www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, mən bir yerdə oxumuşdum ki ailəli olan kişinin qazandığı pul ailəyə (qadınına və uşaqlarına da) məxsusdur. Qadının qazandığı pul isə sadəcə özünə məxsusdur. Qazandığı puıu ailəsiylə bölüşsə daha yaxşı olar, amma etmədiyi təqdirdə belə haram sayılmır. Sadəcə oxuduğum mənbəni tapa bilmirəm. Bu məsələnin şəri hökmü nədir?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Şəriətə əsasən kişi öz ailəsinin nəfəqəsini (yemək, içmək, geyim kimi ehtiyaclarını) ödəməlidir. Amma qadının pulu olsa belə onu kişinin öhdəsinə düşən ehtiyacları üçün xərcləməsi vacib deyil.

Təşəkkürlər.
Sual: Salam Aga.İnsanda yatarkən pollusiya baş versə ona günah yazilirmi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, günah deyil.

Təşəkkürlər.
Sual: Rühani və tələbə xarici maşın cip sürə bilər?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər israf sayılmazsa öz-özlüyündə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Menim sualim qusul haqqindadi birinci suyu hansi istiqametde tokmey lazimdi, sag, sol yoxsa bas
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qüsl alarkən əvvəlcə baş və boyun tamamilə yuyulmalıdır. Sonra vacib ehtiyata əsasən bədənin sağ tərəfi sonra sol tərəfi tamamilə yuyulmalıdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sualıma gorə üzr isdeyirəm .Məndə her zaman yapışqan ağ bezen seffav birsey ixrac olunur ama cox az bu mənidirmi ?məninin hokmu nədir?meni destemaz gerektirirmi? destəmazımı aliram namazımı qilib bitirdikden sonra yoxlayıram her defe, yene gelmis olur tezden destəmaz alib namazımı qılıram ama yene hemin sey gelmis olur men her defe destəmaz almalıyammı? Tesekkurler.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər şəhvətlə və sıçrayışla xaric olursa və xaric olandan sonra bədəndə boşalma halı baş verirsə, mənidir və qüsl etmək lazımdır. Lakin bu üç əlamətdən heç biri yaxud bəzisi olmazsa məni hökmündə deyil və pakdır, dəstəmazı da batil etmir. Amma xəstə insanda yalnız şəhvətlə xaric olması onun məni hökmündə olması üçün kifayətdir.

Təşəkkürlər.
Sual: Salam.Destemaz zamani basha mes cekdikde vacibdirmi alina kimi (tuk biten yere kimi) cekilsin? yoxa bawin ortasinda qabaqa kim kifayyetdir? her destemaz aldiqda sacimin ucu su olur ona gore destemazda shekke duwurem ki mesh suyu qariwdi.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Alına qədər məsh etmək vacib deyil və başın üst hissəsinə məsh etmək kifayətdir.

Təşəkkürlər.
Sual: Salam. Bizim ailə kəbinimizi vilayəti fəqihi vilayəti fəqih kimi qəbul etməyən bir şiə ruhani kəsib. Mən isə vilayəti fəqihi tam olaraq qəbul edirəm. Sualım budur ki, bu kəbin batildir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Kəbniniz düzgündür.

Təşəkkürlər.
Sual: Salam tato qola vurmaq haramdır ?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Şəri cəhətdən öz-özlüyündə haram deyil. Lakin Allahın, peyğəmbərin (s) və məsum imamların (ə) adlarını, Quran ayəsi və qeyri əxlaqi şəkil və yazılar yazdırmaq olmaz. Həmçinin onu naməhrəm şəxslərə göstərməklə günaha düşmək və ya qarşı tərəfi günaha salmaq qorxusu olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: salam Aga. Cənabət qüslunu necə alirlar?.və niyyəti necə edirlər, cənabət qüslu alanda,.ümmumiyyəıtlə qüsl nece alinir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qüsl alarkən əvvəlcə baş və boyun tamamilə yuyulmalıdır. Sonra vacib ehtiyata əsasən bədənin sağ tərəfi (çiyinlərdən ayaq barmaqlara qədər) tamamilə yuyulmalı, daha sonra sol tərəf bu şəkildə yuyulmalıdır. Niyyət isə hər qüsla uyğun olaraq edilir, məsələn, "cənabət qüslü edirəm qürbətən iləllah"

Təşəkkürlər.
Sual: Salam Aga.Size iki sualim var. 1 ci- erotik filmlərə, pornoqrafik,və s kinolara baxmaq olar? 2 ci- zehinden,aglindan,cinsi əlaqə kecdise və yaxud təsəvvür edirsən cinsi əlaqəni günahdimi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Xeyir, olmaz, bu iş haramdır.

2. Əgər insanı günaha sövq edərsə öz ixtiyarı ilə günahı düşünməməlidir.

Təşəkkürlər.
Sual: Salam. Mən bayaq toyuq kəsdim. Səhv etmirəmsə dilini də tutdum ki, hülqumu qaçmasın. Amma sonradan şəkk yarandı ki, deyəsən dilini tutmamışdım.Hülqumu da o səbəbdən ola bilər qaçıb.Amma əlimlə tutmuşdum. Şəkkimə etina etməliyəmmi? Vəzifəm nədir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şəkkinizə etina etməyin.

Təşəkkürlər.
Sual: Salam.Üzür isdeyirem sualıma görə.Oglanla oğlan arasında cinsi əlaqə levat sayılır.Yəni belə başa düşək zina etmiş kimi.Bəs cinsi əlaqədə olmadan sadəcə mazaqlaşaraq məsələn öpüşərək və surtusərək boşalmaq nə sayılır?.Yəni bunun da günah olduğu məlumdur amma yeni levat sayılmır ki? Necə ki,yazırsız qadınla cinsi əlaqədə olmadan sadəcə mazaqlaşaraq və öpüşərək qurtaranda zina sayılmır ancaq günah olduğunu bildirmisdiz.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu da livat sayılmır. Amma haram bir əməldir.

Təşəkkürlər.
Sual: Salam Əleykum Əqər üzün bir nöqtəsinnən qan çıxarsa dəstəmaz pozularmı
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Dəstəmaz aldıqdan sonra yaxud dastəmazda üzü yuduqdan sonra üzdən qan çıxarsa dəstəmaz batil olmur.

Təşəkkürlər.
Sual: Salam həddi buluğa çatmamış şəxsin qəza orucu olsa müstəhəb oruc tuta bilər?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Həddi buluğa çatmayan uşağa oruc tutmaq vacib deyil. Buna əsasən onun qəzası da yoxdur. Bu halda müstəhəb oruc tuta bilər.

Təşəkkürlər.
Sual: Salam, üzr istəyirəm sualıma görə,Kişi bədənin tüklərini təmizləyə bilər,15 yaşli yeniyetmə və ümumiyyətlə kişilər təmizləyə bilər bədənin hər hansı bir yerində olan tükləri?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, təmizləyə bilər.

Təşəkkürlər.
Sual: Salam Dirnağa Boya vurub Destamaz alsaq Duzgundurmi ?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu və bu kimi suyun dəriyə yaxud dırnağa çatmasına mane olan hər bir şey dəstəmaz üçün maneə sayılır və dəstəmazdan əvvəl onu aradan aparmaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam.Suzə 2 sualım var. 1)Bir nəfər nişanlı olarkən nişanlısı ilə ara-sıra görüşüb mazaqlasirmis.Amma həmin vaxtlarda aralarında dini kəbn kəsdirməmisdilər.Bilmək isdiyirdin ki,aralarında cinsi əlaqə olmayıb sadəcə öpüşüb və tam açıqlamaq istəmirəm yəqin ki başa düşürlər nə demək istədiyim mazaqlasirdilar.Bular nişanlı olduqlarına görə elə başa düşüblər ki bu olara haram sayılmır və nə də ki, böyüklərdən bunu olara başa salan olmayıb.Bir müddətdən sonra evlənəndən sonra aralarında artıq nigah bağlanıb və keçmişdə etdiklərinin düzgün olmadığını anlayıb və əməllərinə görə tövbə ediblər.Bu nişanlı qız və oğlanın elədikləri zina sayılır yoxsa sadəcə haram iş gördüklərinə görə günahkar sayılırlar?Yeni ki,zinakar sayılırlar yoxsa yox? 2-ci sualım budur ki,Təzə evlənən cütlük toy gecəsi yaxınlıq ediblər və səhərisi gün onlara aralarında kəbn oxutdurmaq yatdarinnan çıxıb.Əslində buların kəbnlərini qardaşı oxutdurmalı idi.Lakin qardaşı səhlənkarlıq eliyib və kəbini oxutdurmayib.Amma həmin cütlüyün bunan xəbəri olmayıb və qardaşına arxayın olublar ki,kəbnleri oxunub.Səhərisi gün gedib kəbn oxutdurublar.İndi həmin cütlüyün artıq 2 uşağı da var.Bilmək isdəyirdim ki, buların nigahı düzgündürmü və bu uşaqlar zinadan əmələ gəlmiş sayılmırlar ki? Bu cütlük bir birilərinə haram sayılırlar yoxsa yox?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Zina sayılmır. Həmçinin etdikləri işin haram olduğunu bilmədikləri üçün günahkar hesab olunmurlar.

2. Onlar bir-birinə haram sayılmırlar və övladları da halalzadə hesab olunur.

Təşəkkürlər.
Sual: Destemazin alinma qaydasi
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Sualınızın cavabı çox genişdir. Dəstəmazın alınma qaydasını və digər hökmlərini təfsilatı ilə öyrənmək üçün risaləyə müraciət etməyiniz məsləhət görülür.

Təşəkkürlər.
Sual: Salam .Mən sizi Azərbaycandan narahat edirəm.Xaiş edirəm bu ilki ramazan bayramı haqda məlumat verəsiz.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Ayətullah Üzma Seyid Əli Sistaninin dəftərxanasından verilən rəsmi məlumata əsasən 14 may mübarək Fitr bayramına təsadüf etdi.

Təşəkkürlər.
Sual: Salam fitrə pulunu mən tanımadığımız ankoloji xeste uşağın kart hesabına göndərdim daha sonra dedilər ki bu düzgün deyil gələ fitrə ələ verilsin bu haqda məlumat almaq isteyirdim
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Kartdan karta fitrə zəkatı niyyətilə pul göndərmək icazəli deyil. Lakin borc niyyətilə fəqirin yaxud vəkilin kartına göndərin, pul kartdan çıxarılandan sonra fəqir şəxs özü sizin tərəfinizdən onu fitrə zəkatı olaraq qəbul etsin, yaxud vəkil olan şəxs sizin tərəfinizdən fitriyyə niyyətilə fəqirə çatdırsın.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı