www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Bismillahir Rahmanir Rahim Allahın Salamı olsun Onun Bəndələrin üzərinə. Men evliyem ve namaz qiliram yoldaşım ise namaz qılmir. Yaxınlıq etdikdən sonra namazları qəzaya getməsin deye gedib qüsul alıram.( O ise yox) . Bu halda hayat yoldaşımın mene toxunub opmeyinin menim destemazıma veya qusuluma maneəsi varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, heç bir maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Qaşı permanent yaxud tatuaj etdırmek qusulu pozurmu ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Bağışlayın sualıma görə. Sualım budu : Camaat sual verirlər Müctehidlərə bilmək istəyirəm bu suallar Müctehidə verilirmi? Yəni həqiqətən Müctehid cavab verirmi? Yoxsa Müctehidin köməkcisi sualları oxuyub cavab verir? Xahiş edirəm sualıma cavab verin.
Cavab: Salam.

Saytın məsul şəxsləri müctehidlərin müqəddəs Qum şəhərində yerləşən dəftərindən(ofisindən) sualları soruşur və cavabları sayta yerləşdirir.

Təşəkkürlər.
Sual: Xaiş edirəm şəvvəl ayı oruc barəsində məlumat təqdim edərdiniz,hansı qaydada tutulmalıdır və kimlər tuta biləe,qəza orucu olan şəxslər ilk növbədə qəza yoxsa şəvval ayın orucunu tutmalıdır,öncədən minnətdaram
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qəza orucu olan şəxs ilk öncə öz qəza oruclarını tutmalıdır. Əgər insan oruc tutmağın müstəhəb olduğu günlərdə öz qəza orucunu tutarsa, həm qəza boynundan götürülər həm də həmin gündə müstəhəb oruc tutan şəxsin savabını əldə edər. İnşaallah.

Təşəkkürlər.
Sual: Salam men may ayin 24 ramazan bayramiydi men 25 bawladim 6 gunun orucun tutmaga. Duzgun edirem yoxsa yox ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər Fitr bayramının sabahı günündən başlayıbsınızsa oruc tutmağa düz edibsiniz. Çünki Fitr bayramı günü oruc tutmaq haramdır.

Təşəkkürlər.
Sual: Salam əleykum Ağacan. Tatu ilə bağlı məlumat istərdim.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam,oruc tutmuşdum və həmən günü axşam saatlarında kitab oxuyurdum,orda elə bil səhnə oldu ki məndən aslı olmayaraq cinsiyyət orqanımda nəmişlik hiss etdim,orucunu batil olurmu ?qəza tutmaliyam yoxsa kəffərəsi var ? xaiş edirəm ən tez zamanda cavab yazardınız çox narahatam.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan bilsə ki, təhrikedici kitab oxumaqla ondan sperma xaric olacaq və beləliklə (təhrikedici) kitab oxumaq insandan spermanın xaric olmağına səbəb olarsa, oruc batildir, kəffarə də vacib olur. Əgər xaric olan rütubət sperma deyilsə, oruc batil deyildir.

Təşəkkürlər
Sual: Allahın salamı olsun sizlərə. Dövlət qaydalarına uyğun boşanmış qadın ər yoxdursa tapılmırsa qadın özü kəbini geri oxuda bilərmi və bu harada icra edilir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər ərlə əlaqə saxlamaq mümkün deyilsə, təlaq almaq üçün şəri hakimə müraciət etmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam ağa. Mən Ersağ şirkətində çalışıram. Deyilənə görə şəbəkə biznesi haramdı. Mən bunu eşidib işdən çıxmaq qərarına gəlmişəm. Ama öncə sizin fətvanızı bilmək istədim. Bu şirkətdə işləmiyənə maaş verilmir. Əyər sən bu ay komandan işliyibsə və sənə maaş yığılıbsa sən işləmiyibsənsə sənə şirkət maaş vermir. Bu şəkildə işləmək düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Dediyiniz şərtlər çərçivəsində və həmçinin əgər başqasının haqqından kəsib sizə vermirlərsə(yəni şirkət maaşı öz hesabından verirsə) orda işləmək haram deyildir.

Təşəkkürlər.
Sual: Salam əleykum .Başa qara rəng qoyarsa dəstəmaza və qüslə mane olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər rəng suyun dəstəmaz və ya qusl üzvünə yetişməsinə mane olarsa bu halda alınan qusl və dəstəmaz batildir. Maneəni müəyyən etmək də mükəlləfin(rəngdən istifadə edən şəxsin) öhdəsinədir.

Təşəkkürlər.
Sual: Salam. Qadının qaşının formaya salması günahdırmı??
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər naməhrəmin diqqətini çəkəcək formada olmazsa haram deyildir. Amma əgər naməhrəmin diqqətin çəkən formada olarsa, naməhrəmdən gizlətməlidir.

Təşəkkürlər.
Sual: Salam Qusl alandan sonra namaz qilarken destemaz almaga ehtiyac var? Teşekkürler
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Yalnız cənabət quslundan sonra(əgər dəstəmazı pozan bir iş baş verməyibsə) dəstəmaz almaq olmaz.

Təşəkkürlər.
Sual: Salam.mənim 14 yaşim var, namaz qiliram, oruc tuturam,atam deyir ki namaz qilma oruc tutma, anama deyirki sənin başın xarabdir uşaqlarin başini xarab eləmisən ,mən durub atama söz qaytarsam mənə günah yazilarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər həddi-buluğ olmamısınızsa, oruc və namaz sizə vacib deyildir və bu halda(həddi-buluğdan oncə) valideyn sizə ibadət etməyə icazə vermirsə, onun sözünə əməl etməlisiniz.

Amma hər bir halda valideynə cavab qaytarıb, aqq valideyn olmaq icazəli deyildir.

Təşəkkürlər.
Sual: Bedenin biedeb yerlerinde olan ve ister istemez necis deyen tukler temizlenmelidir? Ne vaxtdan bir temizlenmelidir? Ne ile temizlenmesi dogrudur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Mütəmadi olaraq bədəni artıq tüklərdən təmizləmək bəyənilən işdir. Və bədənə zərəri olmayan hər hansı bir vasitə ilə bu tükləri aradan aparmaq olar.

Təşəkkürlər.
Sual: Menim kebinim yoxdu iki ovladim var yoldasima namehram sayilirammi? Namazim batil olurmur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər aranızda kəbin yoxdursa, bir-birinizə naməhrəm sayılırsınız. Məhrəm olmaq üçün gərək kəbin oxutdurasınız.

Amma(hətta kəbininiz olmasa da) namazlarınız batil deyildir.

Təşəkkürlər.
Sual: Salam,oruc tutmuşdum və həmən günü axşam saatlarında kitab oxuyurdum,orda elə bil səhnə oldu ki məndən aslı olmayaraq cinsiyyət orqanımda nəmişlik hiss etdim,orucunu batil olurmu ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan bilsə ki, təhrikedici kitab oxumaqla ondan sperma xaric olacaq və beləliklə (təhrikedici) kitab oxumaq insandan spermanın xaric olmağına səbəb olarsa, oruc batildir.

Əgər xaric olan rütubət sperma deyilsə, oruc batil deyildir.

Təşəkkürlər.
Sual: Salam burun kiçiltmə əməliyyatı günahdır ya yox
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əməliyyat zamanı haram baxış və haram toxunuşdan çəkinmək şərti ilə bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam burun kiçiltmə əməliyyatı günahdır kimi deyir günahdır kimi deyir günah.deyil
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir. Bu şərtlə ki, əməliyyat zamanı naməhrəmin haram baxış və toxunuşuna səbəb olmasın.

Təşəkkürlər.
Sual: salam aleykum. Zehmet olmasa tatto-doyme zamani hansi cür heyvanlarin və hansi cür naxışların şəklini döymə etmek icazelidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Fəsada səbəb olmayan şəkilləri tato(döymə) etmək haram deyildir.

Təşəkkürlər.
Sual: Hamiləliyin qarşısını almaq üçün sprial qoydurmaq icazelidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş öz özlüyündə haram deyildir. Amma işin gedişatında haram əməllərdən(məsələn: naməhrəmin insanın bədəninə baxması və ya başqasının insanın övrətinə baxması və.s) çəkinmək lazımdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı