www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Alt paltarim sidikli qalsa bu günahdırmı? Ama namazdan qabaq təmizləyirəm. Yəni yalnız namazdan qabaq təmizləyirəm. Bu halda günah etmiş olurammi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Aleykum.1 sualım var. Molla nigahı pozulmadan başqası ilə ailə qura bilərəm ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanım birinci ərindən təlaq almamış başqasıyla ailə qura bilməz.

Təşəkkürlər.
Sual: Salamu Aleykum. Sevdiyin qadın ilə görüşüb hal əhval soruşub onunla mesajdaşmagın hökmü nədir ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər aralarında şəri əqd oxunmayıbsa və şəhvətə səbəb olacaq bir hal baş vermirsə bu iş haram deyildir.

Təşəkkürlər.
Sual: Qurban kesende ondan ozumuz yiye bilerik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 

Bəli.

Təşəkkürlər.
Sual: salamun əleykum bir suaala sizi narahat edirəm pişik nəcisdirmi??
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana: 

Xeyir.

Təşəkkürlər.
Sual: Allahın 99 adını ərəbcə ağ kağıza yazıb üsdümdə gəzdirə bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 

Bəli.

Təşəkkürlər.
Sual: Salam. Qəza namazlarını qılmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana: 

Bəli.

Təşəkkürlər.
Sual: Salam aga.eger bir ananin 3 ovladi varsa.4 cuyede hamile qalib.amma maddi imkanlari catmirki 4 cu uwaqda olsun.kirede yawayirlar.abort olarmi.2yaxud 3 heftelik.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana: 

Xeyir, haramdır.

Təşəkkürlər.
Sual: Salam. Mən dövlət maşını sürürəm mənə verilən yanacağın artlq qalanını satıram bunun hökmü nədir
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Haramdır.

Təşəkkürlər.
Sual: Salam kişi xristian qadınla siğə edərsə həyat yoldaşından icazə almalıdırmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana: 

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Aleykum ağa.. Bir qadının əri ilə cinsi münasibəti yoxdur..Bunu anası bacısı bir iki yaxını bilir sadəcə.Ürf bilmirki o evdə onun eriylə münasibəti yoxdur..O başqa kişiylə siğə duası oxudub münasibıt qura bilərmi?? Halaldır bu?? Üstəlikdə münasibət qurduğu kişinin ailəsində prablemlər yaradır.. Bu halal mütədir?? Minnətdaram ağam..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 

Ərindən təlaq almadan başqasıyla əqd oxuyarsa, bu iş həm haram sayılar, həm də ikinci kişiylə bağladığı əqd (istər müvəqqəti olsun, istərsə də daimi) batildir və bu mütə düzgün deyildir.

Təşəkkürlər.
Sual: Bismillahir Rəhmanir Rəhim. ƏsSəlamu Ələykum Ağa. Mənim başqa bir ölkədən siqaret alıb öz ölkəmə gətirib satmağımda işğal varmı ? Yəni siqaret alveri ilə məşğul olmağımın haramlığı varmı ? Ümumiyyətlə bu işlə məşğul olmaq olarmı ? Allah Sizdən razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 

Bu iş haram deyildir.

Təşəkkürlər.
Sual: salam sualim budur ki heyizli ve cenabet qusulu olarken quran oxumaqa icaze var tesekkuler
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Cənabət və heyz halında səcdə vacib olan ayələri oxumaq haramdır. Amma digər ayələri oxumaq haram deyildir.

Təşəkkürlər.
Sual: Salam. Xahis edirem Xameneyi aganin fikrini deyesiz.1. Bilmek istedim eger kisi qaldila arxadan ve ya agiz vasitesi ile cinsi elaqede olarsa sperma cixmadan yani bosalmadan elaqede olsa kisiye qusl dusur? 2. Ve eger kisi bosalsa yani qadinla arxadan olub bosalsa qadina qusl dusurmu. Evvelceden tesekkurler
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana: 

Əgər arxadan yaxınlıq edərlərsə bu halda spermanın xaric olması şərt deyil. Və hər ikisinin (kişi və xanım) boynuna cənabət quslu gəlir.

Ağız vasitəsi ilə edilən yaxınlıqda sperma xaric olmazsa qusl da gəlməz. Amma hər hansı halda insandan sperma xaric olarsa, həmən insanın boynuna cənabət qüslu gələr.

Təşəkkürlər.
Sual: Salam. Şərab icən insanin qurban boyun alib kesmeyi duzgundurmu?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Şərab içmək haramdır. Amma şərab içən şəxsin qurban boyun alıb və kəsməsinin bir müşkülü yoxdur.

Təşəkkürlər.
Sual: siqaret cekmek olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insana gözə çarpacaq dərəcədə zərəri varsa haramdır. Əks halda haram deyildir.

Təşəkkürlər.
Sual: İstimna günahdır ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş günahdır.

Təşəkkürlər.
Sual: Salam eleykum Aga.bir sual vermek isteyirem size. "Evlenmek istediyim qizin atasi qizinin menimle evlenmesine razilig,xeyir-dua vermiyibse,qizin atasi rehmete gedenden sonra onunla evlenmeyime icaze var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ata dünyadan köçəndən sonra, qızın icazəsi ata babasının(atasının atası) ixtiyarındadır. Baba icazə verərsə evlənə bilərsiz. Əgər baba da yoxdursa ixtiyar qızın öz əlindədir və atanın sağ ikən bu işə icazə verməməsi, atanın ölümündən sonra keçərli deyil.

Təşəkkürlər.
Sual: Əvvala Əssalamun Əleykum və Rəhmətullah Və bərəkətuh Ağa mənim evimdə bacim ağir xəstədir amma o xəstəlikdə keçicidir ata anam mənə vacib ramazan ayi orucunu qoymurlar ki, xəstəlik mənə də keçə bilər. Mən oruc tuta bilərəm yoxsa yox yəni ata anam qulaq yoxsa tutum orucumu
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Siz xəstəlik sizə keçməsin deyə ehtiyatınızı saxlamalı(qorunmalı) və orucunuzu da tutmalısız.

Təşəkkürlər.
Sual: Salam. Size bir sualim var. Yuxu zamani (Oruclu iken) cinsiyyet uzvunden 1 damla (sehvetsiz ve az miqdarda) sperma (meni) cixarsa qusl almaq lazimdirmi? Oruc pozulurmu? Qeyd edimki şehvetsiz.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər xaric olan maye mənidirsə(sperma) qusl almaq lazımdır.

Amma bu hal orucun pozulmağına səbəb olmaz.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı