www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Uzum murebbesi sheri qaydaya uygun nece bishirilmelidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

O qədər qaynamalıdır ki, üçdə ikisi aradan gedib, üçdə biri qalsın.

Təşəkkürlər.
Sual: Salam dovlet bankina pul qoysam onun faizi halaldır ya haram ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər müsəlman ölkəsinin dövlət bankıdırsa gərək pulu banka qoyanda əlavə pul alacağınızı şərt etməyəsiniz və bankın verdiyi əlavə pulun yarısını sədəqə çıxardıb, qalan yarısını istifadə edə bilərsiz.

Amma əgər müsəlman olmayan bir ölkənin dövlət bankıdırsa əlavə olaraq verilən pulun hamısını istifadə edə bilərsiz.

Təşəkkürlər.
Sual: Salam.Dəstnəmaz alarkən əlin suyun altından keçirtmək (məsələm krantdan) düzgündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 

Bəli.

Təşəkkürlər.
Sual: Salam.Musiqi dinləməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər musiqi eyş-işrət məclisinə uyğundursa haramdır. Yox əgər eyş-işrət məclisinə uyğun deyilsə halaldır.

Təşəkkürlər.
Sual: Salam. Borcu olan şəxs xumus verə bilər ya yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli verə bilər. Borclu olmaq xumsu insanın boynundan götürməz.

Xums gününə qədər borcunuzu qaytarsanız, əlavə qalan məbləğə xums düşər.

Təşəkkürlər.
Sual: Salam, eyer bir bakirə qızın nə Atası nə də babası ( atasının atası) həyatda deyilsə əqd üçün kimdən icazə almaldı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Belə olan halda şəri baxımdan kimdənsə icazə almaq ona vacib deyil. Kiminlə evlənməydə özü ixtiyar sahibidir.

Təşəkkürlər.
Sual: Salam aleykum, yaşi 35 şi keçmiş bakirə bir qadin Atası dünyadan köçübsə o əqd (kəbin ) üçün kimdən icazə almaldı ? İcazə almasi şərtdimi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 

Əgər ata babası (atasının atası) həyatdadırsa ondan icazə almalıdır. Əgər o da dünyasını dəyişibsə, kimdənsə icazə almağı şərt deyil.

Təşəkkürlər.
Sual: Bilmədən qarninda balası olan heyvanın kəsilməsinin kəffarəsi nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Kəffarəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam cinsi elaqe zamami qoruyucu vastelerden istifade etmrk olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam aleykum Mən istimnanın hansı zərəru halda haram olmadığını öyrənmək istirem. Mən oğlanam lakin qarşı cinsə hec hevesim yoxdur, sıyğə etmek istemişem amma qadınlardan iyrenirem, nece defe hekime müraciət etmişəm yenədə alınmayıb , öz cinslərimə maraqım olur, günah sebebindende hec vaxt onu düşünmürem, bu yerde günaha düşmemek qorxusundan hevesi azaltmaq üçün istimna haram olar? Əvvəlcədən təşəkkür edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İstimnanın insanın cisminə olan zərərlərindən əlavə insanın ruhuna da çox mənfi təsiri var.

Və istimna mütləq şəkildə haramdır.

Təşəkkürlər.



Sual: Salam. Önceden tewekkür edirem. Bir qadın öz mehremiyle danwb wehvetlenir ve ondan gelen su pak olur qüsula sebeb olurmu? Yeni aralarında heç bir wey olmadan. Çox xahiş edirem deqiqliyiyle melumat vererdiz. Her danişanda qüsul pozula biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xaric olan su pakdır və qüsla səbəb olmur.

Təşəkkürlər.
Sual: Salam. 1. Krivetka yemək olarmi? 2.Əhli-sünnəni musəlman qardaşimiz olaraq görməkdə bir problem varmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Bəli yemək olar.

2-Xeyir bu işin heç bir problemi yoxdur. Əksinə onları elə müsəlman qardaşlarımız kimi görməliyik.

Təşəkkürlər.
Sual: Salam aleykum Adidas markası geyinmək günahdır? Bəzi videolar gördüm orda deyilir ki, Adidas tərsinə çevirəndə ALLAH yazılır buna inanmaq düzdürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Adidas markasını geyinmək öz-özlüyündə haram deyildir. Amma yuxarda qeyd olunanlar həqiqətdirsə və bu markalı paltarı geyinmək Allah kəlməsinə ehtiramsızlıq sayılarsa, geyinilməsi haramdır.

Videoya gəldikdə isə əgər həqiqətən "Allah" yazısının yazıldığı isbat olunarsa inanmaq olar.

Təşəkkürlər.
Sual: Sevgi mahnılarına qulaq asmaq haramdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər mahnı eyş və işrət məclislərinə uyğundursa dinlənilməsi haramdır.

Təşəkkürlər.

Sual: Hamile qalmamag ucun qadina spral qoydurmag olarmi? Usag dunyaya getirmek qadinin ruhsal sagligina ziyan vurursa eyer?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli olar.

Təşəkkürlər.
Sual: Tatuirovka( hemiwelik doyme) haramdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salamun aleykum. 1. Mənim işlədiyim yerdə su ogurluqdur. O sudan dəstəmaz və istifadə etmək olar ya yox? 2. İş yerimdə kənar yerdən gəlib namaz qılanlar var onlara da deməliyem ki, həmin sudan dəstamaz və başqa işlər üçün istifadə etməsinlər ya yox? 1-ci Allahın hökmüdür bilirəm amma suyun ogurluq oldugunu insanlara bir şəkildə desəm müdürü ifşa etməli olacam mən necə qərar verim?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1- O sudan nə dəstəmaz nə də başqa işlərə görə istifadə etmək olmaz.

2- Bunu başqalarına demək sizə vəzifə deyildir.

Təşəkkürlər.
Sual: Siğənin etməyin icazəli olduğu hansı Quran ayəsində göstərilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Nisa surəsi 24-cü ayədə.

Təşəkkürlər.
Sual: Salam. Cenabet qusulu nece alinmalidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qüsl alan şəxs cənabət qüslunu Allahın əmrini yerinə yetirmək məqsədilə:

a) əvvəlcə başını və boynunu,

b) sonra sağ çiynindən dabanadək bədənin sağ tərəfini,

c) sonra sol çiynindən dabanadək bədənin sol tərəfini yumalıdir.

Göbəyin və cinsiyyət üzvünün sağ yarısını bədənin sağ tərəfi ilə, sol yarısını isə bədənin sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı olar ki, göbək və cinsiyyət üzvü bütövlükdə, bədənin hər iki tərəfi ilə yuyulsun.

Bədənin üç hissəsinin (baş-boyun, sağ tərəf və sol tərəf) tamamilə yuyulduğuna əmin olmaq üçün hər bir tərəfi yuyan zaman bir qədər o bir tərəfdən də yumaq lazımdır.

Təşəkkürlər.
Sual: Bismillahir Rəhmanir Rəhim Salam. Mən sentyabr ayının 1-ni xüms ilinin başlanğıc günü kimi təyin etmişəm.Yanvar ayından etibarən bir miqdar pul yığmışam ki, minik alam.Amma sentyabr ayının 1-nə çox az vaxt qalıb.Bilmək istəyirəm.Xüms günü bu yığılan pulun xümsün çıxartmalıyam ya bir il tamam olduqdan sonra yəni yanvarın 1 nə qədər gözləməliyəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xums ilinin başlanğıcı günu (sentyabrın biri) pulunuzun xumsunu çıxarmalısınız.

Təşəkkürlər.

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı