www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Hansı namazlarda harda səsli harda səssiz qılınır namaz ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kişilər üçün Sübh, məğrib və işa namazlarının Həmd və surələri uca, zöhr və əsr namazlarının Həmd və surəsi isə asta səslə qılınmalıdır. Qadınlar da zöhr və əsr namazlarının Həmd və surəsini asta tələffüz etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən namaz qılanda paltarım nəcis olur, prostat problemim var. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özünüzü və paltarı paklamaq çətindirsə həmin paltarla namaz qılıb, növbəti namaz üçün paltarınızı dəyişin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Enerji içkilərindən və kofedən istifadə etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Günorta yatdım, duranda boynuma qüsul gəlmişdi. Məğrib azanından qabaq qüsul alsam.orucum batildir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, orucunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılarkən öskürmək namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, lakin əgər hansısa kəlmənin düzgün tələffüz olmamasına səbəb olubsa yenidən düzgün olaraq tələffüz etmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Oruc olan halda ağzı su ilə yaxalamaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Özümə müctəhid seçməyim vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, lazımı özılliklərə sahib olan ələm müctehidə təqlid etmək vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum.Kəbin kəsdirməyə kimlər getməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kəbin kəsdirməyə kiminsə getməsi vacib deyil. Qızın atasının icazəsi kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən imtahanlarla əlaqedar olaraq Bakıdan rayona gedirəm. Bu zaman orucum necə olur? Yolda müəyyən kilometrdən sonra açmalıyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zöhr namazından sonra çıxsanız orucunuz düzgündür. Həmçinin zöhrdən qabaq çıxıb, zöhr azanına qədər vətəninizə geri qayıdırsınızsa orucunuz düzgündür. Əgər zöhr azanı zamanı müsafir olsanız orucunuz batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Yaxınlıqdan dərhal sonra qadına qüsl vermək mənfi təsir edirsə nə etməli?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cinsi yaxınlıqdan sonra dərhal qüsul vermək vacib deyil. Namaz və digər ibadətlər üçün qüsul alınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim dostum ramazan ayı başlayandan oruc tutur. Ona işləmək üçün fürsət yaranıb və bu iş ağır iş olduğu üçün O oruc tutmasa və qəzalarını sonra tutsa olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşin ağır olması oruc tutumamağa səbəb deyil. Oruc tutmazsa qəzadan əlavə kəffarə də yerinə yetirməlidir. Ya da, şəri məsafəni qət edib, orucdan və kəffarəsindən yayına bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam,orucluq vaxtı sistem iyne vurmaq olar? Bu orucu pozur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.

Allahdan uğurlar diləyirik!
Sual: Mən universitetdə oxuyuram mən oxumaq üçün qaldığım yerdə gedib 10gündən az qalacağımı bilsəm namazımı qəsr qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər vətəniniz deyilsə bəli qəsr qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Xəbərim olmadan dişimin dibindən çıxan qanı udmuşamsa orucum pozulurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yanlışlıq olubsa batil olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qüsullu halda yatıb qalmışam. Sübh azanından sonra oyanmışam. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər oyanmaq qəsdi ilə yatmısınızsa orucunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Evli xristian gadınla siğə etməy olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, zina hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: allahin salamı olsun sizlərə.mənə həkim oruc tutmaga icazə vermir.mən nə etməliyəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər mütəxəssis həkim bunu deyirsə və sözlərinə də etimad olunasıdırsa sizə oruc vacib olmur. Orucluqdan sonra sağalsanız qəzasını tutmalısınız. Yox əgər növbəti orucluğa qədər sağalmasanız qəza vacib deyil və hər gün üçün 750 qram arpa, buğda və ya digər yeyinti məhsullarını kasıba verməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mən dünən oruc niyyəti ilə yatdım və budilniki qurdum.Yatıb qalmışam səhura durmamışam.Mən oruc sayılıram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, orucunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mənim ödümdə qatılaşma gedir.Her gün səhər ağzımda tam olduğundan istər istəməz yuxudan ayılırdım. Durub zeytun yağı içib yatırdım.Yoxsa ağızdaki tam getmirdi və o tamla yuxuya getmek bele qeyri-mümkündür. İndi isə oruc tuturam və səhər 7-8 olan kimi o tam ilə yuxudan oyanıram ağzımı yaxalayıb yuxuya gedirem və yene 5-10 dəqiqə sonra o xoşagəlməz tama göre istəmədən yuxudan ayılıb yene ağzımı yaxalayıram.Bir sözlə sübh namazından sonra yatıb saat 7də dururam.Demək olarki yuxusuz qalıram.Belə səhhətlə oruc tutmaq olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sağlamlığınıza ziyanı yoxdursa tutmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: İstimna ilə orucunu pozan şəxsin vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəzadan əlavə kəffarə də verməlisiniz. Ya 60 gün oruc tutmalı (30 günü dal-badal), ya da 60 acı doyuzdurmalısınız.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı