www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: SALAM ZEHMET OLMASA DEYERDIZ QADIN QAŞIN ALA BILER
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, ala bilər. Lakin ürfün nəzərində bu iş qadın üçün zinət hesab olunarsa naməhrəmlərin qarşısına çıxmamalıdır.

Təşəkkürlər.
Sual: Salam mən bilmek isdəyərəm ki qul haqqını tövbe elemekle günahı pozularmı?yoxsa həmin şəxsdən halallıq almalıyam? Eğer həmin şəxsi görmək mümkün deyilsə necə etməliyəm? İkinci sualım ise yoldaşım içki içmir amma namaz da qilmir mən isə hicablıyam isdeyiremki o da namaz qılsın ve özüne de deyirəm amma isdemir hele hazır olmadığını bildirib.Buna göre mənə günah düşürmü? Onu namaza israr etməkdə?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Başqasının haqqını qəsb edən şəxs onun haqqını qaytarmalıdır.

2. Günah deyil. Əksinə əgər sözünüzün təsir edəcəyini ehtimal versəz bu iş (yəni, əmr be məruf və nəhy əz münkər) vacib əməllərdəndir.

Təşəkkürlər.
Sual: Qadınla müvəqqəti əqd etməmişdən qabaq qadinın anası atası və qardaşı bilməlidi ?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər bakirədirsə atasının yaxud ata tərəfdən babasının icazəsi şərtdir. Əks halda icazəsi və bilməsi şərt deyil. Əlbəttə müvəqqəti nikahın başqa hökmləri də var ki, bunun üçün risaləyə müraciət etməyiniz məsləhətdir.

Təşəkkürlər.
Sual: Salam. Cenabet hansı vaxtlarda olur
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İki yolla insan cünub olur; yaxınlıq və ya sperma xaric olması ilə (istər oyaq halda istərsə də yuxuda).

Təşəkkürlər.
Sual: Əyer 4riketli zöhür namazı 2 riketlə tamalasam işqalı nədi
Cavab: Salam.

Ayətullah Vəhid Xorasani-dəftərxana:

Əgər bilərəkdən olarsa namaz batildir. Əks halda əgər qiblədən dömək, dəstəmazın batil olması, müvalatın aradan getməsi və bu kimi namazı batil edən işlərdən biri baş verməmişdirsə qalxıb 3-cü və 4-cü rəkətləri də qılmalıdır. Namazdan sonra isə vacib ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirməlidir.

Təşəkkürlər.
Sual: Spirtin haqqındakı nəzərdə Sistani ağanın nəzəri ilə Xamnei ağanın nəzərində fərq varmı?əgər varsa Sistani ağaya udul edə bilərəmmi? Spirtin hökmləri barədə geniş məlumat istəyirəm.Ümumiyyətlə hər iki sualıma geniş məlumat istəyirəm ki,xatircəmlik yaransın.
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Spirt əgər əslində maye olan şeylərdən ələ gələrsə və məst edici olarsa vacib ehtiyata əsasən nəcisdir. Vacib ehtiyata söykənən məsələlərdə mükəlləf şəxs növbəti ə'ləm müctehidə müraciət edə bilər. Əgər siz Ayətullah Xameneidən sonra Ayətullah Sistanini digər müctehidlərdən daha elmli bilirsizsə bu məsələdə ona müraciət edə bilərsiniz. (Ayətullah Sistani spirtin bütün növlərini pak bilir.)

Təşəkkürlər.
Sual: Saqqalın dəlilləri. Naməhrəmlə görüşməyin dəlilləri 12 imamın hər biri necə təyin olunur.Misal üçün İmam Hüseynin niyə böyük oğlu yox kiçik oğlu imam oldo?
Cavab: Salam.

Bu sualların bəzisi şəri hökmlərin dəlilləri və bəzisi də ümumiyyətlə şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam.Zəhmət olmazsa bu sualı cavablayın. Birjaya (yəni valyuta alıb satmaq) qatılıb pul qoymaq icazəlidirmi? Məsəl üçün dünya birjasına qatılıb şirkət səhmləri,qızılın,neft,dolların,gümüşün və sairə şeylərə pul qoyub onların artmasından və ya azalmasından pul qazanmaq olarmı? Onlayn vasitəsilə pul qoyub artma azalmanı izləyib qazanır və ya itirirsən.
Cavab: Aleykum salam.

Ayətullah Məkarim-dəftərxana:

Səhmlərin alqı-satqısı icazəlidir. Lakin səhmdar ticarət şirkətinin apardığı əməliyyatlar haram ticarət olsa məsələn, spirtli içki və ya sələm müamiləsi ilə məşğul olsa onun səhmlərini almaq icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam.bir səxs bir evli xanımla zina etsə sonra xanım ərindən ayrilsa o səxs xanımla daimi və ya müvəqqəti əqd edə bilər?
Cavab: Aleykum salam.

Ayətullah Behcət-dəftərxana:

Əgər bir şəxs ərli qadınla zina edərsə onlar bir-birinə əbədi haram olurlar və heç vaxt müvəqqəti və ya daimi kəbn bağlaya bilməzlər.

Təşəkkürlər.
Sual: 4/3km neçə metirdir?
Cavab: Salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Sual: Salam İslamda evliliy vacib emeldirmi ya müsteheb ümumiyyetle bu barede hökm var?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Evlilik öz-özlüyündə təkid olunmuş müstəhəb əməllərdəndir. Lakin bəzən günaha düşməmək üçün vacib ola bilər.

Təşəkkürlər.
Sual: Salam. Biz 2 ildir ki ayri eve kocmusuk. Evvel qaynanamgilde yasayirdiq. Amma qaynanam herdefe deyir ki niye tez kocduz? Hele tez idi kocmeyiniz. 6 il biryerde yasadiq. Evde qaynim da var. Yeni tek deyiller. Amma biz tez tez bas cekirik ve her defe yemek bisirib gonderirem arada da evini temizleyirem. Bu arada qaynim ise hele subaydir. Veziyyeti uzun yazmaqda fikrim odur ki bele olan halda ustumuzde haqqi varmidir. Dogurdanmi gozlemeliydik ki qaynim evlensin? Ve ya biz gunah etmisikmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər övladın ayrı yaşaması valideynlərin çətinliyə və məşəqqətə düşməsinə səbəb olarsa icazəli deyil. Əks halda övladın ata-anadan ayrı yaşamasının maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Evli kisi basqa bir qadini kebine salirsa ve bunu birinci arvadi qebul etmirse.ne etmelidi birinci qadin kime gunah yazilir bu veziyetde?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Şəriətə əsasən kişinin eyni anda dörd xanım ilə daimi kəbni ola bilər. Lakin hər birinin hüquqlarına bərabər şəkildə riayət etməlidir.

Təşəkkürlər.
Sual: Salam Aleykum . Kirvetka yemek halaldirmi ?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, halaldır.

Təşəkkürlər.
Sual: Salam. Dovlet muessisesine ise qebul olunsam bu sertle ki, adim qanuni olaraq isde sayilir amma maas kartimi ve ayliq pulu mudir ozune goturse nehayeti de men de pulun mudire verilmesine etiraz elemesem bu isin gunahi var? Yəni ki qisaca olaraq adim isde ozum evde maas da mudurde olsa haramdirmi? 2. Heyat yoldasimdan xebersiz qardasima pul versem ve qardasim da mueyyen bir vaxtda hemin pulu geri qaytarib men de yerine qoysam bu isin gunahi varmidir. Onu da deyim ki yolsadimdan borc isteseydi etiraz etmezdi. Amma qardasim utandigi ucun menden gizli istedi.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər ölkə qanunlarına ziddirsə bu iş icazəli deyil. Həmçinin bu vasitə ilə sizə staj yazılarsa gələcəkdə buna görə alacağınız əlavə təqaüd də işğallıdır.

2. İnsanın öz pulunu istifadə etməsi üçün başqasından icazə alması lazım deyil. Amma başqasının pulunu icazəsiz götürmək caiz deyil.

Təşəkkürlər.
Sual: Salam.Əgər bir oğlan ev tikmek üçün pul yığırsa (3 4 il erzinde ki mueyyen mebleqle ev alsin)bu pula xums duşür? Ayətullah Cəfər Subhani . (Muctehidlerin arasinda aqanin adi yox idi deye ayrica qeyd etdim)zhmt deilse cvb vererdiz eger mumkunduse.
Cavab: Aleykum salam.

Ayətullah Cəfər Sübhani-dəftərxana:

Bəli, yığılan pula xums düşür.

Təşəkkürlər.
Sual: Quranda kecen tagut sozu haqqinda melumat isterdim
Cavab: Salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam. 1. Yoldasimin dayisi ve emisinin yaninda hicabsiz gezmek olar? 2. Yorgunlugu sebeb getirerek yoldasimin cinsi isteyine redd cavabi vere bilerem. Amma yorgunam demeyib basqa behane desem olar? Meselen guya basim agriyir ve ya guya heyz olmusam? 3. Heyz halinda cinsi elaqenin gunahi var? Bele olan halda qadin heyzden tam suretde temizlenib sonra elaqeye girmelidir yoxsa qurtarana yaxin cinsi elaqe olar? Evvelceden tesekkur edirem.
Cavab: Aleykum salam.

1. Yoldaşınızın dayısı və əmisi sizə naməhrəmdir. Buna görə onların yanında hicabınıza riayət etməlisiz.

2. Yalan danışmaq haramdır. Və qadın ərinin cinsi istəyini üzrsüz yerə rədd etməməlidir. Lakin ər özü razı olarsa eybi yoxdur.

3. Heyz halında yaxınlıq etmək haramdır. Tamamilə paklandıqdan sonra icazəlidir. Lakin heyz qüslundan əvvəl yaxınlıq etmək məkruhdur.

Təşəkkürlər.
Sual: Salam Namazda gulmek namazi pozur? Desdamazida pozurmu ? Cixsaqolun ?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Ucadan gülmək namazı batil edir. Lakin dəstəmazı batil etmir.

Təşəkkürlər.
Sual: Salam. Sehadet gunlerinde ve ya gecelinde qadinin oz eri ile cinsi elaqede olamq haramdirmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Haram deyil. Lakin məsumlara (ə) qarşı hörmətsizlik və etinasızlıq qəsdi olmamalıdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı