www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam zinaya məşhur olan biri ile mute nigahi baglamaq olarmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat vacibə əsasən haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam,mene marketde islemek teklif olundu, sadece olaraq marketde araq satilir. Muselman olaraq orda islemek ve maas almaq haramdir yoxsa halal
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Səlam aleykum.Xanımın Dərs Alması Üçün Naməhrəm Müəllimin evinə getməsi Düzgün sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Fəsad, şəhvət və günah qorxusu olarsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadin kəbini pozdurmadan (təlaq oxudurmadan) başqasi ilə kəbin kəsdirə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haramdır və ehtiyat-vacibə əsasən əbədi haram hesab olunurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum.Evli birinin bawqa müsəlman qadinla sige etməsi haramdi ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər xanım heyzli olarsa ər onunla yaxınlıq etsə lakin mənini xaricə töksə bu iş haram sayılır yoxsa yox ? Yəni bu əlaqə heyzli haram əlaqə sayılmırki ? Yəni kişi qadının heyzli günlərində bu cür xaricə tökməklə cima edə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadının adət halında onunla yaxınlıq etmək haramdır. Kişi bu əməlinə görə tövbə etməli və ehtiyat-müstəhəbbə görə kəffarədə verməlidir. Əgər yaxınlıq ilk 3 gündə baş veribsə 18 noxud ağırlığında qızıl, ikinci 3 günlükdə baş veribsə 9 noxud ağırlığında qızıl, üçüncü 3 günlükdə olarsa 4.5 noxud ağırlığında qızıl ödəməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum 1gün orucu bilərəkdən pozmağın kəffarəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 30 günü dalbadal olmaqla 60 gün oruc tutmaq və ya 60 fəqiri doyuzdurmaq.

Allahdan uğurlar diləyirik!
Sual: Sünni şiə arasında İxtlaf salan söhpətlər haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlmanların arasında ixtilaf yaranacaq addımlardan çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Heyz olan zaman ramazan orucu qəza sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.İstibradan sonra özündən aslı olmadan gələn mayenin pak olub olmadığına şübhə edən bir nəfərin vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mən ev almaq üçün pul yığıram yani bir neçə ildir. Bilmək istərdim mənə xumus nə qədər vacibdir və nə qədər verməliyəm.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ev insanın gündəlik yaşam ehtiyaclarından birdir və onu almaq üçün toplanılan pula xums düşmür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim Orucluqdan sonra toyum idi isdəsəmdə valdeyinlərim Oruc tutmağa qoymadıki arqlıyırsan halsız olasan gələn il tutasan, çünki qanım çox aşağıdı deye baş gicələməm olur. Bu halda Orucumun qəzasını necə tutmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Halsızlıq və baş gicəllənməsi oruc tutmamağa səbəb deyil. Qəzadan əlavə kəffarə də vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Təqlidi dəyişməyin hökmü nədir?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Əgər təqlid etdiyiniz müctehid yeni seçnək istədiyiniz müctehiddən daha elmlidirsə (ələmdirsə) təqlidinizi dəyişə bilməzsiniz. Bunu seçmək üçün mütəxəssislərin rəyinə müaciət etməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Qüslu pozan şeylər nədir?
Cavab: Salam. Ayətuallah Xamenei-dəftərxana: Məninin (sperma) xaric olması və cinsi yaxınlıq.

Allahdan uğurlar diləyirik!
Sual: salam oruc tutan adam hamanda cimek olarmi
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İslamda çarşabın rəngi qara şərtdirmi yəni başqa rənglərdədə çarşab geyinməy olarmı?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Nəzəri cəlb etməyən rənglərdə ola bilər. Lakin qara ən münasib rəng hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim boynumda qul haqqı var. Ona desəm fəsad törənə bilər. Nə etməliyəm?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Əgər qarşı tərəfə maddi ziyan dəyibsə onu gizli də olsa ödəyin və tövbə edin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əsr namazını şam azanına qədər qılmaq olarmı?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Əsr namazı gün batdığı zaman qəza olur (şam azanından təxminən 20 dəqiqə qabaq)

Allahdan uğurlar diləyirik!
Sual: Mən evliyəm.İkinci bir qadınla evlənə bilərəmmi?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Bəli, icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Ramazan ayinin gunlerinin birinde bilərəkdən oruc tutmasam menim vezifem nedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəzadan əlavə kəffarə də icra olmalıdır. Ya 30 günü dalbadal olmaqla 60 gün oruc tutmaq, ya 60 fıqiri doyuzdurmaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı