www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Xumusun cekin teleb etmey vacibdi yoxsa ehtiyac yoxdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir. Tələb etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum. Mən orta məktəbdə oxuyuram.Orada mənə təzyiq göstərirlər ki, üzümü ülgüclə qırxım.Mən nə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər üzünüzə ülgüc vurmadan məktəbə getməyə davam edə bilərsinizsə ülgüc vurmamalısız. Əgər heç bir vəchlə ülgüc vurmamaq alınmırsa məcburiyyət qarşısında üzünüzə ülgüc vurmağın bir haramlığı yoxdur.

Təşəkkürlər.
Sual: Salam əleykum. Öncədən üzr istəyirəm. Qadınların uşağlığ yoluna spiral deyilən bir şey qoyulur. Bunun şəri cəhətdən haramlığı varmı? Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir. Haram deyil.

Təşəkkürlər.

Sual: Möhürlə namaz qılmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Torpağa, daşa, həsir və torpağdan bitib yeyilən və geyilən olmayan, məsələn ağac kimi əşyaların üzərinə səcdə etmək vacibdir.

Amma mütləq şəkildə möhürə səcdə etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Ayaq yas olarsa mash cakmak olar, yoxsa qurumalidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qurudulmalıdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum.1.Siqaret çəkməyə tovbə etmək duzgun sayilir ? 2.Eger duzgun sayilirsa onu pozmagin keffaresi nedir ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər siqaretin insanın canına gözə çarpacaq dərəcədə zərəri varsa çəkilməsi haramdır.

Əks halda çəkilməsinin haramlığı yoxdur və halal olan işdən tövbə etməyin də mənası yoxdur.

Həmçinin halal bir işə edilən tövbəni pozmağın kəffarəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam Aleykum Mən bir gəncəm və hal hazırda nə evlənməyə,nə də mütə etməyə fürsətim yoxdur.Cinsi məsələlərdə sıxıntım var.Mənə nə məsləhət görürsüz ?.İstimna və ya nəyəsə müfaxazə etmək qətl olaraq haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İstimna haramdır. Müfaxəzə insanın öz halal xanımından başqası ilə haramdır.

Təşəkkürlər.
Sual: Salam menim valideynlerim mene Ilahe adi qoyublar. Amma men bu adin gunah olduğunu esitmisem. Indi cox narahatam. Men ne etmeliyem? Adimi deyisdirmeliyem yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İlahə adını qoymaq günah deyil.

Təşəkkürlər.
Sual: Salam bakire qiz atadan icazesiz kebin kesdirerse duzgun sayilirmi? Ve sonradan qanuni nigaha girdikden sora o kebin halal sayilirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Bir-birlərinə halal olmaları üçün qızın atasının ya da ata babasının(atasının atası) razılığı alınmalıdır.

Təşəkkürlər.
Sual: Исламда орал ве анал сексе мунасибет
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanımın icazəsi olmadan anal yolla cinsi əlaqə haramdır. Əgər icazə verərsə də belə bu iş məkruhdur.

Oral yolla cinsi əlaqə haram deyil.

Təşəkkürlər.
Sual: Salam. Peyğəmbər (s.a.v)-in Ayın(Qəmər) iki yerə bölünməsi ilə bağlı Qurani Kərimdə ayə nazil olubmu və hər hansı tarixi qaynaqlarda bu hadisə haqqında məlumatlar varmi? Əvvəlcədən Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qurani-Kərimin mübarək Qəmər surəsinin 1 və 2-ci ayələri Peyğəmbərin(s) bu möcüzəsinə bir başa işarə edir.

Həmçinin islam tarixi kitablarında bu möcüzə haqqında məlumat vardır.

Təşəkkürlər.
Sual: Camaat namazindaki siralarin arasındakı mesafesi ne qeder olmalidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bir normal addımdan çox olmamalıdır.

Təşəkkürlər.
Sual: Salam aleykum iwimi boyutmek ucun bangdan pul goture bileremmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər iş zəruri deyilsə, ona görə bankdan pul götürmək olmaz.

Təşəkkürlər.
Sual: Salam əleykum. Kitab əhlinin kəsdiyi heyvanın ətini yeməy olarmı? Həmçinin süd məhsullarını.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Kitab əhlinin kəsdiyi heyvanın əti haramdır.

Süd məhsullarına gəldikdə isə əgər nəcis olduğuna yəqiniviz yoxdursa istifadə etmək olar.

Təşəkkürlər.
Sual: Salam cinsi elaqede olan zaman qoruyucu vastelerden isdifade etmek olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam enerji içkisi yani məsələn hell içmək haramdır ? Çünki üzərində taurin olduğu yazilib.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər tərkibinndə spirt, yeyilib-içilməsi haram olan maddə yoxdursa halaldır.

Təşəkkürlər.
Sual: Salam Bir ana uşağına süd verir və bu yaxınlarda yenidən hamilə olduğunu öyrənib o süd verməyə davam edə bilər yoxsa süd verməni dayandırmalıdır ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər bətndəki uşağa zərəri yoxdursa verə bilər.

Təşəkkürlər.
Sual: Salam Aga. Bir qadin aileli olub kebin kesdirib 6 aydan sora ayrilib yoldawindan. 4 ilden sora qadin bir bawqasiyla aile qurub onunla da kebin kesdirib. İndi bu ikinci yoldawinin kebini duzgundurmu? Yoxsa birinci kebini sildirmelidi? Qeyd edim ki, (birinci yoldawiyla hec cur mumkun deyil uz-uze gelsinler) ne etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər birinci yoldaşından təlaq almayıb, ikinci dəfə ailə həyatı qurubsa, ikinci evləndiyi şəxslə bağladığı əqd düzgün deyildir və ikinci həyat yoldaşı ona əbədi olaraq haramdır.

Belə bir halda o xanım birinci yoldaşından təlaq alandan sonra ikinci dəfə başqa biriynən evlənə bilər.

Qeyd edək ki, hətta təlaq aldıqdan sonra da təlaq almamış əqdinə girdiyi adamla yenidən evlənə bilməz.

Əgər birinci həyat yoldaşı ilə heç cür əlaqə saxlaya bilmirsə, ya müctehid ya da nümayəndəsinə müraciət etməlidir.

Təşəkkürlər.
Sual: Salam, Azerbaycanda olan mominlerin indiki vezifesi nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Vəzifələr insanların istedadlarına və tutduqları mövqelərinə görə fərqlidir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Gundelik vacib Namazim qezaya qalibsa ve onnan sonra gelen vacib Namazin Azani oldusa, birinci qeza namazi qilinmalidi yoxsa birinci vacibi qilinir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İlk olaraq hər hansını birinin qılınmasında ixtiyar sahibisiz.

Amma yaxşı olar ki, ilk olaraq vaxtı daxil olmuş namazı qılıb sonra qəza namazını qılasız.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı