacimi odemeden qalmaliyam yoxsa hansisa bir yolu var?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bakirə xanımla istər müvəqqəti istər daimi nikah bağlamaq üçün atasının və ya ata tərəfdən babasının icazəsi olmalıdır. Əks halda vacib ehtiyata əsasən nikah batildir və onunla əl-ələ tutmaq və s. haramdır. Və əgər daimi və ya müvəqqəti nikah üçün şərait yoxdursa namaz qılmaq, oruc tutmaq və dua edib Allaha sığınmaqla günahdan uzaqlaşmaq lazımdır.

Təşəkkürlər.
Sual: İte el surtmek desdemazi pozur ya yox
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

İtə əl vurmaq dəstəmazı batil etmir. Lakin ona toxunan şəxsin əli və ya itin bədəni yaş olarsa əli nəcis olur.

Təşəkkürlər.
Sual: Salam,bilmək istərdim dayı oğlunun 16, bibi qızının 11 yaşı var,onun yanında hicabsız gəzmək caizdirmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Caiz deyil.

Təşəkkürlər.
Sual: Salam. Boynunda cənabət qüslu olaraq cənabət qüslu əvəzinə təyənnüm edikdən sonram namazı qıdıqdan sonram su tapıldıqda cənabət qüslu edib o qilınan namazı yenidən qılmaq vacibdır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər vaxt çıxmadan əvvəl suyun tapılacağını bildiyi halda təyəmmüm edib qılmışdısa gərək qüsl edib yenidən qılsın. Amma suyun tapılacağını bilmirdisə təyəmmümlə qıldığı namazı səhihdir və su tapılandan sonra yenidən qılmağa ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Əssəlamu Aleykum necəsiniz? Əvvəlcədən təşəkkür edirəm və Allah razı olsun. Ayətullah Xamenei ağanın məhərrəmlik məclislərində baş yarmağ və qəmə vurmağa münasibəti necədir? İn şə Allah cavablandırarsız sual şər’i olmasa da.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qəmə vurub baş yarmaq icazəli deyil.

Təşəkkürlər.
Sual: QEZA NAMAZLARMIZI NECE HESABLAYAQ? SADE YOLLA DEYERSIZ ZEHMET OLMASA
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Yadınızda olan az miqdarı yerinə yetirsəniz kifayətdir. Məsələn, 10 gün yoxsa 12 günün qəza namazı arasında şəkk edirsizsə 10 günün qəza namazlarını qılsanız kifayətdir.

Təşəkkürlər.
Sual: Sevdiyin bir naməhərm qadınla telefondan əlaqə saxlamağın hökmü nədir
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər günaha düşmək qorxusu varsa (istər hal-hazırda istərsə də tədricən) icazəli deyil. Məsələn, yalnız ər-arvad arasında danışılan sözlər danışsalar və ya bir-birinin səsinə ləzzət qəsdi ilə qulaq assalar icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Aleykum və Rəhmətullah. Namazda şeytanın vəsvəsələrindən qorunmaq üçün nə edə bilərəm?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər məqsədiniz çox şəkk etməkdirsə vəzifəniz budur ki, şəkkinizə etina etməyəsiz və həmişə əməlinizin düzgün olmasını qəbul etməlisiz.

Təşəkkürlər.
Sual: Salam Aga.Bir cavan uşaq namaz qilir,oruc tutur,Quran oxuyur. Atasi ona deyir ki namaz qilma,bir sözlə ibadət eləmə,övladini quran oxuyarkan görəndə əsəbləşir. Eyni sözü həyat yoldaşında deyir Belə bir halda Həyat yoldaşı və övladi nə etməlidir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xanım və övladı gərək ibadətlərini yerinə yetirsinlər və kimsənin onların ibadətlərinə mane olmaq haqqı yoxdur.

Təşəkkürlər.
Sual: Salam qızlarda həddi buluğ yaşı hicri qəməri ilə hesablanır ya adi qaydada
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Hicri-qəməri təqvimi ilə hesablanmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Sualima gorə qabaqcadan uzir isdiyirəm İkidəfə doqulmamis usaqim inkisafdan qalib deyə 5_6 ay hamilə qalmaqa icazə yoxdu İsbiral qoydurmusam Və 6 gun normal aybasi gorub 4_5 gun pak olub təzdən aybasina oxsar adət gordum İsdiazə vəya aybasi olduqna necə qərar verə bilərəm Qabaqcadan təsəkkurlər
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İki heyz arasında ən az 10 gün fasilə olmalıdır. Əgər birinci heyz tamam olandan sonra 10 gün keçməmiş qan gələrsə əgər yara qanıdırsa heç bir qüsla ehtiyac yoxdur. Sadəcə bədəni və libası paklayıb dəstəmazla namaz qılmaq lazımdır. Amma yara qanı deyilsə istihazə hökmündədir.

Təşəkkürlər.
Sual: Salam azan vermek vacibdir? Pişiyin sidiyi mirdaldir? Evde yer mirdal olubsa su ile təmizləyə bilmirem yerliyi qasatdiranda yeni pulları onda mirdalligi gedir? Xaiş cvb verərdiz təşəkkürlər .
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Pişiyin sidiyi nəcisdir və dəydiyi yeri yalnız su ilə paklamaq mümkündür.

Təşəkkürlər.
Sual: Salam ...diyirlerki imam Huseynin Kerbela hadisesini hetta HzNuh da bilirde bu nece olurki indiden kiminse cehennemlik olmasi ortaya cixir,,,birdeki eyerki Allah buyurub Qurani insanlara tutaxki hami riaet edir duzgun yasayirlar bes onda nece olardi heyat bes imtahan??? En esasi bu sualdi ,,,eyerki imam zaman aga gelib dunyani edaletli edecek bes Allah Quranda camaati duzgun yola cagirir he ?hamida duzgun yolla emel edir onda niye lazim kimse gelib xilas etsin belke ele yaxwi olacaq hami Momin olacaq hec imam Zaman agaya ehtiyac olmuyaq...,,,...zehmet olmada cavablandirardizki sek subheler bizden uzaq olsun 14mesuma xatir
Cavab: Aleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Nərə balığı haramdır?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər balığın pulcuqları varsa halaldır. Əks halda haramdır.

Təşəkkürlər.
Sual: Salam, tökülmüş saçların yerinə saç əkdirməyin hökmü nədir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər əkilən saçlar insanın öz saçı kimi inkişaf edirsə maneəsi yoxdur. Amma yapışdırıcı maddə ilə yapışdırılarsa dəstəmaz və qüsla mane olduğu üçün icazəli deyil.

Təşəkkürlər
Sual: Salam aleykum uzr isteyirem cinsi isteyi artiran derman qebul etmek haramdir?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Öz-özlüyündə haram deyil.

Təşəkkürlər.
Sual: Salam mən bilmək isdeyirem ki mən ailə qurmaqdan öncə Xamineyi ağaya təqlid edirdim ailə qurduqdan sonra yoldaşım Sistani ağaya təqlid edir mende deyismeliyem mucdehidmi? Təşəkkürlər. İkinci sualından budur qarşıda Ramazan ayı gəlir mən qan artırıcı əsəb sakitləşdirici qəbul edə bilərəm indi zəifliyə görə? Təşəkkürlər.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər təqlid etdiyiniz müctehidi digərlərindən daha elmli bilirsizsə təqlidinizi dəyişə bilməzsiniz.

2. Oruc tutmadığınız vaxtlarda dərman atmağın eybi yoxdur. Amma oruclu halda dərman atmaq orucu batil edir. Amma qidalandırıcı olmayan iynə vurmağın maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Bir kisi arvadinin talaqqin verib bosuyannan sonra onunla muveqqeti nigah baglaya bilermi? Eyer baglaya bilerse idde gizdemelidir yoxsa derhal talaqdan sonra müvəqqəti nikah ede biler?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Təlaq iddəsi tamam olmayıbsa müvəqqəti nikah bağlaya bilməzlər. İddə tamam olandan sonra müvəqqəti nikah bağlaya bilərlər. Lakin iddə tamam olmadan əvvəl kişi öz xanımına qayıda bilər və təlaqı batil edə bilər. Əgər belə edərsə yenidən daimi əqdinə geri qayıtmış olur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı