www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam təyəmmüm halinda oruc tutmaq olarmı
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər şəri baxımdan üzrlü olduğu üçün qüsl edə bilmirsə təyəmmümlə oruc tuta bilər.

Təşəkkürlər
Sual: Salam...Bir xanım 1-ci həyat yoldaşı ilə özü kəbin kəsdirib və sonradan təlaq oxutdurub...1-ci həyat yoldaşı ilə qeyd olunan kəbindən qabaq kəbinsiz cinsi münasibətdə olub.. din xadiminə özü kəbin və təlaq üçün müraciət edib.....bu məsələlər 20 il öncə olduğu üçün həm kəbində həm də təlaqda yoldaşından icazə və ya vəkalət alıb-almadığı yadında deyil.....qeyd olunan kəbin və təlaq şəri cəhətdən düzgün sayılırmı?..həmin xanım qeyd olunan təlaqdan sonra 2-ci şəxslə kəbinsiz cinsi əlaqədə olub...amma bunun iddə dönəminə təsadüf edib-etməməsini bilmir?..2-ci şəxslə 6-aydan sonra kəbin kəsdirib...neçə illərdir bigə yaşayırlar...2-ci şəxslə kəbini düzgün sayılırmı?..düzgün deyilsə vəzifəsi nədir?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu xanım heç bir şeyi xatırlamadığı üçün ehtiyata əməl etməsi daha məqsədə uyğundur. Belə ki, birinci yoldaşından təlaq üçün icazə alıb yenidən təlaq oxutdursun və ikinci ilə kəbnlərini batil hesab etsin və bir daha onunla kəbn bağlamasın, istər daimi istər müvəqqəti.

Təşəkkürlər.
Sual: Salam.Men belimi cekdirmiwem.Hekim cimmemeyi meslehet bilmeyib.Bu muddetde boynuma dusen qusulu (evliyem)teyemum edib amma destemazi su ile alib namaz qila bilerem ?Qilmaga tereddud edirem qezalarini qilim ?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Suyun zərəri varsa qüsl əvəzinə təyəmmüm etməlisiz və əgər dəstəmaz zərər deyilsə dəstəmaz almalısız. Əgər dəstəmaz almaq da zərərdirsə dəstəmaz əvəzinə də bir təyəmmüm etmək lazımdır. Amma qəza namazlarını üzrünüz aradan gedəndən sonra qüsl alıb qılmalısız.

Təşəkkürlər.
Sual: qadın öz saçını parik və qaynaq niyətilə ərli qadına sata bilər
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, sata bilər.

Təşəkkürlər.
Sual: Salamaleykum Men marketde satici kimi isleyirem ve hemen marketde serab satilir menim hemen marketde islemeyim ve serab satmagim dogrudurmu Allah amaninda
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şərabın içilməsi haram olduğu kimi alqı-satqısı da haramdır.

Təşəkkürlər.
Sual: Diş çəkiləndə qan gələrsə dəstamazı necə almaq olar?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Dəstəmaz alarkən ağızı yumaq vacib deyil. Ağızdan qan gəlməsi də dəstəmazı batil etmir.

Təşəkkürlər.
Sual: Xamneyi Aga. Salam elekum damino oynamaqa icaze var
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər ürfdə qumar aləti hesab olunmursa şərt qoymadan oynamaq icazəlidir. Amma qumar aləti hesab olunarsa yaxud uduzanın bir şey verəcəyini şərt etsələr icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam ağa bilmek isterdim Azərbaycanda sistani ağanın səlahiyyətli nümayəndəsi varmı ya yox xumusu vermək üçün yoxsa etibar elədiyim Ruhaniyə verə bilərəm ya yox
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər özünüz tanımırsızsa müctehidin nümayəndəsini tanıyan və etibarlı bir şəxsin vasitəsilə xumsu müctehidin səlahiyyətli nümayəndəsinə çatdıra bilərsiz.

Təşəkkürlər.
Sual: Salam aleykum. Men 18 il bundan evvel muellim yanina hazirliga gedirdim. Ve son ayda hazirliq pulunu vermeye imkanim olmadi ve muellime getireceyimi soylesem de imkan edib qaytara bilmedim. Ustunden iller kecib belke de muellimin yadindan cixib. Indi ise ustumde haqqi oldugunu bilirem. Onu odemeliyem amma nece? Muellim evi yaddan cixib ve elaqe yoxdur onunla. Ozum de er evindeyem ve erime de bu barede hec ne dememisem. Muellimin adindan hemin pul deyerinde sedeqe versem olar? Haqqi boynumdan goturuler?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Vəzifəniz müəllimi axtarıb pulu özünə çatdırmaqdır. Məsələn, tanıya biləcəyini ehtimal verdiyiniz şəxslərdən soruşa bilərsiniz. Əgər bir müddət axtarışdan sonra onu tapmaqdan məyus olsanız o zaman müəllimin adından sədəqə verə bilərsiz.

Təşəkkürlər.
Sual: Salam Aga sualima gore üzr istəyirəm,bir nəfər bir necədəfə masturbasya edib boşalib,yəni 3 dəfə məni cixib,bunlarin ,3 dəfə qusl almaq lazımdir yoxsa bir dəfə qusl 3 dəfəni əvəz edər 2 ci sual,qusl alarkan şübhələr nücə dəff edək,yəni qusl alib cixandan sonra ,şəbhə qirir qəlbə, düzgün almamisan yəni cənabət Öncədən təşəkkürlər
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Bir dəfə qüsl etmək kifayətdir.

2. Qüsldan sonra şəkk edən şəxs öz şəkkinə etina etməməlidir və qüslu səhih hökmündədir.

Təşəkkürlər.
Sual: Salam olsun. Bir məsələ ilə bağlı sual verməy istərdim. Bazardan aldığım ətin halal və ya haram yolla kəsilməsini necə müəyyən etməliyəm? məsələn əti almışam ama bilmirəm bu ət necə kəsilib və ya hansı heyvanın ətidir halaldır yoxsa yox . bunları araşdırmaq mənim üzərimə düşən məsələdir yoxsa günahı əti satanın kəsənin boynundadır?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Müsəlman satıcıdan yaxud müsəlmanların bazarından alınan ət halal hökmündədir.

Təşəkkürlər.
Sual: Namazda deyilen salavatin duzgun deyilis ve yazilis formasini zehmet olmasa deyerdizde.Bezi kitablarda Allahumme salli ela Muhemmedin ve ali Muhemmed deyilir.amma bezilerinde Allahumme salli ela Muhemmediv ve ali Muhemmed deyilir.Daha deqiq necedir muhemmediv yoxsa muhemmedin??
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Hər ikisi düzgündür. Amma idğam edərək demək yəni, Allahummə salli əla Muhəmmədiv və ali Muhəmməd demək daha yaxşıdır.

Təşəkkürlər.
Sual: Salam aleykum ve rehmetullahi ve bereketuh. Imameti inkar eden insan kafir sayilirmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Sırf qəbul etməmək küfrə səbəb olmur. Lakin imamlarla (ə) aşkar düşmənçilik edən şəxs nasibidir və nasibilər kafir hökmündədir.

Təşəkkürlər.
Sual: Salam xumusu kimə verim heçkimi tanımıram heç yere çıxmıram evdar tək qadınam iki uşaq böyüdürəm yoldaşım yoxdur qənaət etməklə əlimdə 100 manat pulum var əslində özündə ehtiyacım var mənə xumus düşür ya yox düşürsə bu şəraitdə kimə verim
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xumsu müctehidin səlahiyyətli nümayəndəsinə çatdırmaq lazımdır. Əgər özünüz tanımırsızsa etibarlı bir şəxs vasitəsilə Ayətullah Sistaninin səlahiyyətli nümayəndəsinə çatdıra bilərsiz.

Təşəkkürlər.
Sual: Salam kiwi ozunu qadinsiz boshaltsan zina sayilir yoxsa gunah
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu iş haramdır və günahdır.

Təşəkkürlər.
Sual: Salam qadının qaş alması günahdır ya yox? bir qadın səhvətini təsginlətmək üçün isdimna edə bilərmi beynini məsqul edir ibadətdən bir şey anlamır öncədən coxsaqolun
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Qadının qaşını aldırması öz-özlüyündə haram deyil lakin ürfün nəzərində qadın üçün zinət hesab olunarsa naməhrəm şəxslərdən gizlətməlidir.

2. İstimna haramdır və heç bir vəchlə icazəli deyil.

Təşəkkürlər.
Sual: Bir nəfərin paltarını mənə olan borcu müqabilində girov saxlamışam. Ona demişəm ki, borcunu ödədikdən sonra, paltarlarını gəlib apararsan. O adam paltarlarını gəlib aparmayıb. Məndə çox maraqlanmışam onunla. Sonra xəbər tutdum ki, dünyasını dəyişib həmin adam. Sonralar mən namaza başladım. Namaz qıldığım vaxtlar o adamın paltarlarını da geyinirdim ara bir. Bu paltarlarla qıldığım namazlar batildir? Batildirsə, mən nə qədər namaz qəza etməliyəm?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər paltarların sahibi onları geyinməyə icazə vermişdisə qıldığınız namazlar səhihdir. Əks halda o paltarlarla qıldığınız namazları yenidən qılmalısız. Əgər neçə namaz qılmalı olduğunuzu dəqiq bilmirsizsə bildiyiniz az miqdarla kifayətlənə bilərsiz. Məsələn, 10 və 12 namaz arasında şəkk edirsizsə 10 namaz qılsaz kifayətdir.

Təşəkkürlər.
Sual: Salameleykum zehmet olmasa sualimi cavablandirardiz sualim beledi ,bedene dovme vurma tatu elemey gunahdirmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Döymə vurmaq öz-özlüyündə icazəlidir. Amma hər hansı bir günaha səbəb olarsa icazəli deyil. Məsələn, onu naməhrəm şəxslərə göstərməklə günaha düşmək və ya qarşı tərəfi günaha salmaq qorxusu olarsa icazəli deyil. Həmçinin Allahın, peyğəmbərin (s) və məsum imamların (ə) adlarını, Quran ayəsi və qeyri əxlaqi şəkil və yazılar yazdırmaq olmaz.

Təşəkkürlər.
Sual: Ağa əssalamu Aleykum və rəhmətullah və bərəkatu . Sabahınız xeyirli və uğurlu olsun inşə Allah . Ağa sizə bir sual verəcəktim . Mənim bir dostum var . Və onun doğma qardaşı var . İnşə Allah alınsa toy eləmək istiyirlər . Deməy bu dostumun qardaşıda musiqili yani çalğılı toy edəcək Allah icazə versə . Mənim dostumda musiqili olan yerlərə və musiqiyə qulaq asmır . İndi isə dostum deyir ki mən neyləyim qardaşımın toyuna gedim yoxsa oturum evdə ? Yani Ağacan çox uzatdım uzatmaqımında səbəbi düzgün deyim ki sizdə ona göre cavab verəsiz . Ağacan bu dostumun qardaşının indi toyuna getməyinin bir problemi olar yoxsa olmaz ? Zəhmət olmasa cavab verərdiz tez bir zamanda
Cavab: Aleykum salam.

Ayətullah Vəhid Xorasani-dəftərxana:

İnsan öz ixtiyarı ilə haram musiqiyə qulaq asmamalıdır. Amma istəmədən eşidərsə haram deyil. Haram musiqi olan yerə getməklə ona öz ixtiyarı ilə qulaq asacığını bilərsə getməməlidir. Lakin toy başlamamışdan əvvəl gedib qardaşını təbrik edib qayıda bilər. Yaxud çöldə dayansın və öz ixtiyarı ilə musiqiyə qulaq asmasın. Bu halda istəmədən eşitsə də maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Bilmekbisteyirdim ki Hz. Meryeme quran oxuyub hediyye etmek olar? Yoxs Peygemberimiz(s) ve ehli beyte hediyye etmeliyem ve hz. Meryemin de adini daxil etmeliyem? Amma niyetim hz. Meryem ucun hediyye etmekdir. Bir nece moladan sorusmusam amma onlar bu isin duzgun olmadigini deyibler. Ve deyibler ki hz. Meryem muselman deyil deye ona quran oxumaq dusmur. Xahis edirem ki aydinliq getirerdiz zehmet olmasa
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Hz. Məryəmə Quran oxuyub hədiyyə etməyin maneəsi yoxdur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı