www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum.Aile daxili problemler qadinin eri ile yola gede bilmemesi ,onun istediyi sekilde her bir ehtiyacini odememesi ve odesede minnetle etmesi ve bu her zaman problemlere sebeb olursa, dozulmez hal alirsa ve imanina tesir edib zeifledirse və.s kimi bosanmaya icaze verilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ümumiyyətlə təlaq vermək bəyənilən bir iş olmasa da haram deyildir. Sadaladığınız problemlərə gəldikdə də kişi təlaq verməkdə ixtiyar sahibidir.

Təşəkkürlər.





Sual: Salam. Sünniləri musəlman qardaşi olaraq görmək olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Bismillahir Rəhmanir Rəhim.Saç əkdirmək və burun estetikası hansı hallara haram və hansı hallarda halaldır ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Saç əkdirmək və burun estetikası öz-özlüyündə halaldır, bu şərtlə ki, əməliyyat zamanı naməhrəmin baxmasına və toxunmasına səbəb olmasın.

Təşəkkürlər.





Sual: Salam. İstemeden namehrem biri hicablı birinin sacını gorerse, haram olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanımın bilərəkdən saçını naməhrəmə göstərməsi və həmçinin naməhrəmin onun saçına baxması haramdır. Amma bilməyərəkdən xanımın saçı görsənərsə və ya kimsə təsadüfən onun saçını görərsə, bu haram deyildir.

Təşəkkürlər.
Sual: Bir momin iw yerinde bawci iwdeyirse ve iwcilerin qelbini qirirsa, aci daniwirsa, bu ne derecede duzgun? Şerietle ele davranma haqqi varmi? Bawci olduguna gore.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu rəftar düzgün deyildir.

Şəriət ona bu haqqı vermir.

Əgər bu rəftarı başqalarlnın haqqına girmək sayılarsa haramdır.

Təşəkkürlər.
Sual: Salam. Hicabli xanımın yoldasiyla bərabər dənizin insanlar çox olmadığı yerinə getməyi gunahdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Harama düşmə təhlükəsi varsa getməməlidirlər. Əgər bu iş hicaba ehtiamsızlıq sayılarsa yenə də haramdır.

Təşəkkürlər.

Sual: Salam, bağışlayın, xanıma dırnaq uzatmaq olarmı? Bunun heddi varmı? Xamenei ağanın reyini bilmek isteyerdim. Önceden teşekkurler.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanıma dırnaq uzatmağın bir iradı yoxdur, bu şərtlə ki, ürfün nəzərində qeyri-adi olub, diqqəti çəkməsin.

Amma hər halda əgər zinət sayılarsa, gərək naməhrəmdən gizlədə.

Təşəkkürlər.

Sual: Tovbe nece edilir? Gunahlarin bagiwlanmasi ucun tovbe etmek isteyirem amma qaydasini bilmirem. Sizden xahiw edirem etrafli izah edin.Allah sizden razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Tövbə yəni insan Allah dərgahında etdiyi günahlardan peşiman olsun, bir daha həmin günahı etməyəcəyinə qərar versin və Allahdan bağışlanmaq istəsin. Əgər kimdəsə öz günahına nisbət bu halət baş verərsə, o, artıq tövbə etmiş sayılır.

Təşəkkürlər.
Sual: Salam . Mənim 44 yaşım var bu gunə kimi heçbir evlilik heyati qurmamışam (bakirəyəm).Bundan sonra da evleneceyimi guman etmirəm.Ailəm ilə birlikdə yaşayıram.Hərçənd evlənməyə çox ehtiyacım var fəsada düşməkdən qorxuram.Müvəqqəti nigah üçün atamdan icazə alabilmərəm.İnanmiramki valideyinlərim məni anlasın.İcazə almadan (mütə) edə bilərəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bakirə xanımın kiminsə əqdinə (istər daimi, istərsə də müvəqqəti) girməsi üçün, ehtiyat vacibə əsasən xanımın atasının və ya ata babasının (atasının atası) icazəsi şərtdir.

Amma Xamnei ağa icazəni ehtiyat vacibə əsasən şərt bildiyi üçün, siz edə bilərsiz bu məsələdə icazəni şərt bilməyən digər bir müctehidin (məsələn Şübeyri Zəncani) buyurduğuna əməl edib, icazə almadan evlənəsiz (istər daimi, istər müvəqqəti).

Təşəkkürlər.
Sual: Nerd oynamaq haramdirmi? Bele meselelerde meyar nedi?Onuda deyimki, bizim bolgede nerd oynayan qumarbaz sayilmir.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qumar aləti sayılmırsa oynanılması halaldır.

Belə məsələlərdə meyar ürfdür.

Təşəkkürlər.

Sual: Hansisa bir iwde bir momin starwidi lakin iwcilerin qelbini qirir normal davranmir ve iwcilerin nifretini qazanir. Insan qelbi qirmaq insan nifreti qazanmaq onun ucun ne derecede duzdur? iwde bunu elemek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Başqalarının qeyri normal davranıb onların qəlbini qırmaq düzgün deyil. Əgər bu iş onların haqqına girmək həddində olarsa, haramdır.

Gərək bu əməlindən çəkinsin.

Təşəkkürlər.

Sual: Destemaz alarken iki defe yumaq halal ise niye uc defe yumaq destemazi batil etmir ama haramdir? Qeyd edimki sunnilerin uc defe yudugunu gorurem ve deyirler haram deyil.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu məsələ müctehidin hədisləri araşdırmasından əldə etdiyi nəticədir. Şəri məsələlərdə müqəllidin vəzifəsi təqlid etdiyi müctehidin buyuruğuna əməl etməkdir.

Əgər dəstəmaz alarkən sol əl üç dəfə yuyularsa bu iş haram olmaqdan əlavə həm də dəstəmazı batil edir. Amma dəstəmazın (dəstəmaz üzvlərini üç dəfə yuyarkən) batil olmaması fəqət üz və sağ əlin üç dəfə yuyulmasına aiddir.

Təşəkkürlər.
Sual: 1) 1 teyammum hem destamazi ve hemde qusulu evez edirmi? 2) Canabet qusulu boynuna dusmurse, cimennen sonra destamaz almamaqa gore cenabet qusulu vermek olarmi? 3) Namazi 3 vaxta qilmaqin bir hokmi varmi? Yani evdar xanimdirsa ve 5 namaz qilmaqa imkani varsa, 3 vaxta qilmaqin bir gunahi varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1- Özündən sonra dəstəmaza ehtiyac duyulmayan qusulların əvəzinə alınan təyəmmümdən sonra dəstəmaza ehtiyac yoxdur.

2- Xeyir olmaz.

3- Xeyir. Namazı üç vaxt qılmağın heç bir günahı yoxdur (Üç vaxt dediyimiz əslində elə Quranın buyurduğu beş baxtdır, sadəcə biz üç vaxt deyəndə zöhrlə əsr və şamla işa arasında vaxt fasiləsinin az olmasını nəzərdə tuturuq).

Təşəkkürlər.
Sual: Salam, men namazlari mecidde camaat ile birlesdirirem, amma evde olanda ara verirem, zohr ile esrin arasini 2-3 saat kecer qiliram, sam ile işa arasini 1saat 30 deqiqe fasile verirem, bu duzqundu? Mucteyidlerin hansilari bu cur qilirlar? Mene deqiq yazin, eyer ara versen namazin fezileti aradan qetmir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu işin heç bir iradı yoxdur və fasilə verməklə namazın fəziləti aradan getmir. Zöhr əzanından təqribən 2-saat 30-dəqiqə sonra əsr namazının fəzilət vaxtı başlanır. Şam əzanından təqribən 1-saat sonra işa namazının fəzilət vaxtı başlanır.

Təşəkkürlər.
Sual: Salam.Mən Namaz qılıram. Dırnaq qoydurmaq və lak çəkmək olarmı? Yuxarı hissəsində yer qalarsa dəstəmaz almaqa mane olmaz ki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş dəstəmaza manedir. Hətta dırnağın yuxarı hissəsində yer qalsa belə yenə dəstəmaza manedir.

Təşəkkürlər.
Sual: Salam men bildiyime gore ateistde qiz vermek haramdi. Eledirse hz Eli(e) niye qizi Ummu Gulsumu xelife ile evlendirdi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İlk olaraq bunu qeyd edək ki, Əlinin (ə) Ummu Gülsümü Ömərə ərə verməsi tarixdə ixtilaflı bir məsələdir. Bir çox tarixçilərin nəzərinə görə belə bir hadisə baş verməyib.

İkincisi Ömər ateist olmayıb.

Təşəkkürlər.
Sual: Salam..Mene bir qizil hediyye olunmuwdu bir muddet istifade etdim amma artiq son 3-4 ildirki istifade etmirem kiwiye haram olduqun yeni oyrenmiwem bu halda menim vezifem nedir o qizili ne etmeliyem ? Bir sualimda var xaiw edremki bu barede mene yol gostererdiz cox-cox uzr isteyrem men istimra etmeyeceyem diye tovbe etmwdim amma bir necedefe tovbemi pozdum ve yeniden tovbe etdim qorxuramki yene tovbemi pozam ne edimki tamam uzaqlasim xaiw yol gosterdiz Allah razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər istəsəz onu sata və ya başqa cür istifadə edə bilərsiz. Amma qızıl üzük kişiyə haram olduğuyçün barmağınıza taxa bilməzsiz.

Bir ildən artıq istifadə etmədiyiniz üçün ona xums da düşür.

İstimna islam şəriətinə görə haramdır. Bu işdən uzaq olmaq üçün tez bir zamanda evlənməyiniz (daimi ya müvəqqəti) məsləhətdir. Allahın əzabını xatırlayın və Allahı çox zikr edin.

Təşəkkürlər.

Sual: Destemaz bolmesinde yazilib ki, uzu bir defe yumaq vacib, 2 dəfə musteheb, 3 dəfə haramdir. 3-ü dəfə yuyanda destemaz batil olur ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzü və sağ əli dəstəmaz qəsdi ilə üç dəfə yumaq dəstəmazı batil etməz. Amma sol əli üç dəfə yumaq məshi batil etdiyi üçün dəstəmaz da batildir.

Təşəkkürlər.
Sual: Zəhmət olmasa cavablandirardiniz: Qadinlar namazda təkbir deyərkən əllər nə vəziyyətdə olmalidir: qulaq dibinə qədər, ya ciyin səviyyəsinə qədər qaldirilmalidir? Allah razi olsun Sizdən.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Müstəhəbdir ki, təkbir deyərkən əllər qulaq səviyyəsinə qədər qaldırıldın.

Təşəkkürlər.
Sual: Salam. Əgər anam Seyiddirsə, və yaxud nənəm Seyiddirsə, mən də Seyid sayılırammı? Deyillər, Seyid sayılırsan amma xums vacibdir, bu düzdürmü? Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Belə bir şəxsə seyyidlərə edilən ehtiram edilməlidir. Amma seyyidlərə məxsus olan əhkam ona şamil olmaz, o cümlədən xumsun "seyyid malı" qismini ona vermək olmaz.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı