www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zəhra: Salam Quran oxuyarkən danışmağın hokmü nədir? Məsələn mən Quran oxuyuram biri məndən nəsə soruşur. Allah razı olsun inşhAllah
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər hörmətsizlik olarsa onda ayəni kəsib sizi çağıranın cavabını verin.
Sual: Sualı ünvanladı Zəhra: Salam Çərəkədə olan Yasin surəsi və ..........
Cavab: Salam. Üzr istəyirik sualınız mövzumuza aid deyil. Əfv edin!
Sual: Sualı ünvanladı Zəhra: Salam Səcdədən qalxdıqdan sora göndərdiyimiz müstəhəb salavatda əl üzə çəkilir?
Cavab: Salam Ayətullah Xamenei-dəftərxana: Xeyir, bu işdən pəhriz edin və belə etməyin.
Sual: Sualı ünvanladı Balabəy: ayaq yoluna getdiyde menden gucendide meni aq sey xaric olur boynuma qusul getirirmi yeni o geldiyde hec bi sehvet hisi oyanmir bes deyirler sperma geldiyde ozunde basqa hal yaranirsa sehvet hisi onda qusul gelir adamin boynuna yeni spermani ozunun xaric etdiyde aqa etrafli yazardiz menim qildiqim namazlar batil olmayb
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gələn mayenin sperma olmasına tam yəqininiz yoxdursa sizin boynunuza qüsl gəlməyib və namazlarınız səhihdir.
Sual: Sualı ünvanladı Balabey: salam bir insan islemir ve o nezir edir onun nezir etmeyi duzgundur yeni ona nezir etmey dusur meselen qiz usaqidir o islemir onun neziri necedir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər nəzirə məxsus siğəni oxumayıbsa o nəzir həmin qızın boynunda deyil. Nəzirin vacib olma şərti budur ki, siğəni oxusun.



(Sayt tərəfindən: Yox əgər nəzr siğəsini oxuyubsa, onda sualı təkrar yazın və biz cavab alaq.)
Sual: Sualı ünvanladı Gulnar tevvabe Aliyeva: Salam, xaiw edirem mene komek ederdiz. Sistani aganin resmi saytina nece daxil ola bilerem? Ve yaxudda aganin numayendeleri ile nece elaqe saxlaya bilerem? Cox muhum bir meselem var hansi ki,risalede meselemin hellini tapa bilmirem. Mene komek edin xaiw edirem Allah xatirine.
Cavab: Salam. Saytımızın sağ tərəfində link qoyulub. Baxın!
Sual: Sualı ünvanladı Aybəniz: salam men esitdiyime gore namazin kecmis qeza ederken namazin sunneti de qilinmalidir bu ne demekdir ve nece edilir?ferz vacib namazlar ne demekdir?
Cavab: Salam. Vacib namazlar hər gün 5 vaxt qılınan 17 rəkət namazlardır. Amma sualınızın bundan başqa yerlərində nə sual etdiyiniz aydın deyil. Üzrlü sayn və aydın yazın.
Sual: Sualı ünvanladı Aybəniz: Salam 35 yasda namaza baslayan qadin kesmis gunlerin qezasini ederken heyz ve nifas gunlerinin nece gun cixmalidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əlbəttə bunu bilin ki, heyz və nifas günlərində qılınmayan namazlar qəza olunmur. Yəni qadınlar həmin vaxtda olan namazları qılmalı deyillər. Amma orucların qəzası tutulmalıdır. Adət günlərinizin sayı ilə hesablayın.
Sual: Sualı ünvanladı Gulnar tevvabe Aliyeva: Allahin salami olsun uzerinize. Sual beledi; bir xanim hansi ki,heyat yoldawi 15-il heps cezasi alib,bele halda erin xeberi olmadan xanim oz kebnini geri oxurdura bilermi?
Cavab: Salam. Sistani ağanın rəsmi saytına bu məsələni yazın və telefon nömrəsi də qoyun ki, onlar qaranlıq qalan məslə olsa zəng edib aydınlaşdıracaqlar. Əlbəttə əgər söhbət təlaqdan gedirsə, bu işi görün. Təlaq çox həssas məsələdir və yeganə yol ağanın rəsmi saytı ilə əlaqə saxlamaqdır.
Sual: Sualı ünvanladı Ramal: Esselemu aleykum ve rehmetullahi ve bereketuh. Kecek metlebe: 1..2...3..4..Tagut nedir?
Cavab: Salam. Tağut zalım hakimə deyilir.

Digər suallarınız üçün üzrlü sayn. Hələki belə suallara cavab vermək imkanımız yoxdur.
Sual: Sualı ünvanladı Malik: salam aleykum men bilmek istiyirem ki evli adamin yoldashi hamiledise yaxinliq elemek olmursa kishi neynemelidir?
Cavab: Salam. Günah etməyin. Digər halal yollarla ehtiyacınızı təmin edin.
Sual: Sualı ünvanladı Kamran: salamun alekum.agmiz siqareti haram buyurub agaya taqlid edan saxs siqaret caka bilarmi?tasakkurlar
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, siqaret çəkə bilməz.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Şiə qız sünni oğlanla ailə qurur. Oğlanın ailəsi sünni ruhaninin kəbin oxumasını istəyir. Bu kəbin səhih olarmı? yoxsa təzədən şiə ruhaniyə də oxutmaq lazımdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şiə ruhanisinə də kəbin oxutdurulsun.
Sual: Sualı ünvanladı Tural: salam aleykum Cumeniz Mubarek..bir sualimnan sizi narahat edirem..bir qiz aileli olmayib ama bakirede deyil zina yolu ile pozulub bakireliyi..indi ibadet ehlidi..hemin qiz sige ede biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, atadan icazə alınmadan edə bilməz.

Sual: Sualı ünvanladı Rübab: salamun aleykum menim 8 il ovladim olmadi sonda ushaq evine atilmaq isteyen bir korpeni ovladliqa goturmuwam melumdurki Heddi buluqdan sonra o korpe mene namehrem hokmundedir mehrem etmeyin bir cixiw yolu varmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Uşağa süd vermək (əgər südü varsa ögəy ana öz sinəsində olan südü,) yolu ilə məhrəmlik hasil ola bilər. Bu şərait sizdə yoxdursa, onda məhrəmlik bərpa etmək yolu qalmayıb.
Sual: Sualı ünvanladı Camal: Reshide qizla muveqqeti eqd etmek olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər yaşı 30-u keçsə, eybi yoxdur. Amma bu şərtlə ki, bu iş fəsada səbəb olmasın.
Sual: Sualı ünvanladı Aybəniz: salam.35 yasinda namaza baslayan qadin kecmis qezalarini etdikden sonra gundelik namaza baslamalidir?yoxsa gundelik namazi qila qila kecmis qezalari da etmelidir?etrafli yazin menim ucun kecmis qezalari edib qurtarandan sonra gundelik namaza baslamaq daha rahatdi.qayda qanun necedirse yazin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Allaha doğru gəldikdə birinci gündəlik namazları qılmaq lazımdır. Bu gündəlik namazların kənarında hər gün imkan olan qədər qəzalardan qılın.
Sual: Sualı ünvanladı Bətul: salam. Bir muselman meyyidin orqanlarini kafire vermek olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Leman: Salam Agacan menim coxdan namaz qezalarim var 27 yasim var 20 yasimnan namaz qiliram amma kecmis oruc namaz qezalarmi nece qilim ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hicri-qəməri təqvimi ilə 9 yaşınızın haçan olduğunu əldə edin. Sonra 20 yaşınıza qədər olan müddəti hesablayıb qəzları bərpa edin.
Sual: Sualı ünvanladı Huseyn: Ustunde Allah yazilan seple ayaqyoluna getmek olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə bir yazıya dəstəmazsız toxunmaq olmaz. Bədənin də ona dəstəmazsız toxunması olmaz. Toxunmaq olmaz dedikdə yalnız əllərdən söhbət getmir, bütün insan bədənindən söhbət gedir. Amma onunla birgə ayaqyoluna daxil olmaqın eybi yoxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı