www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Mübarək Ramazan ayında bir kişi gecə yari xanımı ilə cinsi əlaqədə olub, sonra da durub qüsulu alacağını istəyib, amma özüdə bilmədən həmin dəqiqə onu yuxu aparması, sonra ayılanda sübh azanin keçməsini görüb dərhal yenə qusul alıb oruc tutmasi. Düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, qeyd etdiyiniz şərt daxilində orucu düzgündür.

Təşəkkürlər.
Sual: SalMən səhər imsak etdim.5 deq sonra subh Namazina əzan verdi.menim orucum batildi.5-7deq imsak və sübh namazinin arasında fırq azdı
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər əzan vaxtında verilirsə(vaxtından gec verilmirsə) orucunuz düzdür.

Təşəkkürlər.
Sual: SalMən səhər imsak etdim.5 deq sonra subh Namazina əzan verdi.menim orucum batildi.5-7deq imsak və sübh namazinin arasında fırq azdı
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər əzan vaxtında verilirsə(vaxtından gec verilmirsə) orucunuz düzdür.

Təşəkkürlər.
Sual: Salam, xumsı adamın şəxsən seyyidlərə ödəməyi mümkündür ya vacibdirki təglid elədiyi müctehidin numayəndəsinə ödəsin?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xumsun seyyidmalı hissəsini, xums çıxaran şəxs özü müstəhəq(yəni ehtiyaclı və ehtiyat vacibə əsasən verilən xumsu günaha xərcləməyən) seyyidə verə bilər.

Təşəkkürlər.
Sual: Salam.Evvela uzr isteyirem sualima gore.Yoldawim elaqe zamani arxadan yaxinliq etmek isteyir,men gunah bilib icaze veirem.Quranda bu movzuda nece buyurulur,gunah emeldir ya beyenilmeyen emel? Birde qorunmag meqsedi ile arxadan elaqe etmek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Hər bir halda arxadan yaxınlıq, əgər qadının icazəsi olmadan baş verərsə ehtiyat vacibə əsasən haramdır. Amma qadının icazəsi ilə bu iş baş verərsə şiddətli kərahəti(məkruh, bəyənilməyən) vardır.

Təşəkkürlər.
Sual: Salam sualim mekarim sirazi aqayadi . 5 vacibatin icinde cihad var. Meselen vacibatlardan namazi valideyin deseki qilma elbetdeki qilmalisan bes valideynin tek ovladi varsa (oğlan) cihad emri gelse atanin icaze vermemek haqqi varmi? Neslim artsin diye bu cihad vacibatinnan ona getmeye icaze vermiye bilermi?
Cavab: Salam. Ayətullah Məkarim Şirazai-dəftərxana:

Əgər cəhbədə insana ehtiyac duyularsa və insanın cəbhəyə(cihad) getməməsi ordunun zəifləməyinə səbəb olarsa, bu halda valideynin icazə verməsi şərt deyildir və insan hətta valideynin icazəsi olmadan da cəbhəyə gedə bilər. Qeyd edildiyi kimi zərurət yaranmayıbsa, bu halda valideynin icazəsi şərtdir.

Təşəkkürlər.
Sual: Salam.aga .menim sualim belediki men otuc oldugum halda yeni agzim oruc idi.ve cox eseblesmisdim.ozumu cilovlaya bilmedim ve men basladim aile uzvlerime qargis etdim..amma hirsim soyuyanan sonra pesiman oldum.duzdu hamisina uzr istedim.amma mene ele gelir ki bu fayda vermez.men yenede oz borcumdan uzr istemekle cixdim.ve birde men qedr gecesinde yenede tovbe etdim ki,men gunah etmisem gunahimi allah bagislasin qargislarimi geri ceksin.indi menim sualim belediki menim ureyimde qalibdi.ve buna gore ozumu gunahkar hiss edirem.men ne edim.gunahim bagislansin.ozumu rahat hiss edim
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İnsan əgər günahlarına görə həqiqi tövbə edərsə Allah inşaallah bağışlayar.

Biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salamun Aleykum.1- İslam dininde kiminse Sureyya adi olub? 2-deyirler uwaga dini ad qoymadigda axiretde sorgu suala cekilirsen,bu ne derecede duzdur? 3-Dinimizde vacibdir uwaga dini ad qoymaq? Cox sagolunki sularimi cavabsiz qoymursuz,ALLAH sizden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Uşağa dini ad qoymaq vacib deyil, amma bəyənilən işdir.

Biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam. Bir xanım ərindən rəsmi şəkildə 2 ildir ayrılıb. Lakin təlaq verilməyib. Xanım başqa bir kişiylə müvəqqəti əqd edib. Müvəqqəti əqd oxuyanda kişi qadından boşandığını və təlaq verildiyini soruşub. Qadın da deyib ki, iki ildir boşanmışıq. Bir müddət müvəqqəti əqdlə yaşayıblar. Sonra təsadüf nəticəsində məlum olub ki, təlaq verilməyib. Həmin an münasibəti dayandırıblar. Bilmək istəyirdik, qadın o kişiyə əbədi haramdır, yoxsa birinci ərindən təlaq verildikdən sonra, 3 ay iddə saxlamaq şərtiylə yenidən müvəqqəti əqd bağlaya bilərlər?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər həm qadın və həm də kişi qadının başqasının əqində olmasından və həmçinin başqasının əqdində olan xanımla evələnməyin haramlığından xəbərləri olmadan, əqd bağlayıblarsa və aralarında da yaxınlıq baş verməyibsə, qadın birinci ərindən boşanandan və iddə saxlayandan sonra, ikinci əqd bağladığı şəxslə yenidən əqd bağlaya bilər. Amma yaxınlıq baş veribsə evlənə bilməzlər.

Qadın və kişi, yaxud onlardan biri qadının başqasının əqdində olduğunu və ya başasının əqdində olan xanımla izdivacın haramlığını bilibsə, bu zaman əqd bağlayıblarsa aralarında istər cinsi rabitə olsun, istərsə də olmasın(hər halda) onlar bir-birilərinə əbədi haram sayılırlar.

Təşəkkürlər.
Sual: Vacib namazları 5 vaxtda qılmaq daha əfzəldir yoxsa 3 vaxtda?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Gündəlik vacib namazları üç və ya beş vaxtda qılmaqda insan ixtiyar sahibidir. Amma hər namazı öz fəzilətli vaxtında(yəni beş vaxtda) qılmaq daha yaxşıdır.

Təşəkkürlər
Sual: Salam men vacub isim olduqundan seher tezden yasadiqim nenteqeden 50 km uzaqlasmaliyam iruc tuta bilerem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər yaşadığınız məntəqədən 20,5 km-dən uzağa səfər edəcəksinizsə, həddi-tərəxxüsü keçəndən sonra oruc tuta bilməzsiniz. Amma əgər səfərdə olarkən orucu batil edən bir iş görməsəniz və günorta əzanına qədər vətəninizə qayıtsanız, orucunuzu tutmalısınız.

(Əgər zöhr əzanına qədər yaşadığınız məntəqəyə qayıtmağı planlaşdırmısınızsa həmçinin orucunuzun da qəza olmasını istəmisinizsə, səfərdə olarkən orucu batil edən işlərdən çəkinin və zöhr əzanına kimi yaşadığınız məntəqəyə yetişsəniz orucunuzu tutun)

Təşəkkürlər.
Sual: SalamAleykum. Butun ehli beyti niyyet edib, 2 ruket namaz hediyye etmek olarmi? Ya tek tek qilinsin misal ucun : men deimki, mehemmed ve onun pak ehli beytne butun imamlarda olarla birlkde peygabmerlerde 2 ruket namaz hediyye edirem qurbeten ilellah olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İxtiyar sahibisiniz, hər birinə ayrı-ayrılıqda iki rəkət namaz qıla da bilərsiniz. Və ya hamısını niyyət edib(hamısına birlikdə) iki rəkət namaz da qıla bilərsiniz.

Təşəkkürlər.

Sual: Asalam aleykum ALLAH sizləri qorusun Səcdəyə gedərkən bilməyərəkdən möhürə sərt şəkildə toxunanda nə etməli?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xüsusi olaraq, nəsə etməyə ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam heyiz olmuş xanim qilmadigi namaz qezasini qilmalidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, qılmamalıdır.

Təşəkkürlər.
Sual: Salam aga .sualim. budurki qeza namazi olan sexs gece namzi qila biler.??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, qıla bilər.

Təşəkkürlər.
Sual: Qədr gecesi namazının qaydası necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qədr gecəsinin namazı niyyəti ilə iki rəkət namaz qılınır(sübh namazı kimi) bu fərqlə ki, hər rəkətdə həmd surəsindən sonra yeddi dəfə ixlas(qul huvəllah surəsi) surəsi oxunur. Namazı bitirdikdən sonra yetmiş dəfə "əstəğfirullahə və ətubu iləyh" zikri deyilir.

Təşəkkürlər.
Sual: Salam.Aga men bilmek istiyirem hergun yoldasi ile elaqde olan qadin hergun cenabet qusulu almasi vacibdirmi?Yoxsa arada teyemmum edib namaz qila biler?cavab ucun evvelceden tesekkur
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Boynunda cənabət quslu olan hər bir şəxs, yerinə yetirilməsi üçün quslun şərt olduğu işləri icra etmək üçün qusl alması vacibdir. Və qusl almağa şərait olduğu təqdirdə, qusl əvəzi təyəmmüm almaq olmaz. Qusl almağa şərait olduğu halda kimsə qusl əvəzi təyəmmüm alarsa, aldığı təyəmmüm batildir.

Təşəkkürlər.
Sual: Salam, gündəlik gəza namazlarını hansısa əməl əvəz edə bilər yoxsa yox,məsəl ücün, deyilənə qorə gədir gecəsi helə niyyətlə gılınan namazlar digər gəza namazların əvəz edir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Heç bir əməl qəza namazlarını əvəz etmir. Yalnız(qəzaya olan) namazın qəzasını yerinə yetirdikdən sonra, namaz insanın boynundan götürülür.

Təşəkkürlər.
Sual: Salamun əleykum. Namazda hərflərin düzgün tələffüzü diqqətimi o qədər məşğul edir ki, hüzuru qəlblə namaz qıla bilmirəm. Bəzən bir sözü dəfələrlə təkrar edirəm düzgün formada tələffüz etmək üçün. Bu halda vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Namaz qılarkən namazın vacib zikirlərini düzgün şəkildə tələffüz edilməlidir. Kimsə səhv tələffüz edirsə də gərək düzgün tələffüz etməyi öyrənsin. Əgər sözlərin düzgün tələffüz etməkdən çəkdiyiniz çətinlik diqqətinizi yayındırdığını düşünürsünüzsə, çox məşq edin və düzgün tələffüzə adət edin ki, namazda diqqətiniz sözlərin tələffüzünə yox, Allahla olan rabitənizə yönəlsin.

Təşəkkürlər.
Sual: Salam, babasil mazı Və yaxud sonradan xaricə çıxması dəstəmazı pozur? Hörmətlər
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, pozmur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı