www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Susmaq orucu tutmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bimək isteyirəm namaz əsnasında insandan biixtiyar yel xaric olursa namaz batildir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən bir dəfə paltar oğurluq etmişəm , sonra səhv əməl etdiyimi başa düşüb. birdə oğurluq etməyə töbə etmişəm. Bu paltarları nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sahibini tanıyısınızsa hər hansı bir yolla özünə qaytarın. Əks halda tövbə edib, sahibinin adından ehtiyaclılara verin.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs namaza dayanıb, amma qibləni əyri dayanırsa ona iqtida edib namaz qilmağın hökmü necədi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əyriliyi namazın batil olmasına səbəb olursa iqtida etmək olmaz. Bilərəkdən qiblədən fərqli dayanmaq və ya yanlışlıqla qiblədən tam sağ və ya sol tərəfə dayanmaq namazın batil olmasına səbəb olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Evdə və ya məsciddə azan və iqaməsiz namaza başlamaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar, lakin azan və iqamə çox vurğulanan müstəhəb əməldir.

Allahdan uğurlar diləyirik!
Sual: Yaradan su (şirə kimi) gəlir qan yox. Mən belə namaz qila bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qan olmadığına əminsinizsə pak hesab olunur və maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam dırnaq boyası ilə qusul ya da dəstəmaz almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədənə çatmasına maneədirsə aradan aparılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Bakirəliyi əldən getmiş qadınla atasında icazəsiz mütə niqahı etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bakirəliyi halal yolla aradan gedibsə onunla müvəqqəti evlənmək üçün atasından icaəz almağa ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir şiə bir müddət təqlid etmədən namaz qılıbsa namazları qəbuldur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi müctəhidin fətvasına uyğun olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, «Minhac» da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Döymə (tattoo) günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə harahm deyil, lakin qüsul və dəstəmaz suyunun bədənə çatmasına mane olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Üzü təraş etmək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üzü saqqal deyilməyək qədər həddə qırxmaq icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, axar suda yulan hər hansı parçanı sıxıb təkrar yumaq lazımdır, yoxsa bir dəfə yumaq kifayətdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər nəcasətin eyni yoxdursa pak hesab olunur və ikinci dəfə yumağa ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Evli kişi subay qızla siğə edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat-vacibə əsasən, subay (bakirə) qızla müvəqqəti və ya daimi əqd üçün atasının icazəsi şərtdir.

Allahdan uğurlar diləyirik!
Sual: Bir neçə dəfə zina etmiş qadınla siğə etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qadın xalq içində zinaya məşhur deyilsə maneəsi yoxdur. Əgər bu adla məşhurdursa ehtiyact-vacibə əsasən o tövbə etməmişdən öncə onunla evlənmək olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər oruc tutmuş şəxsin damağından çoxlu qan axsa, orucu batil olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər damaqdan axan qanı udmazsa, oruc batil olmur.

Allahdan uğurlr diləyirik!
Sual: Əgər bir şəxs vəfat etsə, onun orucunun kəffarəsini kim verməlidir? Onun kəffarəsini vermək onun oğullarına və qızlarına vacibdirmi, yoxsa başqa şəxs də onu verə bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ataya vacib olan kəffarə əgər seçim edə bilmək şəklində olarsa, yəni onun həm oruc tutmağa və həm də yoxsula təam verməyə qüdrəti çatırdısa, bu təqdirdə əgər kəffarəni irsdən götürmək mümkündürsə, irsdən götürülür. Əks təqdirdə, ehtiyata görə orucu tutmaq böyük oğula vacibdir.

Allahdan uğurlr diləyirik!
Sual: Əgər bir şəxs gələn ilin Ramazan ayı çatanadək bu ilin Ramazan ayının orucunun qəzasını tutmalı olduğunu bilməyib, orucun qəzasını tutmasa və təxirə salsa, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Mükəlləf bu məsələni (yəni gələn ilin Ramazan ayı çatanadək bu ilin Ramazan ayının orusunun qəzasını tutmalı olduğunu) bilmədiyinə görə qəza orucunun “təxir fidyəsi” onun boynundan götürülmür.

Allahdan uğurlr diləyirik!
Sual: Əgər mən boynumda olan qəza oruclarını tutub-tutmadığıma şəkk etsəm, vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər boynunuzda qəza orucunun olduğuna ilk əvvəldə yəqinliyiniz var idisə, vəzifənizi yerinə yetirdiyinizə əmin olana qədər qəza orucu tutmağınız vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır.

Allahdan uğurlr diləyirik!
Sual: İsrailin istehsal etdiyi məhsulları idxal etmək və bazara çıxarmaq olarmı? Əgər bu iş əlacsızlıq üzündən görülərsə, bu məhsulları satmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İslamın və müsəlmanların düşməni hesab olunan sionizm rejiminin xeyrinə olan ticarətlərdən çəkinmək gərəkdir. Heç kimə icazə verilmir ki, onların istehsal və satışından gəlir əldə etdikləri məhsulları bazara çıxarsın. İslama və müsəlmanlara olan ziyan və təhlükələrinə görə, müsəlmanların bu məhsulları almasına icazə verilmir.

Allahdan uğurlr diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı