www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eldəniz: Salam.Usaq saldirmaq gunah olduqun bilirem yalniz asaqidaki istisna hallarda olar?1)hekimler diaqnoz qoyarlarsa ki usa dunyaya gelende ana heyatini itire biler3) hekimler diaqnoz qoyarlarsa ki usaq dunyaya gelende olumcul xestelikle doqularsa hansi ki usaq anadan olandan sonar xestelik onu oldurecek.Bunlari duz erz etdim?basqa hallar da var ve usaq nece ayliq olana qeder saldirmaq olar?
Cavab: Salam. Siz konkret öz halınızı yazın və biz cavab alaq. Bu cür ətrafl şərh almağa imkan yoxdur.
Sual: Sualı ünvanladı Elvin: Salam.HAqsizliq edenin qeybeti halal deyil deyirsiz hemcinin de gunah edenin qeybeti yalniz etdiyi gunahi askar ederse halaldi.Yeni etdiyi gunahi tek men bileremse qeybeti haramdi?Eger bir kesin etdiyi gunahi tek men biliremse ve bu gunahi basqasina demekle askara cixartsam nece qeybet sayilir?
Cavab: Salam. Bir kəsin gizli günahını aşkarlamaqla olduqca böyük günah etmisiz.
Sual: Sualı ünvanladı Ağalarov Elvin: Namaz ne vaxt qesr olur. Yawadigin yerden mueyyen mesafeye qeder uzaqlashanda ve ya yawadigin sheherin serheddinden mueyyen mesafeye qeder uzaqlashanda. Bu mesafe nece kilometr olmalidir.
Cavab: Ayətullah Məkarim-dəftərxana: Yaşadığın şəhərin sonuncu evi ilə getdiyiniz şəhərin birinci evi arasındakı məsafə 21,5 km olarsa, müsafir hökmündəsiz.
Sual: Sualı ünvanladı Hoseyn: salam qardas.Nie menim dualarim qebul olmur men ne edim buda qwlbimde Allaha inam olur men ne edima xi mene yol gosterin??????men ne istemisem Allah eskini veriri)::::::
Cavab: Salam. Sualınız mövzuya aid deyil. Amma bir kəlmə desək, bəzən istədiyimiz şey bizə zərərli olur deyə, Allah məsləhət bilmir.
Sual: Sualı ünvanladı Mahir: Sual: Sualı ünvanladı Mahir: Salam.Qeza namazlarini qisaldilmiw formada yeni mustehebleri demeden qilmaq olarmi?Meselen secde ve rukularda 1 defe subhanallah demek,3-cu ve 4-cu ruketlerde tesbihati-erbeeni 1 defe demek,salamlawmada yalniz sonuncu "Essalamu aleykum ve rehmetullahu ve berekatu" demek olarmi? Sistani Agaya teqlid edirem.Tewekkur edirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səcdə və rükuda sübhanəllah üç dəfə vacibdir. Qalanlarını isə öz yazdığınız kimi edə bilərsiz. Qunut da tutmaya bilərsiz.
Sual: Sualı ünvanladı Xanı: salam bilmey isterdim hansi toyuq broylerden istifade etmey olar.cox saq olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Azərbaycan müsəlman ölkəsidir və müsəlman ölkəsində bu şeylər barəsində araşdırmaya ehtiyac yoxdur. Yəni, halaldır.
Sual: Sualı ünvanladı Anar: Salam.nece.ilin.namaz.qezasi.olan.adam.hediye.namazi.qila.biler.qeza.namazi.olan.hansi.namazi.qila.biler.ve.hansi.namazi.qila.bilmez.xai$.edirem.etrafli.yazin.?.minnetdaram.teweküller.Allah.razi.olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, hədiyyə namazı qıla bilər. Bütün namazları qıla bilər.
Sual: Sualı ünvanladı Mahir: Sual: Sualı ünvanladı Mahir: Salam aleykum.oruc halda surmeden istifade etmek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sürmənin oruca maneçiliyi yoxdur. Amma zinət hesablanarsa naməhrəmdən örtülməlidir.
Sual: Sualı ünvanladı Mahir: Sual: Men agir fiziki isde isleyirem. ele bir isdirki, oruc tutmaq mumkun olmur. islemesem dolanisigim cetin olur.menim vezifem nedi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər başqa yol yoxsa, tabın itirirsə, zərurət həddində yeyə bilər və ya bu zərurət su içmək tələb etsə, zərurət həddində içə bilər. Günün qalan vaxtını ehtiyati-vacibə əsasən yeyib içməsin. Ramazandan sonra münasib vaxtda bu bir günün əvəzində bir gün qəza etsin. Qəza etməsi vacibdir.
Sual: Sualı ünvanladı Günel: salam menim suallarima cavab gelmedi,xais arvive baxin suallarima cavab yazin.usaq qorxan zaman yuxuda hansi duani ve ya ayeni oxumaq lazimdi?bext acan dua varmi?sag olun
Cavab: Salam. Xanım sizin sual saytın mövzusuna aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Mahir: Sual: Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki onu içməklə biz İslam düşmənlərinə yardım etmiş oluruq.Həmdə ki, tibbi baxımdan bunun bədənə ziyan olmasını açq-aşkar göstərən subutlar mövcuddur. Siz nə buyurursunuz içək ya yox? Cavab: Salam. Ayətullah Sistani ağanın dəftərxanası bu suala cavab verməkdən imtina etdi. Xahil edirik sualı təkrar Sistani ağaya ünvanlamayın. Başqa mərcei təqlidə ünvanlasaz, biz cavab alarıq. Niyə Sistani aga bu suala cavab vermədi? Mən bir müqəllid kimi təqlid etdiyim müctəhiddən öyrənmək istəyirəm ki mənim vəzifəm nədir və mən nəyə əməl etməliyəm? Biz Sistani ağanın suala cavab verməməsini “Coca-Cola içmək olmaz” kimi dəyərləndirdik.Biz düzgün qənaətə gəlmişik? Cavab şəxsidirsə emailimə göndərin zəhmət olmasa. Mən sadəcə öz şəri vəzifəmi bilmək istəyirəm. Bu qədər.
Cavab: Salam. Bizim əlimizdən bir şey gəlmir. Lütfən Sistani ağanın rəsmi saytına yazın.
Sual: Sualı ünvanladı Elmar: Salam.Seferde olan zaman oruc tutmaq olar.sefer muddetinin qabaqcadan nece gun olduqunu bildiyim halda nece etmeliyem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ən azı 10 gün qalacağınızı bilirsizsə, o zaman oruc tuta bilərsiz və namazlarınız qəsr olmur. Əks halda yəni 10 gündən az qalarsızsa namazlar qəsrdir və oruc tutmaq qəti surətdə olmaz.



Sayt tərəfindən, sizin halınız bu cavabdan başqa bir şeysə, yeni sualı ünvanlayın və biz cavab alaq.
Sual: Əgər 13 yaşındaikən yaxşı quran oxuağı bacarmramsa Ramazan bayramında qardaşım quran götürüb men de ona oxumağda köməy eləyirəm günahdırmı
Cavab: Salam. Sistani ağanın dəftərxanası ilə əlaqə alınmadı. Sualı təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Hacıyeva: Salam. Uzun müddət bir şəhərdə yaşayan bir kəs ata yurduna 10 gün müddətə getdikdə namazlarini tam qılmalıdir? Əyər düz qılmayıbsa həmin günlərin qəzasını qılmalıdır? Allah razı olsun.
Cavab: Salam. Sistani ağanın dəftərxanası ilə əlaqə alınmadı. Sualı təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Eldaroğlu: salam.men gunorta yatanda boynuma(yuxuda) cenabet qusulu geldi.indi menim orucum hemin gun batil oldumu?batil olubsa qezasiyla keffaresi de var? :( (orucu iftara qeder tutdum,sam azanindan sonra qusl aldim).tesekkurler.coxx sag olun!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Orucunuz səhihdir.



Sayt tərəfindən: Siz şam namazından əvvəl də yuyuna bilərdiz. Yəni cənabət qüslün iftardan sonraya saxlamağın bir mənası yoxdur. Elə yuxudan qalxan kimi də qüsl ala bilərdiz.
Sual: Suaı ünvanladı Zair: Eger Qurani Kərimi yaxşı oxuya bilmrəmsə Ramazan bayramında quran quran goturu tapsira bilərəm
Cavab: Salam. Sualınızı dəqiqləşdirin. Sizin səhviniz təcvid qadalarındadır? Yoxsa adi oxunuşda? İkinci dəfə sualı yazsaz, tam yazın.
Sual: Sualı ünvanladı Anar: Salam.salavatda.muhemmedin.demelisen.yoxsa.muhammed.namazda.muhammedin.deyirem.bawqa.vaxt.muhemmd.deyirem.olar.?.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hər ikisi düzdü.
Sual: Sualı ünvanladı Mahir: Məsələ 1389: Sütunun arxasında duran şəxs sağ və ya sol tərəfdən başqa bir məmumun (iqtida edənin) vasitəsilə imama bağlanarsa, iqtida edə bilməz. Mənbə: Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani "İzahlı şəriət məsələləri" kitabı, səh. 185. Çap ili: 2013, Bakı şəhəri. Sual: bu fətva həqiqətən Seyyid Əli Sistani ağaya məxsusdur? Əgər belədirsə məscidlərdə sutun arxasında qılınan qılınan cümə namazları batil olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sütunun arxasında dayanıb, sağda və ya solda olan məmum vasitəsi ilə imama qoşulmaqın işğalı yoxdur.



Sayt tərəfindən: Ola bilsin, tərcümə və ya çapda nəsə səhv gedib. İnsan mümkünül-xətadır.
Sual: Sualı ünvanladı Cabbar: salam.1) sefere cixanda 4 ruketlik namazlar 2 ruketlik qilinmalidir.bilmek isterdim ki hansi ruketleri ixtisara salib qilmaliyiq?qaydasini yazardiz zehmet olmasa.2) kecmis namazlarimda bilmiyib istimna etmisem.cenabet quslu almaq lazim oldugunu bilmemisem ve bu qayda ile orucu tutmusam.mene qeza ve keffaret dusurmu?etrafli yazardiz zehmet olmasa.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dörd rəkətli namazlar iki rəkətlə tamamlanır. Yəni üçüncü və dördüncü rəkətlər silinir. İkinci rəkətdə təşəhhüdü dediz ki, ardıyca salamı deyib namazı bitirin.



Qüsüllü halda etdiyiniz bütün ibadətləri təzələməlisiz.
Sual: Sualı ünvanladı Mahir: Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki onu içməklə biz İslam düşmənlərinə yardım etmiş oluruq.Həmdə ki, tibbi baxımdan bunun bədənə ziyan olmasını açq-aşkar göstərən subutlar mövcuddur. Siz nə buyurursunuz içək ya yox?
Cavab: Salam. Ayətullah Sistani ağanın dəftərxanası bu suala cavab verməkdən imtina etdi. Xahil edirik sualı təkrar Sistani ağaya ünvanlamayın. Başqa mərcei təqlidə ünvanlasaz, biz cavab alarıq.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı