www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Sakit: (Mekarim aga) Salam alekum Menim atam mene vahabi, diyir men ona basa salabilmiremki men vahabi deyilem ele tutdugun tutub. Men ne edim
Cavab: Salam. Səbrlə davranın. Valideynə ehtiram vacibdir.
Sual: Sualı ünvanladı Akif: Salam (Mekarim aganin defterxanasi) Men namazda özumen bi ixtiyar ismi-ezem sözunu 2, 3 defe diyirem bu namazim batildi? Birde ismi-ezem ne demekdi ve yaxud haradi? Bunlar hamisi bir suala daxildi. Qurban olum cavablandirin. Vacibdi.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Özünüzü toplayın və birdə namazda olmayan sözləri namazın daxilində işlətməyin.
Sual: Sualı ünvanladı Rafik: Salam Men yatiram duranda göruremki azaciq menen sperma xaric olub. Hec bir lezzet almamisam bilmey istiyirem bu mene gunah yazildi? Birde vacibdiki Qüsl alim? (Mekarim agaya teqlid edirem)
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər yəqininiz olmasa ki, o spermadır onda boynunuza qüsl gəlmir. Bu iş sizə günah yazılmır.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir - Rəhmanir - Rəhim. ƏsSəlamu Ələykum. Bakinin Teze Pir mescidinden verilen teqvimde namaz vaxtlari bir vaxti-meselen: 13-00 da, Bakinin bir kendinin ezan vaxti ise 12-45-verilir. Bu halda bu mesele ile elaqedar Aganin hokmu nedir? Cavabı Sistani Ağanın fətvalarına uyğun verin ............................
Cavab: Salam. Sualınız aydın deyil. Ətraflı yazarsız bu məsələni.
Sual: Sualı ünvanladı Sahnaz: Salam men namazlari oz qaydasinda .....qiliram meselen zohr namazini qildiqdan sonra bilirem dua etmek vacibdir bes duadan sonra esr namazini qildiqdan sonra da dua etmek vacibdirmi? Yoxsa tekce Imam Zaman (e) Aga ucun olan duani oxumaq kifayyet edir?
Cavab: Salam. Namazlardan sonra dua etmək çox bəyənilmiş işdir. Amma vacib deyil. Heç bir duanı oxumaq vacib deyil.
Sual: Sualı ünvanladı Sahnaz: Salam Ayetul kursini namazdan sonra oxumaq mustehebdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, müstəhəbdir.
Sual: Sualı ünvanladı Sahnaz: Salam menim padruqam deyir ki, namazdan sonra zikr ederken tesbehle yox elimizle etmek sunnedir yeni tesbehi ola-ola eli ile zikr edir bu bele duzdur?
Cavab: Salam. Ən çox savabı olan Kərbəla türbətindən olan təsbehlə zikrdir.

Ondan sonra əl ilə olandır.

Üçüncü isə adi təsbehlə olan.
Sual: Sualı ünvanladı Sahnaz: Salam Gece namazinda vacib namazlardaki kimi ruku secde her 2 ruketden sonra qunut ve tewehhud olur? Allah razi olsun!
Cavab: Salam. Gecə namazında rüku, səcdə və salam olur. Hər iki rəkət qılındıqdan sonra təşəhhüd və salam deyilir və növbətisi başlanır. Qunut da olur. Amma qunut ümumiyyətlə, həm vacib namazda və həm müstəhəb namazda, vacib deyil. Yəni mütəhəbdir. Etsəz də olar, etməsəz də.
Sual: Sualı ünvanladı (ad yazılmyıb): Salam aleykum. Bilmek isterdim uzde ve ya bedenin her hansi bir yerinde xal gotuzdurmek olarmi?evvelceden tewekkurler.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur. (Ziyanı yoxsa, eybi yoxdur.)
Sual: Sualı ünvanladı Elmira: Salam aleykum.Bilmek isterdim eyer menim hansisa ziyarete gede bilecek qeder pulum varsa valideynlerden ziyarete getmek ucun icaze alamaq vacibdirmi? Meselen Mesed.Onu da deyim ki,atam namaz ehli deyil,anam da xristiyandir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, atanızdan icazə almaq lazımdır.
Sual: Sualı ünvanladı Elmira: Salam aleykum.Bilmek isterdim Moskvada gozellik salonunda iwlemek olarmi?
Cavab: Bu iş özü haram deyil. Amma gərək elə olsun ki, həmin yer bağlı olsun və məhrəm naməhrəm söbəti gözlənilsin.
Sual: Sualı ünvanladı Elmira: Salam aleykum.Men Moskvada oxuyuram.Bizde her hefte idman dersi olur.men ya istrak etmeliyem ya da hekimden saglamligimda problem oldugu haqda kagiz alib muellimeye vermeliyem ki,zacot yazsin.saglamam.indi men ne edim?Hekimden ele kagiz alim yoxsa enli idman salvari ve uzun koynek geyinib istrak edim?onu da deyim ki,idman zalinda namehremler de var.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin kağızı alıb dərsə (naməhrəmlə qarışmış idman dərsinə) getməməkdə bir işğal yoxdur.
Sual: Sualı ünvanladı Bakı: SALAMUN ALEYKUM.ZEHMET OLMASA SUALIMI CAVABLANDIRARDINIZ? 8 MARTI BAYRAM KIMI QEYD ETMEK OLAR?
Cavab: Salam. Bu barədə nəzərlər budur ki, xeyr olmaz.
Sual: Sualı ünvanladı Fikret: Salamun aleykum.menim sualim beledir namazin sonuncu secdesinde AYATUL KURSUNU OXUMAQ CAIZDIRMI?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir.
Sual: Suaı ünvanladı Tural: Salam. Novruz bayraminda xalqimizin hansi adetleri beyenilir ve hansilari etmek haramdir? zehmet olmasa etrafli sorusardiz. Yeni semeni saxlamaq, tonqal qalamaq, papaq atmaq ve s imkan olsa maile-de gondererdiz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İslamla zidd olan yerləri etmək olmaz. Məsələn "Qulaqasdıya" getmək və bukimi işlər.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam aleykum. konfet, şokolad və bir çox şirniyyatların tərkibində E420 qida əlavəsi vardır ki, bu da sorbitol adlı maddədir. Bildiyimiz kimi bu maddə 6 atomlu spirtdir və kimyəvi üsulla qlukozadan alinır. Sistani ağanın tərkibində bu maddə olan qidalardan istifadə barəsində rəyi nədir? Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər yəqin olsa, onda belə şeyləri yemək olmaz.
Sual: Sualı ünvanladı Rübab: Salamun aleykum men 5 aydirki qibleni sef bilib namaz qilmiwam o namazlar batildirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qiblədən sağa ya qiblədən sola olmayıbsızsa, yəni 90 dərcədən az olubsa, bilmədən olub, eybi yoxdur. Bundan sonraya diqqətli olun.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Bir nəfər ilin 9 ayı ərzində hər həftə 5 gün səfər məsafəsini gedib gəlir (səhər gedib axşam gəlir). Lakin ilin 1-2 ayı getmir, bəlkə ayda 1-2 dəfə gedir. Fərz olunan halda ilin həmin 1-2 ayı həmin məntəqədə namaz və oruclarının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: O insan çox səfər edən hesabındadır və bütün namazları tam qılınmalıdır.
Sual: Sualı ünvanladı Fariz: Salam,destemazda su tokmeyin hokmunu basa dusulecek sekilde yazsaz size sonsuz minnedar olaram,men uzume ve qoluma 4-5 defe su atib sora istediyim qeder yuxaridan asagi elimi cekirem,yeni elimi cekenden sonra su atmiram . men zohur ve esr namazin da adi subh namazi kimi ucadan qiliram hokum nedir?namazim batilmidir?((.
Cavab: Ayətullah Sistani-dəftərxana: Sizin dəstəmazın bir eybi yoxdur. Çünki siz yalnız bir mərtəbə bu işi görürsüz. Əlbəttə ikinci dəfə də görməyə ixtiyarınız var. Amma üçüncü dəfə belə etsəz onda dəstəmaz batil olur. Amma zöhr və əsri ucadan qılmanız, bilmədən olduğu üçün, eybi yoxdur. Bundan sonra zöhr və əsri cövhərli səslə yox, pıçıltı kimi olan səslə qılın.
Sual: Sualı ünvanladı İbrahim: salam aleykum.aga bir sualim var ALLAH (c.c) her seyi bilir ve gorur bes onda ALLAH (c.c) seytani niye yaradib onun bele pis isler gorduyunu bilirdise bele fesadlar toredeceyini bilirdise niye yaradib? xais edirem cavabi yazin.
Cavab: Salam. Allah-taala şeytan adlı varlıq yaratmayıb. Allah insanla cin yaradıb və onlara iradə verib ki, istəyirsiz yaxşı əməl sahibi olun, istəyirsiz pis əməl sahibi olun. Bu cinlərin içində biri daha çox Allaha qarşı çıxıb və həmin bizim tanıdığımız şeytan, yəni İblis adını alıb. Amma Allah ümumiyyətlə nə üçün cinləri yaradıb ki, şeytan da onun içindən çıxsın? Bu sualın cavabı budur ki, cinlərin içində möminləri var. Bir şeyin içində pis və yaxşı varsa, Allah heçvaxt pislərin aradan getməsi üçün yaxşıları da aradan aparmır. Yəni Allah cinləri yaradıb və onlara iradə verib. Onların içindən bir dəstə mömin bir dəstə isə kafir olub. Öz iradəsi ilə kafir olanlara xatir, möminlərin yaratmamaq Allahdan uzaq bir feldir. Cinlərdə kafir olanların öndari İblisdir. Necəki, biz insanlardan da şeytanları var. İndi hansımızsa pisik deyə Allah hamımızı yaratmasaydı onda yaxşıların haqqında zülm olmuş olardı və Allah da zalım deyil. Adi bir misalda Allah heçvaxt qurunun oduna ən xırda bir yaşı belə yandırmır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı