www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam qadinin eri ile.dovlet nigahi var ama dini nigahi yoxdur o.qadinla bawqa kiwi mute ede bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər sizin həyat yolaşınız varsa və dini nikahınız yoxdursa, öz həyat yoldaşınızla dini əqd bağlayın.

Təşəkkürlər.
Sual: salam.opuwmek zina sayilirmi?kebinsiz 1 i ile?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Kəbin olmadan bu işi görmək haram olsa da, amma zina deyildir.

Təşəkkürlər.
Sual: Həyat yoldaşı qadının cinsi orqanını opurse və ya qadının onun cinsi orqanını öpməsini istəyirsə günah yazılır bunlara.?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş şəriətdə haram buyurulmayıb.

Təşəkkürlər.
Sual: opuwmek.zina saylirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Naməhrəmlə bu işi görmək haram olsa da, amma zina deyildir.

Təşəkkürlər.
Sual: Salam domino haramdirmi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qumar aləti sayılmırsa, oynanılması haram deyildir.

Təşəkkürlər.
Sual: Salam Aleykum Cenabet quslu ister vacib ister musteheb sekilde alan insan ayaqyoluna getdikden sonra quslu pozulur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, bu iş quslu batil etməz. Amma dəstəmazı batil edən bir iş görülərsə, bu zaman namaz və digər ibadətlər (ki, onları yerinə yetirmək üçün dəstəmaza ehtiyac var) üçün dəstəmaz almalıdır.

Ümumiyyətlə cənabət quslundan başqa, bütün qusullardan sonra namaz və digər ibadətlər (ki, onları yerinə yetirmək üçün dəstəmaza ehtiyac var) üçün dəstəmaz alınmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Niyyet gelecekden xeber almaq, cadu etdirmek olmasa ve hemin cadugərdən bir insanin zerer vermesi , cadu olunub olmamasini oyrenmek icazelidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Kimsəyə zərər yetirmək qəsdi olmadan, sırf cadu olunub və ya cadu olunmamasını öyrənmək qəsdi ilə cadugərin yanına getmək haram deyil.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Menim sualim bu curdur. Men kend yerinde yasayiram. Boynuma tez tez qusul gelir melumdu. Kend yerinde cetindir yandirmaq hamam. Bir yandanda tez tez cimende atam anam naraziliq edirki cox cimirsen xesdeleneceksen. Men ne edim. Hele vaxd olur ki, namaz qila bilmirəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Başqalarının narazılığı insanın qusl almamasına üzr sayıla bilməz.

Amma, qusl almaq üçün su qızdırmaq məşəqqətə(əzab-əziyyət) səbəb olarsa, bu halda qusl əvəzi təyəmmüm edilməlidir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Men nakolka vurmaq isteyirem çox hevesliyem onun hökmün bilmek isteyirem ve dini yazilar 313 ve s bele bir nakolkalar vururlar onlarin hökmü nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Nakolka vurmaq öz-özlüyündə haram deyildir və həmçinin 313 yazdırmaq da haram deyildir.

Amma dəstəmazsız toxunulması haram olan adları yazdırmaq isə bəzi müctehidlərin nəzərincə ehtiyata əsasən haramdır.

Təşəkkürlər.

Sual: salam təqlid eləməməy namazı batil edirki ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, əgər kimsə bilərəkdən təqlid məsələsinə biganə yanaşaraq təqlid etmirsə, bu iş onun ibadətlərinin batil olmasına səbəb olar.

Amma məsələni bilmədiyinə görə təqlid etməyibsə, aşağıdakı üç haldan hər hansı birində ibadətləri düz sayılar:

1-Etdiyi əməl həqiqətə uyğun olarsa,

2-Etdiyi əməllər ehtiyata uyğun olarsa,

3-Etdiyi əməllər indi vəzifəsi təqlid etməli olduğu müctehidin nəzərləri ilə uyğun gələrsə,

Təşəkkürlər.
Sual: salam.eger 1 qadin erine yaxinliq edmirse er bawqa qadinla muveqqeti nigah baqliya bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadının əri ilə yaxınlıq edib və ya etməməsindən aslı olmayaraq, kişi başqa xanımla müvəqqəti əqd bağlaya bilər.

Təşəkkürlər.
Sual: Salam, əlcəklə salavat cəkməyin hökmü nədir: məkruhdur, haramdır, savbdır yə nədir?
Cavab: Salam. Ayərullah Sistani-dəftərxana:

Bu işin əlcəklə və ya əlcəksiz görülməsində heç bir fərq yoxdur.

Təşəkkürlər.
Sual: Əgər heyz 12 gun olarsa onun necə günü heyz,necə günü istihazədi?bu istihazə vaxtı namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qadının heyzi vəqtiyyə(məsələn hər ayın əvvəli) və ədədiyyədirsə(məsələn 6 gün) bu halda 10-cu günə qədər səbr etməli, əgər 10 günə qan kəsilərsə bu qanın hamısını heyz hesablamalıdır. Yox əgər qan 10 günü keçərsə, heyz günlərinin sayı qədər olan müddəti heyzdən saymalı və qalanlarını isə istihazədən hesablamalıdır.

Həmçinin istihazə müddətində istihazənin hökmünə əməl edərək, namazlarını qılmalıdır.

Təşəkkürlər.
Sual: salam bir insan içki içənin dalıyca danışarsa bu qeybət qasıyılırki
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Aşkarcasına günah iş görənin aşkarda etdiyi günahı danışmaq haram deyildir.

Təşəkkürlər
Sual: Salam. Xums pulunu mescide vermek olar? Ve ya ziyaretgahlarda qoyulan nezir qutularina atmaq olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, olmaz.

Xums, ya müctehidin özünə, ya onun dəftərinə, ya da onun səlahiyyətli nümayəndəsinə verilməlidir.

Və ya müctehidin, onun dəftərinin və həmçinin müctehidin səlahiyyətli nümayəndəsinin icazəsi ilə müəyyən yerlərə (məscid, yoxsul insanlar, ehtiyaclı tələbə...) xərclənə bilər.

Təşəkkürlər.
Sual: Salam uzr isteyirem Istimna gunahi Dinde haramdir bilirem bes bundan qurtulmaq isteyirem amma bacara bilmirem qurtulmaq yollarinida bilirem amma emel ede bilmirem daha dogrusu nefsime qalib gele bilmirem bunun hokmu nedir bunun ucun ne edim? ele olur bir ara bu mende bas vermir birden bire bu gunah bas verir. birdeki bu Istimna sonsuzluq yaradir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu işdən çəkinmək üçün Allahı çox yad edin, Allahın əzabını tez-tez xatırlayın. Dualar oxuyaraq iradənizi möhkəmlədin. Hər bir halda bu günaha bulaşmamaq insanın ixtiyarında olan bir işdir.

Bundan əlavə bu iş insanın cisminə və ruhuna sarsıdıcı zərbə vurur. Beləliklə insanı dünya və axirət səadətindən uzaq salır.

Bu işin sonsuzluğa səbəb olub-olmaması tibbi baxımdan araşdırılmalıdır.

Təşəkkürlər.
Sual: Salam Aga.Men size iqtida eliyirem,Allah sizden razi olsun.Men bir seyi bilmek isterdim.cunki sizin izahli seriet meseleleri olan kitabinizda diqqetsizliyimden ola biler ki gore bilmemisem.Siqaret cekmeyin hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamnei-təşəkkürlər:

Əgər cana gözə çarpacaq həddə zərəri olmazsa, bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam uzr isteyirem suala göre namaz qilan xanimi öpende ona qusl gelmirki boynuna yeni destemaz alib namaz qila bilermi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanımı öpmək nə dəstəmazı pozur, nə də ki, quslu.

Əgər qabaqcadan dəstəmazı varsa həmçinin dəstəmazı və qüslu pozan başqa bir iş baş verməyibsə, həmən dəstəmazla da namazını qıla bilər.

Təşəkkürlər.
Sual: Salam əleykum Ağa. Materialı bilinməyən qayışla namaz qalmaq olar? Dəriyə oxşayır amma bilinmir nə dərisidi Təşəkkür edirəm Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər müsəlman bazarından alınıbsa, o qayışla namaz qılmaq olar.

Təşəkkürlər
Sual: Salam namaza təzə başlamışam, bilmək istəyirəm camaat namazında niyyət necə edilir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu şəkildə niyyət etsəniz kifayət edər:

"Hazır olan imama iqtida edərək "sübh" namazı qılıram, qurbətən iləllah"

"Sübh namazı"nın yerinə qılacağı namazı(məsələn: Zöhr və ya Əsr həmçinin Şam və ya İşa(Xiftən)) niyyət etməlisiz.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı