www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Nezir deyilen qocun etinden ev sahibi yeye bilermi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli yeyə bilər.

Təşəkkürlət
Sual: Salam eleykum.Qurbanliq keci almisam anadangelme tekenin xayasinin biri yoxdur.Bele olduqda bu heyvani nezir qurbani kesmek olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli kəsmək olar.

Təşəkkürlər.
Sual: Assalamu Aleykum. Bir Şəxs var qurani cox gozel bildiyini bilirik. Lakin bu şəxs ayələri başqa cür yozmaqla Bütün Müsəlmanları çaşdırmaqla məşğuldur. Quranın ayələrinə müxtəlif mənalar verir, Quranın izahını sırf məntiqə və ağıla bağlayaraq, şərh edir, müqəddəs quranın bəzi ayələrinin dəyişdirildiyini öz məntiqinə uyğun olaraq isbat etməyə çalışır, Peyğəmbərlərə ehtiyac olmadığını deyir. Heç bir peyğəmbərin möcüzə göstərmədiyini iddia edir, Hicabın vacib olmadığını Donuz ətinin quranla halal olduğunu, İçkinin mübah olduğunu, Namazın Orucun Həccin vacib olmadığını deyir 12 məsumun məsumlugunu inkar edir və onların günahı olduğunu təbliğ edir. Mələklərin Cinlərin varlığını inkar edir. Quranın Allahın yox Hz Muhəmməd s tərəfindən yazıldığını iddia edir. və sair kimi fikirlərlə muselman cəmiyyəti arasında ayrılıqlar və azdırmalarla məşğuldur. Ətrafına az da olsa şəxs toplaya bilib. Onu dəfələrlə məscidlərdən qovmushuq dəfələrlə müsəlmanlar tərəfindən döyülsə də əməllərini yerə qoymur. Belə bir şəxsin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər inkar etdiyi bu məsələlər dinin zəruriyyatı olduğunu bilirsə və bunları inkar edirsə, nəcisdir.

Təşəkkürlər.
Sual: Salam..bilirik ki qadın öz mehriyesini kişiye sülh ede biler. Eqdde şert ede bilerki kişi başka qadınla izdivaca girmesin..kişi bu şerte emel etmelidi..eger kişi bu şerte emel etmese yeni evli ola ola başkasıyla izdivac ederse bu zina hökmündedirmi?yoxsa qadın mehriyesinde bunu şert etmesine baxmayaraq yenede kişiye başkasıyla etdyi siğe halaldırmı?..Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Kişi bu şərtə əməl etməli və başqası ilə izdivac etməməlidir. Əgər bu şərtə əməl etməzsə, əhdini pozduğu üçün haram iş görmüş olar. Amma ikinci dəfə evləndiyi xanım ona halal sayılır.

Təşəkkürlər.
Sual: Salam aqa bizim Dinde musiqi haramdir yoxsa mekruhdur? ? Xaiw edirem cavablandirasiniz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər musiqi eyş-işrət məclisinə uyğundursa haramdır. Yox əgər eyş-işrət məclisinə uyğun deyilsə halaldır.

Təşəkkürlər.
Sual: Kimsə cenabet qusulu almağı unudulub ve namaz qilinibsa bu namazlar sayilir yoxsa qezasi qilinmalidir.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Namaz batildir və qusl alındıqdan sonra yenidən qılınmalıdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum,men aileliyem,hal hazirda ishlemirem,yoldashimin maashi ile dolaniriq,amma o xums vermir.Evde hamimiz namaz ehliyik,amma xums verilmeyen bir ibadet ne qeder duzgundur ki? Çox narahatam, yoldashimi da xums vermeye mecbur ede bilmirem. Men ozum ishlediyim vaxt oz maashimdan xums vermishem, amma mene deyildi ki,bu duzgun deyil,yoldashim vermelidi.Suali genish yazdiqim ucun uzr isteyirem.Menim bele halda vezifem nedir? Çox teshekkur edirem,Allah(c.c) her zaman Yardimciniz olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xanımın kişinin yerinə xums verməsi ilə kişinin boynundan xums götürülməz.

Sizin o evdə yemək yeməyiniz haram deyil.

Çalışın münasib dillə həyat yoldaşınızı dini məsələləri icra etməyə təşviq edin.

Təşəkkürlər.
Sual: Gecə namazı nece qılınır və nece reket dir? gecə namazını 2 reket qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Bundan sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələrinin oxunması bəyəniləndir, amma qünut tutulmur.



Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələrinin oxunması müstəhəbdir. Sonra qünut tutulur. Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rabbi və ətubu iləyh"), 7 dəfə "haza məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Başqa duaları da oxumaq olar. Qünutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.

Kimsə istəyərsə gecə namazından hətta iki rəkət də qıla bilər.

Təşəkkürlər.
Sual: Salam.Mən namaz qılmazdan əvvəldən bədənimdə nakolka var.Bu halda dəstəmaz və qüsl alıram(dəstnamaz alınan hissələrimdə var nakolka).Hökmü nədir? və nakolkaya çox həvəsim var yenə vurdura bilərəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Nakolka vurmaq öz-özlüyündə haram deyil. Amma əgər bu nakolka dəstəmaz və qusulda suyun dəriyə çatmasına maneçilik yaradarsa, dəstəmaz və qusuldan öncə maneə aradan qaldırılmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Sheri vezifemi bilmek isteyirem,aileliyem ,yoldasimla ayri yasayiram,anam bir muddetlik bize geldi qaldi sonra bizimle yashamaga basladi,indi yoldasim menide usaqlarida goturub xarici olkeye yasamaqa getmek isteyir,,amma anami aparmir,mende getsem anami apara bilmesem anam tek qalacaq qeyd edimki menden basqa heckimi yoxdur,tekdir,evide yoxdu kiraye qaliriq bir yerde tek ovladda menem,amma getmesemde yoldasim tek gedecek ve menden uz donderecek,anaminda xasiyeti qelizdi basa dusmez meni,mende yoldasiml getmek isteyirem amma insafim hem Allahdan qorxum yol vermir anami qoyub getmek menim indi vezifem nedir?men ne etmeliyem?yoldasimla getsem anam qalsa anam uz donderecek ama getmesem yoldasim uz donderecek men ne edim?dini cehetden ne etmeliyem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadının vəzifəsi həyat yoldaşına tabe olmaqdır. Əgər qadın həyat yoldaşı və anasını razı salıb, anasını özü ilə apara bilərsə bunu etməlidir. Həmçinin qadın anası üçün xidmətçi tuta bilərsə, imkan daxilində bu işi də görə bilər.

Əgər bu işləridən heç birini edə bilmirsə və heç vəchlə ortaq məxrəcə gələ bilmirlərsə, xanımın boynuna anasıyla bağlı bir vəzifə gəlmir.

Təsəkkürlər.
Sual: Ailə həyatı quranda tərəflərin fikri ciddidirsə kişi qadının bədən üzvlərinə hansı həddə kimi görə bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınla ciddi qəsdlə evlənmək istəyən şəxs onun barədə məlumat əldə etmək üçün üz, əl və saçlarına ləzzət qəsdi olmadan baxa bilər. Kişi bunu o vaxt edə bilər ki, bu barədə məlumatlı olmasın və qadının evliliyə narazı olacağını bilməsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadın 15 ildir ərindən ayrıdır. Bunların dini nigahı pozlur yoxsa əqdi kişi pozmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, əqd pozulmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mübarək ramazan ayının qəza orucunu tutan şəxs bilərəkden orucu batil edərsə həmin oruca kəffarə düşürm?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Zöhr azanından öncə orucunu aça bilər, lakin zöhr azanından sonra orucunu batil edərsə kəffarə də vacib olacaq. 10 kasıba 1 müd təam (750 qram arpa, buğda və.s.) verməlidir. Buna imkanı çatmasa 3 gün oruc tutmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Rükuda "subhanə rəbbiyyəl əzimi" əvəzinə "əla" deyib caşıram. Yeniden düzəldib deyirəm. Bu düzdür? Belə olanda səhv səcdəsi gərəkirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Düzdür və səhv səcdəsinə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum hansi musiqiler haramdi ve halaldi??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Allahı insana unutduran, fəsad məclislərinə uyğun olan musiqilər haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qadın və kişi öz aralarında,yəni şahid olmadan siğe edə bilərlərmi? Siğə duası necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, şahidsiz kəbini oxumaq olar. Qaydası isə belədir:



Əgər kişi və qadın özləri qeyri-daimi əqdinin siğəsini oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin:

زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ

«Zəvvəctukə nəfsi fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum». Ondan sonra etina ediləcək fasilə olmadan kişi desin:

قَبِلْتُ

«Qəbiltu» əqd səhihdir. Əgər başqasını vəkil etsələr, əvvəl qadının vəkili, kişinin vəkilinə desin:

زَوَّجْتُ لِمُوَكِّلَتِى مُوَكِّلَكَ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ

«Zəvvəctu muvəkkiləti muvəkkiləkə fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum».

Sonra fasiləsiz kişinin vəkili desin:

قَبِلْتُ التَّزْوِيجَ لِمُوَكِّلِى هَكَذَا

«Qəbiltut-təzvicə limuvəkkili hakəza» əqd səhih olar.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bilə bilə özündən sperma xaric etmək günahmıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salamlar bir xanım var 4 ildir ayrılmağına baxmayaraq, dövlət nigahyla kəbini mücdehid nümayəndəsinə müraciət edərək bu yaxında geri oxunbsa iddə məsələsi gözlənilməlidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, təlaqdan sonra iddə mütləq gözlənilməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Səfərdə olduğum müddət bütöv qılınası namazımı 2 rükət 2 rükət qılmalıyammı, yoxsa elə 2 rükət qılsam kifayət edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 2 rükət qılmağınız kifayət edir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir nəfər mənim yanımda tanımadığım adamın adını çəkərək onun söhbətini edirsə qeybət sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu hal qeybət hesab olunmasa da, əgər kiminsə haqqının dapdanmasına səbəb olursa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı