www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Oglanın qaşının ortasını almaq və ya qırxmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur, lakin əgər ürfün nəzərində qəbahət hesab olunursa çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. Adı İsrail olan xurma almışam. Sualım bundan ibarətdir ki, Ramazan ayında bu xurmadan istifadə etmək olarmı? Və həmçinin nəinki ramazanda ümumiyyətlə hər zaman istifadəyə icazə varmı?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu xurmanı yeməyinizin özü-özlüyündə haramlığı yoxdur, lakin bu ərzağın islam düşmənlərinə məxsus olduğuna əmin olsanız onu almağınız şəri cəhətdən icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Hicablı qadının hündürdaban geyinməsi olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəmin diqqətini cəlb edəcək səviyyədə və ya digər fəsadlara səbəb olsa icazəli deyil. Həmçinin zinət hesab olunsa da geyinmək olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən qüsul alırdim, alandan sonra gördüm ki, sinəmdə yara vardi qanayırdı. Qusul bu halda batil olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qanın axması qüsulun batil olmasına səbəb olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sualım budur ki bir kəsin qeybətin etmək Haqqun- nasdandır yoxsa Haqqullahdan?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir yöndən haqqun-nas, bir yöndən haqqul-lahdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şam namazının 3-cü rükətində hansı surə oxunur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazların üçüncü və dördüncü rükətlərində ya təsbihati ərbə deyilməli, ya da yalnız Həmd surəsi oxunmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən hansısa xristian ölkəsindən dəri ayaqqabı, remen, kurtka kimi geyim alsam, ama bilmesemki nə dərisidir və ya bilsəm məsələn inək dərisidir onu geyinməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:Əgər satıcı müsəlman deyilsə və dərilərin təbii olduğuna əminsinizsə nəcis hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam internət vasitəsiylə xarici azğın kinolara baxmaq haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Fəsad və günaha səbəb olan, insanın şəhvət hissini oyadacaq filmlərə baxmaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. qadınla siğə edib yaxınlıq etdikdən sonra müddət bitəndən sonra həmən qadınla birdə siğə etmək olar ? Yoxsa qadın müddət gözləməlidi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli olar. Əgər başqa biri ilə əqd oxutdurmayıbsa iddəyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Meyxana baxmaq olar? Və meyxana demək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Meyxananın özü özlüyündə maneəsi yoxdur, lakin əgər haram musuqi və ya mənasız sözlərlə birlikdə olsa ləhv və ləib hökmünə daxil olaraq haram hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Stadionun pulu 40 manatdır. Uduzan komanda bu pulu verəcək şərti ilə oynamaq icazəlidir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Gecə namazlarının qunutunda ana dilimizdə dua etmək olar&
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən ildə bir neçə dəfə atamın və özümün doğulduğu rayona səfər edirəm. Lakin daimi yaşadığım şəhər ora deyil. Bilmək istəyirəm həmin rayonda mən namazı necə qılmalıyam? Səfər niyyəti ilə və ya tam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər oralı hesab olunursunuzsa namazlarınızı adi qaydada qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bakirə olmayan qadiınla müvəqqəti əqd bağlamaq üçün kimin icazəsi şərtdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bakirəliyi evlilik yolu ilə aradan gedibsə icazəyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: salam aleykum. Sünni məzhəbində olan kəsə iqtida etmek oalrmı ?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Müsəlmanların vəhdəti və yaxınlaşması üçün sünnilərə iqtida etmək olar, lakin iqtida olunsa həmd və surəni oxumaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cənabət quslumuz pozulduqda nə qədər vaxt keçməlidir ki, biz yenidən cənabət quslu alaq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun üçün müəyyən bir vaxt təyin olunmayıb və istədiyiniz vaxt qusulunuzu ala bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın bir rayonda doğulub böyüyüb, başqa rayona ərə gedib, hazırda Bakıda yaşayır. O hər iki rayonda namazlarını bütöv qılmalıdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər vətəni hesab olunursa və camaat qadını oralı hesab edirlərsə namazları adi qaydada qılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şiə olan xanım sünni kişi ilə ailə qura bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məzhəbini dəyişmək qorxusu yoxdursa maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Arxadan yaxınlıq etmək haramdır .?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qadın narazıdırsa haramdır. Razı olsa belə şiddətli məkruhdur.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs bir ili tamam olmayan bir malı öz həyat yoldaşına hədiyyə verə bilərmi, halbuki, həyat yoldaşının ona hədiyyə verilən bu malı gələcəkdə ev almaq üçün və ya zəruri xərclər üçün ehtiyatda saxlayacağını bilir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Buna icazə verilir. Həyat yoldaşınıza bağışladığınız mal əgər ürfün nəzərində sizin və sizin kimi insanların şəninə uyğun hesab olunursa, habelə, bu bəxşiş formal və xümsdən qaçmaq niyyətilə deyilsə, onun xümsü yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı