www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Səlamun aleykum. Rəhbərin (h) Ayətullah Kamal Heydəri barəsində nəzərini bilmək istərdim .
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bağışlayın, biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Internete istemesende qarsina haram şekiller cıxır budamı haram olur baxanda
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Təsadüfən gözə görünməsi haram deyil. Amma baxmaq haramdır.

Təşəkkürlər.
Sual: Salam əvvəlcə Sizlərə bizim sualları dəyərli bilib cavablandırdığınız üçün öz dərin təşəkkürlərimi və istəklərimi çatdırıram. Yəhudi istehsalı olan mehsullari istifade etmek gunahdirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Yəhudi istehsalı olan malların istifadəsi haram deyil. Amma İsrail rejiminə fayda verən məhsulların istifadəsi haramdır.

Təşəkkürlər.
Sual: Energetik alkoqolsuz içkilərdən içmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Tərkibində haram qatqı yoxdursa içmək olar.

Təşəkkürlər.
Sual: Salam aleykum.kiraye evde namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: salam aleykum.aga banka borcu olan sexsin xums cixartmasi olar ? duzgundur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam.men uç uşaq anasiyam.gözel ailem var.24 ildi aileliyem,amma kebinim yoxdu.inden bele kebin kesdirsem olarmi?ve bu 24 illik kebinsiz aileli olmagim gunahdimi.kebin kesdirdikden sonra gunahim yuyulurmu.sag olun.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər kəbin məsələsindən xəbərsiz olubsuzsa bu halda ailəli olmağınız günah sayılmaz. Amma biləndən sonra kəbin oxunmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Kişinin xanımı hamilə olarsa xanımın hamiləliyinin hansı müddətinə kimi xanımla cinsi əlaqədə olmaq olar bu barədə şəri bir höküm varmı ? əgər yoxdursa onda hansı müddətə kimi məsləhətdir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu haqda xüsusi bir hökm yoxdur. Ana bətnindəki uşaq üçün təhlükəsi yoxdursa yaxınlıq etmək haram deyildir.

Təşəkkürlər.

Sual: Salam aga . Harama veya haram videolara baxdiqda cinsiyeyet orqanindan gelen mezidir ele deyilmi? Ve mezi geldikde qusl lazimdirmi?uzr istiyirem sualima gore
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, bu su məzi adlanır, pakdır və qusla da səbəb olmur.

Təşəkkürlər.



Sual: salam.aleykum aga bir sual vermek istiyirem 8mart qadinlar bayramini kecirmek olar yoxsa yox??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Olmaz, bu iş haramdır.

Təşəkkürlər.
Sual: Cox uzr isteyirem suala gore Kiwi oz qadinin agzi ile cinsi elaqede ola bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şəriətdə bu iş haram buyurulmayıb.

Təşəkkürlər.
Sual: Salam aleykum . Cadu etmek varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli cadu vardır. Amma bu işlə məşğul olmaq haramdır.

Təşəkkürlər
Sual: Qadın Anasının məzarını 5 gün sonra ziyarət edər
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, nəinki 5-gün sonra, ürəyi nə vaxt istəsə gedib ziyarət edə bilər.

Təşəkkürlər.
Sual: qadin anasinin vefatindan bes gun sonra mezarini ziyaret ede biler ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, nəinki 5-gün sonra, ürəyi nə vaxt istəsə gedib ziyarət edə bilər.

Təşəkkürlər.
Sual: salamun aleykum.momin bir wexs momine qadina elci duwse qadin yox demesi gunah sayilir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Aleykum.Sualim men yuxuda wehvetamiz yuxular gorurem.Ama ayilanda menden gelen weyin sperma yoxsa bawqa bir maye oldugunu anlaya bilmirem.Yeni gelen weyin ne oldugunu ayird ede bilmirem.Menim vezifem ele hallarda nedi ?Sistani aganin fetvasini bilmek istiyirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xaric olan mayedə məninin (sperma) əlamətləri varsa qusl alınmalıdır.

Əgər xaric olan mayedə məninin (sperma) əlamətləri yoxdursa və insan onun məni (sperma) və ya başqa maye olmağında şəkk edərsə qusl vacib deyildir.

Təşəkkürlər.

Sual: Salam aleykum.Hicabli xanim qeyri muselman xanimin yaninda hicaba riayet etmelidirmi? Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanımın (istər müsəlman istər qeyri müsəlman) yanında hicaba riayət etmək vacib deyil.

Təşəkkürlər.

Sual: Salam sizden cox xais edirem sualimi cavablandirasiniz ata ananin haqqi varmi mecburu oglu ureyleri isdediyinen oylendireler ve qizi ureyi isdediyine vereler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam.Qadin çarşaba keçdikdən sonra çarşabda qalması vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, Çarşabda qalmaq vacib deyil. Amma islamın buyurduğu şəkildə örtünmək vacibdir.

Təşəkkürlər.
Sual: Salam damno oynunu girov muqabilinde olnadan oynamağın hökmu nədir? Birde eytiyat vacib deylende muşdeyit ne demek istəyir bu halda mömun nə etməlidi oynamalidi yoxsa?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şərtlə (məsələn girov) bütün oyunları oynamaq haramdır.

Şərt (məsələn girov) olmadan domino oynamaq isə ehtiyat vacibə əsasən haramdır.

Ehtiyat vacibdən məqsəd budur ki, müctehid bu məsələdə qəti şəkildə fətva verməmişdir və verdiyi nəzər ehtiyata əsaslanıb. Belə bir halda müqəllidin vəzifəsi budur ki, ya təqlid etdiyi müctehidin buyurduğu həmin ehtiyata əməl etsin, ya da bu məsələdə fətva sahibi olan başqa ə'ləm müctehidə keçsin.

Təşəkkürlər.

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı